|
Prezident iqtisadiyyatımızın gələcəyindən danışdı
|
İlham Əliyev: “Azərbaycan üçün 2012-ci il də uğurlu olmalıdır”
Fevralın 28-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda iştirak edən prezident İlham Əliyev ölkənin sosial-iqtisadi həyatı ilə bağlı xeyli maraqlı fikirlər səsləndirib. Bu il Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlərin öz həllini tapacağını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün 2012-ci il də uğurlu olmalıdır: “Xüsusilə qeyri-neft sektorunda böyük inkişaf gözlənilir”.
|
Oxumaq
01.03.12
|
| |
|
|
Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılır
|
Ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası formalaşdırılacaq
Azərbaycanda əsas Reyestrlərdən biri olan Ünvan Reyestrinin İnformasiya sisteminin yaradılması işləri davam etdirilir. Dünən Əmlak Məsələləri Dövlət Komitəsində Azərbaycanda elektron xidmətlər sahəsində və daşınmaz əmlak sektorunda həyata keçirilən ən mühüm layihələrdən biri - Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirilib.
|
Oxumaq
29.02.12
|
| |
|
|
“Eksimbank”ın missiyası “Azərsu”da olub
|
|
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Koreya İxrac-idxal Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilib. “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə “Pirşağı Çirkab Sutəmizləyici Qurğusunun tikintisi layihəsi” üzrə maliyyə məsələləri müzakirə edilib.
|
Oxumaq
29.02.12
|
| |
|
|
Büdcənin tərtibi və analizi elektronlaşdırılacaq
|
Maliyyə Nazirliyi ölkənin bir sıra rayonlarında xəzinədarlığı elektron sistemə keçirib. Bu barədə “İCTnews” Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Ülfət Göyüşova istinadən bildirib. Ü.Göyüşov deyib ki, bu sistemə iki ildir keçilsə də, hələlik respublikanın bütün rayonlarını tam əhatə etməyib: “Sistem Bakının rayonlarında işləyir. Bundan başqa, Gəncə və Xacmazda da fəaliyyət göstərir”. Ü.Göyüşov əlavə edib ki, Maliyyə Nazirliyi büdcənin tərtibini və analizini də elektron sistemə keçirmək istəyir: “Eyni zamanda nazirliyin arxivini də tamamilə elektron şəklə salmağı planlaşdırırıq. Bununla bağlı tapşırıq verilib və artıq müəyyən işlər görülməyə başlanıb”.
|
Oxumaq
29.02.12
|
| |
|
|
Postsovet ölkələrində faiz dərəcələri araşdırılıb
|
Azərbaycan orta marja göstəricisinə malikdir
Dünən “Qabus” Tədqiqat və Məsləhət Şirkəti tərəfindən USAID-in Maliyyə Sabitliyi üzrə Əməkdaşlıq Proqramının (Partners for Financial Stability, PFS) dəstəyi ilə “Postsovet ölkələrində faiz dərəcələri üzrə trendlər: 2005-2011-ci illər” mövzusunda tədqiqat üzrə seminar keçirilib.
|
Oxumaq
29.02.12
|
| |
|
|
|
|
Banklar kredit faizlərini niyə aşağı salmır?
|
Problemə rəsmi və müstəqil yanaşma eynidir
Azərbaycanda əhalinin böyük bir kəsiminin narazı olduğu məsələlərdən biri də bankların həddən artıq bahalı kredit faizləri tətbiq etməsidir. İnsanların daha çox üz tutduğu istehlak kreditlərində olduqca bahalı faiz siyasəti Mərkəzi Bankın da diqqətində olan məsələdir. Qurumun sədri Elman Rüstəmov deyir ki, Azərbaycanda bankların yüksək kredit faizləri tətbiq etməsinin daha çox obyektiv səbəbləri var.
|
Oxumaq
24.02.12
|
| |
|
|
Fizuli Ələkbərov Tovuzda olub
|
Nazir “Özünədəstək” pilot layihəsinin reallaşdırıldığı Vahidli kəndində sakinlərlə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Tovuz rayonunun Vahidli kəndində olaraq, həmin kənddə ötən ilin mart ayında “Özünədəstək”-Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş ailələrlə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, F.Ələkbərov aktiv sosial müdafiə tədbiri olan yeni layihənin həmin ailələrin yaşayışında, ümumən kəndin sosial-iqtisadi həyatında hansı nəticələr verdiyi ilə yerindəcə tanış olub.
|
Oxumaq
24.02.12
|
| |
|
|
Vergilər Nazirliyində şəffaflıqla bağlı ictimai dinləmələr keçirilib
|
Vergilər Nazirliyində Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda ictimai müzakirələr keçirilib. “Azadinform” xəbər verir ki, QHT-lər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov korrupsiyaya qarşı mübarizə tədbirləri, bu sahədə vətəndaş cəmiyyətinin iştirakı, şəffaflığın təmin olunmasında informasiya texnologiyalarının rolu, vergi inzibatçılığının təkmilləşdirilməsi üçün görülən işlər və elektron xidmətlərin tətbiqi barədə məlumat verib.
|
Oxumaq
24.02.12
|
| |
|
|
Ötən il 5738 rəsmiləşdirilməmiş iş yeri aşkarlanıb
|
2010-cu illə müqayisədə ötən il vergi orqanlarında qeydiyyatda olmayan şəxslərin sayında 46,8% azalma müşahidə edilib. Bunu Bakı Şəhər Vergilər Departamentinin (BŞVD) Vergi proqnozlarının icrası idarəsinin rəisi Famil Miriyev deyib. Onun sözlərinə görə, 2011-ci ildə yerli vergi orqanları tərəfindən 8938 vergi ödsəyicisində vergi nəzarəti həyata keçirilib və onlardan 5399-da (60,4%) qanun pozuntusu aşkar edilib:
|
Oxumaq
24.02.12
|
| |
|
|
|