|
|
ARXİV
|
| |
|
«
| Fev.2012 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | | | | |
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
|
Ötən il qiymətli kağızlar bazarında ciddi artım olub
|
|
2011-ci il ərzində qiymətli kağızlar bazarı fəaliyyətini qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam etdirib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ilin yekunları ilə bağlı hesabatında göstərilir ki, bu amillər qiymətli kağızların ilkin və təkrar bazar əməliyyatlarının sayına və həcminə, habelə qiymətli kağızların gəlirliyinə təsir göstərib. Nəticədə, ötən il ərzində bazarın bütün seqmentləri üzrə canlanma müşahidə olunub, repo əməliyyatları istisna olmaqla ötən ilki ticarət dövriyyəsinə artıq ilin 7 ayı ərzində nail olunub.
|
Oxumaq
25.01.12
|
| |
|
|
AİF-in istiqrazları ilə əməliyyatlar 2,2 dəfə artıb
|
|
2011-ci il ərzində Azərbaycan İpoteka Fondunun 80 milyon manatlıq istiqrazları emissiya olunub, 77,4 milyon manatlıq istiqraz yerləşdirilib. Fonddan verilən məlumata görə, bütövlükdə Azərbaycan İpoteka Fondunun istiqrazları ilə əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 540,8 milyon manat təşkil edib. 2011-ci il ərzində Azərbaycan İpoteka Fondunun istiqrazları üçün artıq likvid təkrar bazarın formalaşması müşahidə olunub. Belə ki, ipoteka istiqrazlarının təkrar bazarında əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 463,4 milyon manat təşkil edib.
|
Oxumaq
25.01.12
|
| |
|
|
Taksilərə qoyulan qadağa yumşaldıldı
|
Taksi kimi istifadə olunan avtomobillərin buraxılış ili ilə bağlı məhdudiyyət ləğv edilib
Vüqar Bayramov: “Rusiya avtomobillərindən taksi kimi istifadəyə qoyulan qadağa doğru addımdır”
|
Oxumaq
24.01.12
|
| |
|
|
«Gədəbəy» qızıl yatağında hasilat artırılıb
|
|
«Azerbaijan International Mining Company» (AIMC - Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti) Azərbaycanın «Gədəbəy» qızıl yatağında 2011-ci il ərzində 57 068 unsiya qızıl hasil edib. «APA»nın məlumatına görə, təkcə ötən ilin IV rübündə hasilatın həcmi 15 292 unsiyaya bərabər olub ki, bu da əvvəlki rüblə müqayisədə 2 126 unsiya və ya 16,1% çoxdur.
|
Oxumaq
24.01.12
|
| |
|
|
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb
|
|
2011-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 20,9 faiz artıb. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 2110 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 12 221 nəfərə çatıb.
|
Oxumaq
24.01.12
|
| |
|
|
Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir
|
Ekspert: “Ərzaq təminatı ilə bağlı dövlət proqramına yenidən baxılmalıdır”
Azərbaycanda əhali istehlak mallarının alınmasına xərclədiyi vəsaitin ¾ hissəsini ərzaq məhsullarına yönəldir. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin İqtisadi Tədqiqatlar Xidməti 2011-ci il üzrə “Cross-Price Elasticities of Demand” adlı hesabat açıqlayıb və bu hesabata görə, Azərbaycan ailələrin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderdir.
|
Oxumaq
24.01.12
|
| |
|
|
Öldürücü kiçik bombalar
|
Batareyaların torpağa atılması sağalmaz xəstəliklərə səbəb olur
Bakı şəhərində ekoloji mühitin qorunması sahəsində iki mühüm problem mövcuddur. Bunlardan birincisi neft-qaz hasilatı nəticəsində çirklənmiş torpaqlar, ikincisi isə şəhərin çoxmilyonlu əhalisinin atdığı məişət tullantılarıdır. Artıq bir neçə onillikdir ki, paytaxt üçün ən ağrılı qayğılara çevrilən bu problemlərin köklü həlli mümkün olmur.
|
Oxumaq
19.01.12
|
| |
|
|
ARDNŞ büdcəyə 1,3 milyard manatdan çox vəsait ödəyib
|
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2011-ci ilin dekabr ayında dövlət büdcəsinə 124 milyon 350 min manat vəsait ödəyib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 2011-ci il ərzində büdcəyə 1 milyard 335 milyon 235 min manat ödənib ki, bu da 2010-cu il ilə müqayisədə 72 milyon 345 min manat və ya 105,7 faiz çox olub. Bundan başqa, 2011-ci ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 676 min manat vəsait köçürüb. İl ərzində isə şirkət tərəfindən bu istiqamətdə ödəniş 134 milyon 509 min manat təşkil edib.
|
Oxumaq
17.01.12
|
| |
|
|
DSMF-yə xarici ölkələrdən 1916 müraciət daxil olub
|
|
2011-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr şöbəsinə xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı ötən 2010-ci illə müqayisədə 3 faiz artıb.
|
Oxumaq
17.01.12
|
| |
|
|
NK iri vergi ödəyicilərində yoxlamanın qrafikini təsdiqləyib
|
|
Nazirlər Kabineti iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafikini təsdiqləyib. Qurumdan verilən xəbərə görə, NK-nın qərarına əsasən, monitorinq “Azərsu” ASC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC, “Azərbaycan Hava Yolları” QSC, Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Metropolitenini əhatə edəcək.
|
Oxumaq
17.01.12
|
| |
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
|
|