|
|
Səhifələr : # « 20 21 22 23 24 25 26 » #
|
Medianın ilk mənbədən informasiya alması layihəsi yekunlaşdırılıb
|
Dünən Zərdabi Mətbuat Mərkəzi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək" layihəsi çərçivəsində yekun Dəyirmi masa keçirib. Tədbirdə çıxış edən mərkəzin sədri Rəhim Hüseynzadə layihənin məqsəd və məramı haqqında söhbət açıb. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyətin monitorinqini aparmaqla bu istiqamətdəki tendensiyaları izləmək, nəticələrlə mütəmadi olaraq müvafiq yerli və beynəlxalq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-i tanış etmək, yurnalistlərin ilk mənbədən informasiya almalarını stimullaşdırmaq, onların bununla bağlı biliklərinin dərinləşməsinə nail olmaq olub.
|
Oxumaq
25.12.09
|
| |
|
|
"Xəbərin rəngi" təqdim olundu
|
Nəsir İmanquliyev üçün ən qiymətli meyar oxucu rəyi idi
Dünən Milli Kitabxanada görkəmli yurnalist, dövlət xadimi, pedaqoq Nəsir İmanquliyevin həyatından, yaradıcı əməyindən, eyni zamanda, onun çağdaş mətbuatımıza örnək ola bilən meyarlarından bəhs edən "Xəbərin rəngi" adlı kitabın təqdimat mərasimi keçirildi. N.İmanquliyevin doğum günü gerçəkləşən mərasimə tələbələri, yaxınları, ziyalılar və KİV nümayəndələri qatıldı. Qeyd edək ki, publisist Rəhilə Gülgünün qələmə aldığı "Xəbərin rəngi" kitabı Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insanların yaratdığı dəyərli irsdən bəhs edən "Silinməz izlər" seriyasından nəşr olunan ikinci kitabdır. Seriyanın "Göylər adamı" adlı ilk kitabı görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayevə həsr olunub. Bədii publisistik üslubda yazılan "Xəbərin rəngi"ində vurğulanır ki, N.İmanquliyev milli yurnalistikamızı idarəetmə və yaradıcılıq istiqamətində zənginləşdirən dövlət xadimi, ustad redaktor olub. O, əla müxbir, siyasi hadisələrdən baş çıxaran, xalqın həyatını, adət və ənənələrini, ədəbiyyatını, mədəniyyətini dərindən bilən redaktor kimi yaddaşlarda yaşayır.
|
Oxumaq
23.12.09
|
| |
|
|
Radioların mövcud proqram siyasəti və qanunvericilik
|
Problemlərin kökü qanunvericiliyə düzgün əməl edilməməsindədir
Demək olar ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə teleradio məkanının problemləri həmişə diqqət mərkəzində olmuşdur. İstər ümumilikdə qlobal miqyasda, istərsə də lokal səviyyələrdə teleradio yayımının müsbət və mənfi təsirlərinin müəyyənləşdirilməsi istiqamətində daim axtarışlar getmişdir. Azərbaycan cəmiyyətində isə xüsusilə son dövrlər bu sahənin problemləri geniş müzakirə predmetinə çevrilmişdir. Belə ki, aparılan müxtəlif elmi tədqiqatlar, həmçinin empirik müşahidələr sübut edir ki, Azərbaycan cəmiyyəti inkişafın yeni mərhələsinə adlamışdır. Daha konkret desək, ölkə inkişafın keçid dövrü adlanan mərhələsini geridə qoymuşdur. Yeni mərhələdə cəmiyyətin müxtəlif institutlarının üzərinə yeni vəzifələr düşür. Yəni həmin institutlar inkişafın yeni mərhələsi ilə nəinki ayaqlaşmağı, hətta onun önündə getməyi bacarmalıdırlar.
|
Oxumaq
23.12.09
|
| |
|
|
Parlament-cəmiyyət münasibətləri müzakirə edilib
|
Dekabrın 18-də "Kaspi" qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Vətəndaşların hüquqi bilgilərinin artırılmasında KİV-in rolu" layihəsi çərçivəsində parlamentdə akkreditasiya olunmuş yurnalistlərin iştirakı ilə Dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, ekspertlər iştirak ediblər. Tədbirdə çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Nurəddin Heydərli həyata keçirilən layihə barədə iştirakçılara məlumat verib. O deyib ki, layihənin əsas məqsədi vətəndaşların parlamentdə qəbul edilən qanunlar barədə məlumatlandırılmasıdır. Layihənin rəhbəri, "Kaspi" qəzetinin baş redaktorunun müavini İlham Quliyev Milli Məclisdə qəbul edilən qanunların ictimaiyyətə çatdırılmasındakı problemlərdən danışıb.
|
Oxumaq
22.12.09
|
| |
|
|
Gənc yurnalistlərə sertifikatlar təqdim edilib
|
Jurnalist Qadınlar Assosiasiyası layihəyə yekun vurub
Azərbaycan Yurnalist Qadınlar Assosiasiyası KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Universitetlərin yurnalistika fakultələrində təhsil alan tələbələrin praktik bacarıqlarının artırılması" layihəsinə yekun vurub. Layihənin yekunu olaraq bir qrup tələbə yurnalistə sertifikatlar təqdim edilib. Assosiasiyanın prezidenti Sevil Yusifova qəzetimizə bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahədə yeniliklər müşahidə olunmağa başlayib. Ölkədə bütün sferalarda aparılan islahatlar yurnalistikadan da yan keçməyib. Qəzetlər və yurnallar məzmunundan tutmuş dizaynına qədər tamamilə dəyişib. İnternet mediası meydana gəlib. Yeniliklər mətbuata bir sıra üstünlüklər verməklə yanaşı, yeni problemlər də yaradıb. Ali məktəblərin yurnalistika fakultələrini bitirən tələbələr yeni nəsil qəzetçilik standartları ilə ayaqlaşmaqda çətinliklərlə üzləşiblər. Universitetlərin yurnalistika fakultələrində tədrisin köhnə-sovet dövründən qalma proqramlarla aparılması, gələcək yurnalistlərə praktik qabiliyyətlərinin artırılması üçün geniş imkanların yaradılmaması bu sahədəki problemləri ildən-ilə aktuallaşdırır.
