Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
Ölkədə bankomatların sayı son bir ildə 13% artıb
Azərbaycanda bankomatların sayı 2010-cu ilin oktyabr ayının 1-nə 1 847 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd və ya 12,8% çoxdur. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bankomatların 1 028-i Bakı şəhərində, 819-u isə digər şəhər və rayonlarda yerləşir.
Eyni zamanda, ölkə üzrə POS-terminalların sayı 8 882 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 ədəd və ya 4,3% çoxdur. POS-terminalların 8 077-si Bakı şəhərində, 805-i isə regionlarda yerləşir.
Oxumaq
12.11.10  
 
Növbəti “Cek-Pot”- 43 000 manat sahibinə təqdim edildi
Son bir neçə həftə ərzində lotereya həvəskarlarının xüsusi həvəs və gərginliklə gözlədikləri hadisə baş verdi. Nəhayət ki, “Ailə sevinci” lotereyasının 44-cü tirajında 43 000 manat məbləğində “Cek-Pot” uduldu. İlk baxışdan burada qeyri adi heç nə yoxdur. Çünki, istər “Ailə sevinci”, istərsə də ”Azərlotereya” ASC–nin keçirdiyi digər lotereya oyunlarında “Cek-Pot” tez-tez udulur və onların məbləği hazırda sözü gedən uduşun məbləğindən dəfələrlə çox olur.
Oxumaq
12.11.10  
 
Xaricdə təhsil alanlar ARDNŞ-də hesabat verdilər
ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alanların hamısı şirkətdə işlə təmin olunub

ARDNŞ-nin Xaricdə mütəxəssislərin hazırlanması üzrə komissiyasının növbəti iclası olub. İclasda ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində 2009-2010-cu tədris ilində Avropanın aparıcı universitetlərində təhsillərini başa vurmuş bir qrup məzun təhsil müddətində qazandıqları bilik və təcrübə haqqında təqdimat keçirmişdir. Qeyd olunmuşdur ki, indiyədək ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricə göndərilmiş 37 məzun təhsillərini müvəffəqiyyətlə başa vuraraq vətənə qayıtmış və Şirkətin müxtəlif idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur.
Oxumaq
12.11.10  
 
«Akkord» Gürcüstan və Qazaxıstanda infrastruktur layihələri həyata keçirir
Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan «Akkord İşaat-Sənaye» ASC beynəlxalq layihələrdə iştirak edir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hazırda şirkət Azərbaycandan başqa Gürcüstan və Qazaxıstanda da avtomobil yollarının tikintisini uğurla davam etdirir. Belə ki, «Akkord İşaat-Sənaye» Gürcüstanda Tiflis-Rusiya sərhədi avtomobil yolunun 15 km-lik hissəsi üzrə işləri həyata keçirir: «Buradakı avtomobil yolu betondan olacaq. Bundan başqa, yol boyu biz 840 metr uzunluğunda ikitərəfli tunel və 870 metr uzunluğunda estakada tipli körpü inşa edəcəyik».
Oxumaq
12.11.10  
 
BP şirkəti Azərbaycanda əsaslı xərclərin həcmini açıqlayıb
Böyük Britaniyanın BP şirkətinin cari ilin üçüncü rübündə əsaslı xərclərinin ümumi həcmindən 1,099 milyard dollar Azərbaycanda "Devon Energy" ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində iştirak payının alınması çərçivəsində sövdələşmənin payına düşüb. Bu barədə şirkətin üçüncü rübün yekunları üzrə hesabatında deyilir.
Oxumaq
04.11.10  
 
“Azərenerji” reydlərini davam etdirir
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Ağdaş paylayıcı elektrik şəbəkəsindən (PEŞ) daxil olan məlumata görə,  2010-cu ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 3 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 8,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 500 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.
Oxumaq
04.11.10  
 
YES! – Bank of Baku gənc menecer və mütəxəssislərə dəstək olacaq
Əhalinin bütün təbəqələrini daim diqqət mərkəzində saxlayan, onların tələb və ehtiyaclarını maksimal dərəcədə ödəməyə çalışan Bank of Baku bizim gələcəyimiz olan Gənc Menecer və Mütəxəssislərə də dəstək olub, “YES!” (“Young utives and Specialists) adlı kredit kampaniyasına start verir.
Oxumaq
04.11.10  
 
“Səngəçal-Duvannı-Xərə-Zirə”yatağında ekoloji monitorinq keçirilib
ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən Xəzər dənizi akvatoriyasında fəaliyyət göstərən neft-qazçıxarma idarələrinin istismarında olan yataqlarda ildə iki dəfə (qış-yay və ya yaz-payız fəsilləri) ətraf mühitin vəziyyətinin monitorinqi üzrə dəniz ekspedisiyası keçirilir. Bu işlər İdarənin 2010-cu il iş planına uyğun olaraq reallaşdırılır.
Monitorinqin mövsümlər üzrə aparılmasında məqsəd - su qatının stratifikasiyası dövrlərində dəniz canlılarının populyasiya sıxlığını, suyun üst, orta və alt qatlarında qida maddələrinin miqdarını öyrənməkdən ibarətdir.
Oxumaq
04.11.10  
 
Babək rayonunda 103 nəfərə kredit verilmişdir
Babək rayonunda taxıl əkinini daha da uğurlu keçirməsi üçün 103 torpaq mülkiyyətçisinə müxtəlif məbləğlərdə kreditlər verilmişdir. “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilən kreditlər güzəştlidir və 1 il müddətində heç bir faiz hesablanmayacaqdır. Kredit alan torpaq mülkiyyətçisi Həsən Məmmədov AzərTAc–a bildirmişdir ki, kredit sərfəli şərtlərlə verilir. Ona görə də 1000 manat götürüb əlavə taxıl əkəcəm. Gələn il məhsuldan əldə olunan gəlir hesabına krediti qaytaracam və qazancım da olacaqdır.  
Oxumaq
04.11.10  
 
Bu il “AzDataKom” şəbəkəsinə 17 rayon qoşulub
Məlumat Hesablama Mərkəzi tərəfindən “AzDataKom” şəbəkəsinin regionlarda əhatə dairəsi genişləndirilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu il 17 rayonun - Daşkəsən, Cəbrayıl, Ucar, Tovuz, Şəmkir, Göygöl, Tərtər, Zərdab, Quba, Siyəzən, Dəvəçi, Qusar, Xaçmaz (Xudat), Füzuli (Horadiz), Ağdam (Quzanlı), Neftçala və Samuxun  “AzDataKom” şəbəkəsinə qoşulması təmin edilmişdir. Hazırda  şəbəkənin 354 əhali, 743 təşkilat abunəçisi vardır.
Oxumaq
04.11.10  
 
Səhifələr : # « 21 22 23 24 25 26 27 28 29 » #
ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •