|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
3G xidməti bizə nə verəcək?
|
Ekspertlər hesab edir ki, bütün mobil rabitə operatorlarının 3G xidməti göstərməsi rəqabəti artıracaq
Bundan sonra daha iki mobil operator – “Azercell” və “Bakcell” şirkəti 3G-nin xidmətlərindən istifadə edə biləcək. 3G texnologiyasının tətbiqi abonentlərə sürətli internet almaqla yanaşı, görüntülü danışıq və telefonla televizora baxmaq imkanı verəcək. Mütəxəssislər də hesab edir ki, bu addım ilk növbədə müştərilərin xeyrinə işləyəccək. Çünki qurumlar arasında rəqabət yaranacaq.
|
Oxumaq
04.11.11
|
| |
|
|
“Azərikimya” İstehsalat Birliyində Ukrayna səfiri ilə görüş keçirilib
|
|
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüş keçirilmişdir. Görüşdə Ukraynanın Azərbaycan üçün strateji və iqtisadi tərəfdaş olmaqla bərabər, dost və qardaş ölkə olduğu vurğulanmış, qonağa Sumqayıt şəhərində kimya sənayesinin tarixi haqqında geniş məlumat verilmiş, qəbul edilmiş inkişaf konsepsiyası əsasında “Azərikimya”-nın müəssisələrində həyata keçirilmiş yenidənqurma, yeni qurğuların tikilməsi istiqamətində atılan addımlar haqqında danışılmışdır.
|
Oxumaq
03.11.11
|
| |
|
|
Əməyin təhlükəsizliyi necə qorunur?
|
Məsələ “Azneft”in Qaz Anbarlarının İstismarı İdarəsində müzakirə olunub
Bu günlərdə “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsində şöbə və sex rəhbərlərinin, eləcə də Birlik nümayəndələrinin iştirakı ilə İdarənin “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 9 aylıq hesabat”ına həsr olunmuş müşavirə keçirilmişdir Müşavirədə çıxış edən Qaz Anbarlarının İstismarı İdarəsinin Baş mühəndisi Zaur Bağırov müəssisənin 9 aylıq fəaliyyətini təhlil etmiş, struktur sahələrdə əmək şəraitinin yaxşılaşdırılması üçün ayrılmış vəsaitlər və bundan sonra planlaşdırılan işlər haqqında ətraflı məlumat vermişdir.
|
Oxumaq
03.11.11
|
| |
|
|
Azərbaycan ən iri sərmayə proqramını xaricdə həyata keçirəcək
|
Respublikamızın şirkətləri Gürcüstan və Türkiyədə iri vergi ödəyiciləri hesab olunurlar
Hazırda Azərbaycan bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq etməkdə, Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiyə və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirməkdədir. Respublikamızın bu ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vasitələri yönəldir. Hazırda Azərbaycan xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin ümumi həcmi 6 milyard dollardan artıqdır. Xarici sərmayə protfelində əsas yeri Türkiyə tutur.
|
Oxumaq
03.11.11
|
| |
|
|
“Azercell” və “Bakcell” “3G” lisenziyası aldı
|
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası qərar verib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, iclası açıq elan edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin 9 ayında informasiya-kommunikasiya sektorunun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışıb, gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.
|
Oxumaq
03.11.11
|
| |
|
|
|
|
Azərbaycan elektrik enerjisinin ixracını artıracaq
|
Adambaşına düşən ümumi daxili məhsulun növbəti illərdə ən azı iki dəfə artırılması da nəzərdə tutulur
Cari il ərzində ölkə qarşısında duran əsas hədəflərdən birinə - iqtisadiyyatın çoxşaxəli şəkildə inkişafına demək olar ki, nail olub. Bu nailiyyəti iqtisadiyyatın inkişafı üçün uğurlu illərdən hesab edilən 2011-ci ilin 9 ayının göstəriciləri də təsdiqləyir. Belə ki, ümumi daxili məhsul cəmi 0,5 faiz artsa da, qeyri-neft iqtisadiyyatı 8,2 faiz artıb. Təkcə iqtisadiyyatın qeyri-neft sənayesində 9,2 faiz artım əldə edilib. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyaların, eləcə də sahibkarlığın inkişafının nəticəsi kimi dəyərləndirilir.
|
Oxumaq
27.10.11
|
| |
|
|
Azərbaycan qazının Avropaya nəqli yolunda maneələr qalmayıb
|
|
Türkiyə və Azərbaycan arasında qazın tranziti ilə bağlı imzalanan hökumətlərarası sazişdən sonra Azərbaycan qazının Avropaya nəqli yolunda maneələr qalmayıb. Trend-in Türkiyənin "Axşam" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız deyib.
|
Oxumaq
27.10.11
|
| |
|
|
Tərəfdaşlar Azərbaycanla Türkiyə arasında imzalanan qaz sazişlərini alqışlayır
|
|
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar Türkiyədə Azərbaycan qazının alqı-satqısı, onun tranziti haqqında sazişlərin və Azərbaycanla Türkiyə arasında hökumətlərarası sazişin uğurla imzalanmasını alqışlayıblar. Trend-in məlumatına görə, bu barədə "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib.
|
Oxumaq
27.10.11
|
| |
|
|
Türkiyədə yeni neft emalı zavodunun təməli qoyuldu
|
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin İzmir şəhərində AYPE-T zavodunun açılışı, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin və “Petkim” şirkətinin “Star” Neft Emalı Zavodunun təməlqoyma mərasimlərində iştirak ediblər.
|
Oxumaq
26.10.11
|
| |
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
|