|
Oxumaq
22.12.09
|
| |
|
|
Jurnalistlər parlamentin işini necə işıqlandırır?
|
Millət vəkilləri o qədər də razı deyillər
Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi və "Tərəfsiz (Parlament) Yurnalistlər Birliyinin (PYB) təşəbbüsü ilə Atatürk Mərkəzində "Parlamentin işinin cəmiyyətə çatdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi" mövzusunda Dəyirmi masa keçirilib. Müzakirələrdə deputatlar və parlament yurnalistləri iştirak edib. Dəyirmi masanı açan PYB sədri Elşad Eyvazlı qeyd edib ki, parlamentin işinin cəmiyyətə çatdırılmasında əsas yük yurnalistlərin üzərinə düşür: "Ancaq burada deputatlardan da çox məsələ asılıdır. Ölkə vətəndaşları da burada mühüm rol oynayır. Gerçək durum ondan ibarətdir ki, ölkə vətəndaşları parlamentin işindən o qədər də məlumatlı deyil. Ona görə onlar əksər vaxtlarda hüquqlarının pozulması halları ilə qarşılaşırlar.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Rayon qəzetlərinin maddi-texniki bazası bərbad vəziyyətdədir
|
Region KİV-lərinin problemləri Lənkəranda müzakirə olunub
Azərbaycan Yurnalistlər Birliyinin Lənkəranda fəaliyyət göstərən Media Resurs Mərkəzi Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçirilən "Yurnalistlərin Media Resurs Mərkəzi" layihəsi çərçivəsində yerli KİV-lərin və QHT-lərin iştirakı ilə "Region KİV-lərinin maddi-texniki vəziyyəti-problemlər və perspektivlər" mövzusunda Dəyirmi masa keçirib. Layihənin rəhbəri Xaqani İbadov bildirib ki, yerli yurnalistlərin və qəzetlərin vəziyyəti nikbinliyə əsas vermir. Rayon qəzetlərinin maddi-texniki bazasının bərbad olduğunu deyən layihə rəhbəri bildirib ki, bölgə qəzet redaksiyalarının əksəriyyətində ən zəruri texniki vasitlər belə yoxdur.
|
Oxumaq
10.12.09
|
| |
|
|
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə səfərə gedir
|
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti dekabrın 7-dən 13-dək İsveçin paytaxtı Stokholm şəhərində işgüzar səfərdə olacaq. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətin tərkibinə fondun Müşahidə Şurasının üzvləri - Yurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva və fondun əməkdaşı Vüsal Heydərov daxildir. Səfərdə məqsəd fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Stokholm şəhərində İsveçin Mətbuata Maddi Yardım Təşkilatının rəhbərləri ilə görüşmək, yardım almış media qurumlarının təcrübəsi ilə tanış olmaq və gələcəkdə bu təcrübədən faydalanmaqdır.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Tələbə problemlərinin mediada işıqlandırılması müzakirə edilib
|
Mətbuat Şurasında tələbə problemlərinin KİV-də işıqlandırılması məsələlərinə dair dəyirmi masa keçirilib. Şuradan APA-ya verilən məlumata görə, ölkədə fəaliyyət göstərən aparıcı tələbə təşkilatlarının təmsilçilərinin, MŞ İdarə Heyəti üzvlərinin və qəzet baş redaktorlarının qatıldıqları tədbiri açan şura sədri Əflatun Amaşov KİV-də tələbə problemlərinin işıqlandırılması sahəsindəki mövcud vəziyyətdən danışıb. Onun fikrincə, tələbələr daha çox təşkilatlanmalı və media ilə əlaqələrini gücləndirməyə çalışmalıdır. Azərbaycan Tələbələr Birliyinin sədri Elnur Aslanov rəhbərlik etdiyi qurumun məhz bu zərurətdən irəli gələrək fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
|
Oxumaq
08.12.09
|
| |
|
|
"Daşınmaz əmlakın əldə olunması və icarəyə verilməsi: Almaniya təcrübəsi" mövzusunda seminar ke&
|
Məqsəd ƏMDK əməkdaşlarının bu sahədə biliklərinin artırılmasıdır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə "Daşınmaz əmlakın əldə olunması və icarəyə verilməsi: Almaniya təcrübəsi" mövzusunda seminar keçirib. Tədbirin təşkilində məqsəd dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, eləcə də komitə əməkdaşlarının bu sahədə biliklərinin artırılmasıdır. Bu barədə qəzetimizə komitənin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, seminara bu sahədə beynəlxalq təcrübəyə malik xarici ekspertlər olan GTZ-in layihə rəhbəri Vulf Şmider və Almaniyanın Daşınmaz Əmlak üzrə Federal Agentliyinin əməkdaşı Manfred Lange dəvət olunublar.
|
Oxumaq
27.11.09
|
| |
|
|
|
Səhifələr : # « 20 21 22 23 24 25 26 » #
|
|