|
|
Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
|
Microsoft” “Office 2010”un buraxılacağı tarixi açıqladı
|
“Microsoft” korporasiyası “Office 2010” paketinin 12 may 2010-cu il tarixində buraxılacağınıə rəsmi elan edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, yeni paketin əvvəlcə biznes-istifadəçiləri üçün açıq olacağı nəzərdə tutulub. Adi istifadəçilər isə müvafiq disklərin çap olunması və yayılması üçün nəzərdə tutulan müddəti gözləməli olacaqlar. “Microsoft” onu da bəyan edib ki, martın 5-dən sentyabrın 30-dək “Office 2007” versiyalarının “Office 2010”dək yenilənməsi proqramı keçiriləcək. Bu dövr çərçivəsində “Office 2007” paketini əldə edən istifadəçilər onu 2010 versiyası ilə pulsuz yeniləmək imkanı qazanacaq.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Neft bahalaşıb
|
Martın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,37 dollar və ya 0,5% artaraq 1 barelə görə 81,87 dollar təşkil edib. Martın 8-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar artaraq 80,47 dollar təşkil edib.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Sumqayıtda yeni avtobus dayanacaqları quraşdırılıb
|
Azərbaycanın Sumqayıt şəhərində yeni avtobus dayanacaqlarının quraşdırılması işləri başa çatıb. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Ötən dövr ərzində Sumqayıtda nəzərdə tutulmuş 65 ədəd yeni avtobus dayanacağı quraşdırılıb. Şəhərin Sülh küçəsində 10, Koroğlu prospektində 14, Heydər Əliyev prospektində 15, Azərbaycan prospektində 1, Üzeir Hacıbəyov küçəsində 1, Səməd Vurğun küçəsində 4, Bakı küçəsində 8, Sahil küçəsində 4, Nəriman Nərimanov küçəsində 7, Nizami küçəsində 1 dayanacaq inşa edilib. Quraşdırılmış yeni dayanacaqların ətraf ərazilərinə tamet döşənib.
|
Oxumaq
10.03.10
|
| |
|
|
Goranboyun qaz təchizatı sistemində yeniləşdirmə işləri aparılır
|
|
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi respublika əhalisinin təbii qazla təchizatı istiqamətində işləri uğurla davam etdirir. Birlik tərəfindən yeni qaz xətləri çəkilir, istismara yararsız borular yenisi ilə əvəz olunur və digər yenidənqurma işləri aparılır. Həyata keçirilən tədbirlər çərçivəsində Goranboy şəhərinin qaz təchizantı sistemində də intensivlik müşahidə olunur. 2009-cu il ərzində uzun müddətli fasilədən sonra rayonun Səfikürd, Alpoud, Ağamalıoğlu və Qarasucu yaşayış məntəqələrinin qaz təsərrüfatları yenidən bərpa olunmuşdur. Bu isə 1175 abonentin təbii qazla təminatı deməkdir.
|
Oxumaq
10.03.10
|
| |
|
|
|
|
Qanunsuz tikililərlə bağlı problem tam öyrənildikdən sonra nizama salınacaq
|
Hazırda qiymətləndirmə üçün araşdırma aparılır
Hökumətin qanunsuz tikililərlə bağlı problemə diqqət yetirməsi təqdirəlayiqdir. Özbaşına tikililərin nizama salınması işi Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında imzalanmış kredit sazişinə uyğun olaraq həyata keçirilən "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində aparılır. Hazırda beynəlxalq ekspertlər vəziyyəti öyrənməklə məşğuldur. Bu barədə dünən jurnalistlərə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Damət Bağırov məlumat verib. Onun sözlərinə görə, problem hərtərəfli öyrənildikdən sonra müvafiq işlərə başlanılacaq: "Bu sahədə işçi qrupumuzla xarici ekspertlər tərəfindən araşdırmalara başlanılıb. Problem tam öyrənildikdən sonra bu məsələlər təhlil edilib qiymətləndiriləcək və nizama salınacaq".
|
Oxumaq
05.03.10
|
| |
|
|
Azərbaycanda daşınmaz əmlakın kadastrı və dövlət qeydiyyatının təkmilləşdirilməsinə mane olan amillər
|
|
Azərbaycanda daşınmaz əmlakın kadastrı və dövlət qeydiyyatının təkmilləşdirilməsi sahəsində qazanılmış uğurlarla yanaşı, qarşıya qoyulan vəzifələrin tam başa çatdırılmasına mane olan amillər də var. Həmin amillərdən ən başlıcası ölkə ərazisinin 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasıdır. Belə vəziyyət "Daşınmaz əmlakın qeydiyyatı" layihəsində görülən işlərin bütün ölkə ərazisini əhatə etməyə imkan vermir. Bu barədə dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəis müavini Sədrəddin Cəfərov məlumat verib. Onun sözlərinə görə, işğal edilmiş bölgələrimizdə Azərbaycan vətəndaşlarına məxsus yüz minlərlə daşınmaz əmlak dağıdılaraq məhv edilib.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Bakıda "Daşınmaz Əmlak İdarəçiliyində Səmərəlilik və Şəffaflıq" mövzusunda Beynəlx
|
G.Adlinqton: "Sistemin daha da yaxşılaşdırılması üçün Azərbaycan hökuməti müəyyən bir yol seçməlidir"
Martın 4-də Bakıda "Daşınmaz Əmlak İdarəçiliyində Səmərəlilik və Şəffaflıq" mövzusunda Beynəlxalq Seminar başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və BMT-nin Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlakın İdarəçiliyi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə reallaşan seminar öz işini bu gün yekunlaşdıracaq. Tədbirdə ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, İtaliya, Danimarka, Gürcüstan, Çexiya, Norveç, İsveç, Xorvatiya, Yunanıstan, Latviya kimi 30-a yaxın dövlətin nümayəndəsi təmsil olunur.
|
Oxumaq
05.03.10
|
| |
|
|
Avropa İttifaqı Azərbaycana 122,5 milyon avro ayırıb
|
Avropa İttifaqı (Aİ) cari il üçün Azərbaycana 122,5 mln. avro ayırıb. APA-nın Avropa Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu yardım Avropa Yeni Qonşuluq Siyasəti çərçivəsində bu proqrama qoşulan ölkələrlə Aİ arasında siyasi əməkdaşlıq və iqtisadi inteqrasiyanın sürətləndirilməsi məqsədi ilə edilib. Proqrama üzv ölkələrə ayrılan vəsait ümumilikdə 1,6 milyard avro təşkil edir. Qeyd edək ki, bu proqram çərçivəsində Azərbaycanın qonşuları olan Gürcüstana 180,3 milyon avro, Ermənistana isə 157,3 milyon avro ayrılıb.
|
Oxumaq
04.03.10
|
| |
|
|
Gəncədə dönərxanaların fəaliyyəti dayandırılır
|
Gəncədə gigiyenik tələblərə cavab verməyən, sanitar normalara uyğun olmayan dönər məhsullarının satışına nəzarət gücləndirilib. Bu məqsədlə dönər bişirilən obyektlərdə reydlərə başlanılıb
SİA-nın bölgə müxbiri xəbər verir ki, Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təşkil olunan yoxlamalar zamanı qida məhsulunun keyfiyyəti hazırlanma qaydalarının norma və tələblərə cavab verib-verməməsi araşdırılıb. Xüsusəndə quş ətindən, daha doğrusu toyuqdan hazırlanan dönərlərin satılıb-satılmaması diqqətdə saxlanılıb.
|
Oxumaq
04.03.10
|
| |
|
|
|
Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
|
|