|
Mobil nömrələr yeni üsulla yığılacaq
|
Yanvarın 21-dən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qətnaməsinə əsasən, mobil rabitə operatorlarının şəbəkəsi daxilində zəng edildikdə abunəçinin nömrəsinin 10 rəqəmli yığım üslubu tətbiq ediləcək. “Azadinform”a nazirlikdən verilən məlumata görə, “Bakcell” şirkətinin nömrələrinə zəng edərkən abunəçinin nömrəsinin başlanğıcında “055” prefiksini (055-XXX-XX-XX) yığmaq lazımdır.
|
Oxumaq
17.01.12
|
| |
|
|
|
|
Sovet dövrdən qalan əmanətlərin qaytarılma mexanizmi açıqlandı
|
Əmanətlərin qaytarılmasının təmin edilməsi məqsədilə qanun layihəsi parlamentin İqtisadi siyasət komitəsi tərəfindən hazırlanıb
Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Əmanət Bankına qoyulmuş əmanətlərinin qaytarılmasının təmin edilməsi üzrə mexanizmi hazırlayıb. Bu barədə yanvarın 9-da Trend-ə millət vəkili Əli Məsimli deyib.
|
Oxumaq
10.01.12
|
| |
|
|
|
|
|
|
“TransAnadolu Təbii Qaz Boru Xətti Memorandumu” imzalanıb
|
Memorandumun imzalanması ilə müstəqil boru kəmərinin inşası istiqamətində hazırlıq işlərinə başlanılacaq
Dekabrın 26-da Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında “TransAnadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu” imzalanıb. Memorandumu Azərbaycan tərəfindən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfindən isə Türkiyə Cümhuriyyətinin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzalayıb.
|
Oxumaq
27.12.11
|
| |
|
|
Neftçilər Xəstəxanasının həkimləri Şamaxıda göz əməliyyatları həyata keçirirlər
|
Dekabrın 21-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin yüksək ixtisaslı həkim-mütəxəssisləri Şamaxı Müalicə Diaqnostika Mərkəzində göz əməliyyatlarına start vermişdirlər. Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin maliyyə dəstəyi ilə həyata keçirilən humanitar aksiya 2 gün davam edəcək. Aksiya zamanı Şamaxı ilə yanaşı ətraf rayonların da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən 30-dək sakini əməliyyat olunacaq. Xəstəxananın Göz Mərkəzinin mütəxəssisləri eyni zamanda Şamaxı Müalicə-Diaqnostika Mərkəzində görmə problemi ilə üzləşən 200-dək şəxsi də müayinə edərək, onlar üçün dəqiq diaqnoz müəyyənləşdirəcəklər.
|
Oxumaq
22.12.11
|
| |
|
|
Kürdəxanının su təchizatı və kanalizasiya sistemləri yenidəq qurulur
|
|
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və “Azərsu” ASC ümumi həll layihəsi barədə razılığa gəlmişlər. Layihənin maliyyələşdirilməsi üçün Koreya Hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq.
|
Oxumaq
22.12.11
|
| |
|
|
Kür və Arazda növbəti monitorinq keçirilib
|
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirib. Nazirliyin saytının yaydığı xəbərə görə, dekabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının I ongünlüyünə nisbətən 8 kubmetr/saniyə azalaraq 142 kubmetr/saniyə təşkil edib.
|
Oxumaq
22.12.11
|
| |
|
|
|
|
|