|
Bakıda mobil bazar ertəsi həftələri başlayır
|
Xəzər İnvestisiya Mərkəzinin Dünya Bankının qrant layihəsi çərçivəsində reallaşdırdığı layihə Bakcell şirkəti tərəfindən dəstəklənir
Azərbaycanda yeni mobil şəbəkə formalaşdırılır. Bu barədə oktyabrın 24-də «Hilton» otelində keçirilən təqdimat mərasimində Xəzər İnvestisiya Mərkəzinin rəhbəri Elşən Musayev məlumat verdi. O qeyd etdi ki, təmsil etdiyi təşkilat Dünya Bankının qrant layihəsi çərçivəsində Azərbaycanda Mobile Monday (MoMo) şəbəkəsi formalaşdırır. Azərbaycanda layihənin əsas tərəfdaşı Bakcell şirkətidir.
|
Oxumaq
25.10.11
|
| |
|
|
İpoteka şərtləri hamı üçün asanlaşmalıdır
|
İqtisadçı alim bunun yollarını məcburi inzibati deyil, iqtisadi metodlarda axtarmağın tərəfdarıdır
Xeyli müddətdir ki, mənzil sahibi olmaq istəyən, amma bu arzusunu heç cür gerçəkləşdirə bilməyənlər üçün ölkədə ipoteka kreditləşməsi deyilən xüsusi proqram icra olunur. Proqramın icra olunduğu zamandan bəri, xüsusən sosial ipoteka üzrə neçə insanın “evli-eşikli” olduğunun dəqiq statistikasını deyə bilməsək də, evə ehtiyacı olanların artan statistikasını araşdırmağa da ehtiyac yoxdur. Çünki hələ də ipoteka yolu ilə evə sahib olmaq niyyətində olanların istəkləri gözlərində qalmaqdadır.
|
Oxumaq
19.10.11
|
| |
|
|
Bakıda SOCAR brendli daha iki yanacaqdoldurma məntəqəsi açılıb
|
Dünən Bakıda SOCAR brendli daha iki yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev də iştirak edib. Bakının Xətai rayonunda Babək prospekti 2315-ci məhəllədə yerləşən 13 saylı yanacaqdoldurma məntəqəsində 40 nəfər çalışacaq. Burada market, kafe və valyutadəyişmə məntəqəsi də fəaliyyət göstərəcək.
|
Oxumaq
19.10.11
|
| |
|
|
Nazirlik jurnalistləri mükafatlandırdı
|
İqtisadi İnkişaf Nazirliyi KİV nümayəndələri arasında elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
Dünən İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı KİV nümayəndələri arasında elan etdiyi “Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər” mövzusunda yaradıcılıq müsabiqəsinə yekun vurub. Bu məqsədlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
|
Oxumaq
18.10.11
|
| |
|
|
|
|
Dəmir yolunun ətrafında 800-dən artıq qanunsuz tikili var
|
«Dəmir Yolları” QSC-nin rəhbəri deyir ki, bundan sonrakı addımlar hökumətin qərarından asılı olacaq
Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemlərini birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryol xətti 2012-ci ilin sonunda istismara veriləcək. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Arif Əsgərov bildirib. Onun sözlərinə görə, hazırda bu layihə çərçivəsində işlər qrafikə uyğun aparılır. Belə ki, bu dəmir yolu ilə yük qatarları ilə yanaşı sərnişin qatarlarının hərəkəti də planlaşdırılır:
|
Oxumaq
14.10.11
|
| |
|
|
Biləsuvar və Lənkəranın su təchizatı yaxşılaşdırılır
|
«Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov işlərin 2013-cü ildə başa çatdırılacağını, istehlakçıların keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib
Oktyabrın 10-da Biləsuvar və Lənkəran şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keşirilmişdir. Mərasimlərdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.
|
Oxumaq
13.10.11
|
| |
|
|
“Azərikimya” və Həmkarlarla Kollektiv müqaviləni müzakirə edib
|
|
“Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi ilə qurumun Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv müqavilənin müzakirəsi ilə bağlı konfrans keçirilmişdir. “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov Birliyin ötən müddət ərzində istehsalat və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, kimyaçıların sosial-məişət problemlərinin həlli istiqamətində görülmüş işlər barədə geniş məlumat vermiş, ARDNŞ rəhbərliyinin kimyaçılara göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
|
Oxumaq
12.10.11
|
| |
|
|
İmkansız tələbələrə şad xəbər
|
Onların təhsil haqqının bir hissəsini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ödəyəcək
“İmkansız tələbələrin illik təhsil haqqının bir hissəsinin ödənilməsi üçün müvafiq tədbirin həyata keçirilməsi qərarına gəlmişik”.
|
Oxumaq
07.10.11
|
| |
|
|
Daşınmaz əmlak üzərində hüquqların yeni sistemi formalaşdırılır
|
Kərəm Həsənov: ”Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb”
Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı dünən Bakıda “Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı ilə keçirilən tədbir bu sahədə Avropa və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və səmərəli tətbiqi yollarının müzakirəsi məqsədi daşıyır.
|
Oxumaq
07.10.11
|
| |
|
|
|