|
|
|
Diffamasiya haqqında qanun layihəsi müzakirəyə çıxarıldı
|
Mətbuat Şurası və ATƏT-in Bakı ofisi diffamasiya haqqında qanun layihəsi ilə bağlı ilk ictimai müzakirəni təşkil etdi
Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi diffamasiya haqqında qanun layihəsi ətrafında ilk ictimai müzakirəni təşkil edib. Mətbuat Şurasında baş tutan toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçiləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və media ekspertləri iştirak ediblər.
|
Oxumaq
06.05.11
|
| |
|
|
Mətbuat Şurasında Mətbuat Azadlığı Günü ilə bağlı «dəyirmi masa» keçirilib
|
Tədbir Mətbuat Şurasının, YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin təşkilatçılığı ilə baş tutub
Bu gün Azərbaycan Mətbuat Şurasının, YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin təşkilatçılığı ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş «dəyirmi masa» keçirilib. Mətbuat Şurasında baş tutan toplantıda təşkilatçı qurumların rəhbər şəxsləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin, habelə jurnalist birliklərinin təmçilçiləri, media ekspertləri iştirak ediblər.
|
Oxumaq
04.05.11
|
| |
|
|
İnternet xəbər portallarının fəaliyyətinə nəzarət üçün qurum yaradılacaq
|
|
Azərbaycanda internet xəbər portallarının jurnalist etikasına nə dərəcədə əməl etmələrinə nəzarət etmək üçün Mətbuat Şurasının (MŞ) nəzdində Məşvərət Şurası yaradılacaq. Bu barədə jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, təcrübəli xəbər portallarının rəhbərləri həmin şuraya üzv seçiləcək. Amaşov onu da bildirib ki, dünyanın digər ölkələrində də belə təcrübə mövcuddur.
|
Oxumaq
04.05.11
|
| |
|
|
Jurnalistlərin binası 18 mərtəbəli olacaq
|
Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikiləcək binayla bağlı artıq bütün hazırlıq işləri yekunlaşıb
«Binanın tikintisi üçün lazım olan vəsait də artıq fondun hesabına keçirilib. Biz arxada qalan müddətdə binanın texniki və smeta sənədlərinin hazırlanması ilə məşğul olmuşuq. Hazırda smeta sənədlərini Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik ki, layihə ekspertizadan keçsin. Artıq dəqiqləşib ki, tikiləcək bina 2 bloklu, 18 mərtəbəli olacaq. Yəqin ki, bu ayın sonuna qədər həmin binanın təməl qoyma mərasimi də keçiriləcək”.
|
Oxumaq
04.05.11
|
| |
|
|
Mətbuat Şurasından gənc jurnalistlərə dəstək
|
Gənc jurnalistlər tərəfindən yaradılan «Azxeber.com» portalının ötən müddətdəki fəaliyyəti yüksək dəyərləndirildi
Bu gün Azərbaycan Mətbuat Şurasında “Azxeber.com” portalının 1 illik fəaliyyəti ilə əlaqədar mərasim keçirilib. Tədbirdə saytın kollektivi, jurnalistika fakültəsinin müəllimləri, müxtəlif media qurumlarının təmsilçiləri və tələbələr iştirak ediblər.
|
Oxumaq
30.04.11
|
| |
|
|
Gələn ay jurnalistlərin evinin təməli qoyulacaq
|
Vüqar Səfərlinin sözlərinə görə, artıq binanın smeta sənədləri hazırlanmaq üzrədir
Mayda jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, artıq binanın smeta sənədləri hazırlanmaq üzrədir.
|
Oxumaq
28.04.11
|
| |
|
|
Qubanın «Şəfəq» qəzetinin 90 illik yubileyi qeyd olunub
|
Azərbaycanın səfalı guşəsində keçirilən tədbirə Mətbuat Şurasının rəhbərliyi də qatılıb
Dünən Qubanın «Şəfəq» qəzetinin 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov deyib ki, keçən ilin mart ayında qəzetin 8000-ci nömrəsi çapdan çıxıb. «Müqayisə üçün bildirmək istəyirəm ki, respublikada heç bir rayon qəzeti hələ bu səviyyəyə çatmayıb».
|
Oxumaq
27.04.11
|
| |
|
|
Mətbuatın «qara siyahısı» yeniləndi
|
Mətbuat Şurası İdarə Heyətinin iclasında bəzi qəzetlərə xəbərdarlıq edildi
Aprelin 20-də Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov İH üzvlərinə gündəliyə təklif olunan məsələlər barədə məlumat verib. Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb.
|
Oxumaq
21.04.11
|
| |
|
|
Amerikalı diplomat Mətbuat Şurasında olub
|
MŞ və Səfirlik birgə təqdimat mərasimi keçirəcək
Aprelin 19-da ABŞ Səfirliyinin mətbuat müşaviri Kis Bin Azərbaycan Mətbuat Şurasında olub. Şuranın fəaliyyət istiqamətləri, ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyət ətrafında fikir mübadilələrinin aparıldığı görüşdə jurnalistlərin kütləvi aksiyaları işıqlandırma xüsusiyyətləri də müzakirə olunub.
|
Oxumaq
20.04.11
|
| |
|
|
|