|
Nəticələr göz qabağındadır
|
Görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Qax paylayıcı elektrik şəbəkəsindən (PEŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisə üzrə 2,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 101 faizdən artıq olmuşdur ki, nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faizə yaxın mütləq artım əldə edilmişdir.
|
Oxumaq
28.10.10
|
| |
|
|
“Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu”
|
Buxarestdə keçirilən beynəlxalq konfransda Azərbaycanın müstəqil və cəsarətli enerji siyasəti region ölkələrinə örnək olduğu bildirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi, Azərbaycanın Rumıniyadakı səfirliyi və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə Buxarestdə “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı beynəlxalq konfrans keçirilmişdir.
|
Oxumaq
28.10.10
|
| |
|
|
Monitorinq rejimi aradan qaldırılıb
|
İƏİT-nin Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun Azərbaycana münasibətdə tətbiq etdiyi monitorinq rejimi aradan qaldırılıb
Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) növbəti plenar iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
|
Oxumaq
28.10.10
|
| |
|
|
"Bank Standard"dan çağırış
|
"Bank Standard" "MasterCard Platinum" sahiblərini yeni endirim kampaniyasında iştiraka dəvət edir
"MasterCard" beynəlxalq ödəniş sistemi Parisin məşhur mağaza, butik, mehmanxana və əyləncə mərkəzlərində təqdim olunacaq böyük endirimlər haqqında bəyanat verib. Bu barədə "Bank Standard"ın oktyabrın 26-da yayılan məlumatında deyilir. Həmin mağaza və mərkəzlərin siyahısına "Corneliani", "Gianfranco Ferre", "D&G", "Roberto Gavalli", "Au Nain Bleu" kimi məşhur ticarət nişanları, habelə Parisin tanınmış "Crazy Horse" kabaresi və "Fouquet's Barriere" mehmanxanası daxildir. 2011-ci il avqustun 31-dək davam edəcək kampaniyada yalnız "MasterCard Platinum" kart sahibləri iştirak edə biləcək.
|
Oxumaq
27.10.10
|
| |
|
|
«Bank of Azerbaijan» Sumqayıtda yeni filial açdı
|
«Bank of Azerbaijan» filial şəbəkəsinin optimallaşdırılması siyasətini davam etdirir. Bunun bariz nümunəsi Bankın Sumqayıt şəhəri Sülh küçəsi, 30 – cu məhəllə, ev 10/6 ünvanında yerləşən filialının fəaliyyətə başlamasıdır. Yeni filial müştərilər üçün olduqca rahat yerdə yerləşir. Ümumiyyətlə, əhalinin rahatlığı naminə çalışan «Bank of Azerbaijan», gələcəkdə də əhalinin sıx yerləşdiyi yerlərdə öz filiallarının açılışını davam etdirəcək. 2010 – cı ilin sonunadək Bankın Yevlax və Gəncə şəhərlərində növbəti regional filialların açılışı planlaşdırır. Qeyd edək ki, Bankın uzunmüddətli inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsi, mühüm istiqamətlərdən birini təşkil edir. Bekə ki, Bank of Azerbaijan 2011-cı ilin sonuna filial şəbəkəsini 20- yə çatdırmaq niyyətindədir. Hal - hazırda Bankın 15 filialı (Sumqayıt filialı daxil olmaqla) fəaliyyət göstərir.
|
Oxumaq
27.10.10
|
| |
|
|
Keyfiyyətsiz qənnadı məmulatlarının satışı dayandırılıb
|
|
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda Turan Günəşə məxsus müəssisədə aparılan yoxlama zamanı müəssisədə istehsal edilən 527 kq "Güneş Kardeşlər" adlı rahat-lukumun üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi və həmin məhsulun gigiyenik sertifikatı olmadan istehsal edildiyi müəyyənləşdirilib. Bu barədə İİN-nin yaydığı məlumatda deyilir.
|
Oxumaq
27.10.10
|
| |
|
|
101 yaşlı Bakı Bulvarı görünüşünü dəyişəcək
|
Bulvar ikitərəfli istiqamətdə genişləndiriləcək
Yüz illik tarixi özündə daşıyan Bakı Bulvarının salınması qərarı 1909-cu ildə Bakı Şəhər Dumasında çıxarılıb. Müxtəlif illərdə fərqli inkişaf mərhələləri keçən bulvarın uzunluğu hazırda təxminən 3 kilometrdən artıqdır. Azneft meydanında Əl Oyunları İdman Sarayının yanından başlayan Milli Park dəniz limanının yaxınlığında bitir. Bir müddət öncə bulvarda aparılan tikinti və abadlıq işləri nəticəsində ərazi öz görünüşünü növbəti dəfə dəyişmiş oldu.
|
Oxumaq
27.10.10
|
| |
|
|
Növbəti illərdə Azərbaycanda işsizliklə bağlı daha da böyük addımlar atılacaq
|
Bu gün Azərbaycanda işləmək istəyən vətəndaşlar əksər hallarda işlə təmin oluna bilərlər
Artıq bu ilin sona çatmasına az bir müddər qalır. İl ərzində icrası aparılan proqramların ilin sonuna qədər həll olunması əsas isqtiqamətlərdəndir. Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısı İlham Əliyev də bu işlərin sürətləndirilməsini tələb edib. Bəs ilin ötən ayları hansı hadisələrlə arxada qalıb?
|
Oxumaq
26.10.10
|
| |
|
|
Azərbaycan son bir ildə sənaye istehsalını 3,1% artırıb
|
Bu ilin ilk doqquz ayı ərzində Azərbaycan sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,1% artaraq 20,4 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,8%-ni təşkil edib, ümumi istehsalın 93,3%-i sənaye mallarının (əmtəələrin), 6,7%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb.
|
Oxumaq
22.10.10
|
| |
|
|
Bakıda III Beynəlxalq Bank Konfransı keçirilir
|
Oktyabrın 21-də Bakıda “Maliyyə institutları MDB iştirakçı dövlətlərinin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır” mövzusunda MDB-yə üzv dövlətlərin III Bakı Beynəlxalq Bank Konfransı işə başlayıb. Azərbaycan və MDB ölkələrinin bankirləri, MDB Maliyyə-Bank Şurasının nümayəndələrindən ibarət 180 iştirakçısı olan konfransın əsas mövzusu MDB məkanında maliyyə və bank sahəsində əməkdaşlıq və təcrübə mübadiləsidir.
|
Oxumaq
22.10.10
|
| |
|
|
|