|
Çörəyin əvvəlki qiyməti qaytarıldı
|
Bir neçə günlük bahalaşmadan sonra Bakıda çörəyin qiyməti yenidən aşağı salınıb
Artıq paytaxtın əksər çörək satışı məntəqələrində qiymətlər 40 qəpikdən 30 qəpiyə endirilib. cuzlaşma İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin xəbərdarlığından sonra mümkün olub. Xidmətin əməkdaşları çörəkbişirmə sexlərində və satış məntəqələrində keçirdikləri reydlər zamanı çörəyin qiymətinin qaldırılması üçün heç bir əsas olmadığını sahibkarların diqqətinə çatdırıblar.
|
Oxumaq
23.11.10
|
| |
|
|
Bu gün «BakuTel-2010» sərgisi işə başlayır
|
Bu gün Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı - «BakuTel-2010» işinə başlayır. Britaniyanın İTE Group PLC şirkəti və onun Qafqazdakı tərəfdaşı “İteca Caspian LLC” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, Azərbaycanda və dünyada tətbiq olunan xidmətlər nümayiş etdiriləcək.
|
Oxumaq
23.11.10
|
| |
|
|
Lotereya oyunlarında məhsuldar ay - noyabr
|
|
Tarixə çevrilməsinə cəmisi bir ay qalmış 2010-cu ilin noyabr ayı da lotereya həvəskarları üçün çox məhsuldar oldu. Noyabrın 10-da AzTV-nin çoxsaylı tamaşaçılarının gözü qarşısında 43000 manat Bakı şəhər sakini Hacıyev Səlahəddin Bəylər oğluna təqdim edildi və ayın 20-də tamaşaçılar artıq növbəti qalibləri və növbəti uduşları alqışlayırdılar. Əvvəlcə qaliblərlə tanış olaq.
|
Oxumaq
23.11.10
|
| |
|
|
Ölkədə pensiyaların məbləği orta aylıq əmək haqqının 35%-ni təşkil edir
|
Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 111,3 manat olub və orta aylıq əmək haqqının 35%-ni təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan 1 289,8 min nəfər pensiyaçının 65%-i yaşa görə, 25%-i əlilliyə görə, 10%-i isə ailə başçısının itirilməsinə görə pensiya alıb. Pensiyaçıların ümumi sayından 0,7%-ni cari ilin doqquz ayı ərzində ilk dəfə qeydiyyata alınaraq pensiya təyin olunmuş şəxslər təşkil edib.
|
Oxumaq
23.11.10
|
| |
|
|
Özəlləşdirilən bağçalarda vəziyyət necədir?
|
Son 5 il özəlləşdirilən 83 uşaq bağçasından yalnız 6-sı öz profili üzrə işləyir
“Təhsil Nazirliyi özəlləşdirməyə çıxarılan, lakin özəlləşdirilməyən məktəbəqədər təhsil müəssisələrinin gələcəkdə özəlləşdirilməyə çıxarılmaması və dövlətin himayəsində qalması ilə bağlı baş nazir Artur Rasizadəyə müraciət edib. Biz bu barədə təkliflərimizi irəli sürmüşük, ancaq hələ buna cavab verilməyib”. Bu sözləri APA-ya açıqlamasında Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.
|
Oxumaq
19.11.10
|
| |
|
|
“Azərenerji”də ödəniş 100 faizdən artıq olub
|
|
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Samux elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazilərində istehlakçılara 6 milyon kilovatsaata yaxın elektrik enerjisi ötürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 430,4 min kilovatsaat azdır. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 30,6 faiz artaraq ötən ayların debitor borcu da nəzərə alınmaqla 141 faizdən artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 1,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir.
|
Oxumaq
19.11.10
|
| |
|
|
Bakcell ali məktəb tələbələri üçün Bakcell Məzunu proqramını elan edir
|
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti Xəzər, Qafqaz və Azərbaycan Texniki Universitetləri ilə birlikdə Bakcell Məzunu proqramının başlandığını elan edir.
Bakcell Məzunu proqramının məqsədi mobil telekommunikasiya sahəsində gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir. Bakcell-in Baş İcraçı Direktoru xanım İneke Botter proqram barədə bunları deyib: “Biz istəyirik ki, gənclər telekommunikasiya biznesi üzrə daha çox biliyə malik olsunlar. Bakcell-də təcrübə keçməklə tələbələr bu qabaqcıl biznes sahəsi ilə yaxından tanış olacaq və bu sahədə karyera qurmaq imkanları barədə öyrənəcəklər.”
|
Oxumaq
19.11.10
|
| |
|
|
Əməyin mühafizəsi sahəsində vəziyyət yaxşılaşır
|
Fizuli Ələkbərov: "Bu il iş yerlərində ölüm hadisələri və xəsarət alma hallarının azalması müşahidə olunur"
Ötən illə müqayisədə 2010-cu ildə işçilərin təhlükəsizliyinin və sağlamlığının təminatı sahəsində istənilən artım səviyyəsi müşahidə olunmur. Bu barədə jurnalistlərə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib.
|
Oxumaq
19.11.10
|
| |
|
|
Yenidən saxta polietilen torbalar aşkar edilib
|
|
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 23 ünvanında Rustam Abdullayevə məxsus mağazada aparılan yoxlama zamanı üzərində Türkiyədə istehsal edildiyi göstərilmiş "Foto", "Qırmızı palas", "Amerika", "Bantik" adlı 48,4 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının və müşayətedici sənədlərinin olmadığı müəyyən edilib. Bu barədə cümə axşamı yyaılan məlumatda deyilir.
|
Oxumaq
19.11.10
|
| |
|
|
Ötən ay elektrik enerjisi istehsalı 8% artırıb
|
Oktyabr ayında Azərbaycanın enerji sistemində 1,4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, sentyabr ayındakı istehsaldan 7,7% artıqdır. “Azərenerji” ASC-dən verilən məlumata görə, ümumilikdə 2010-cu ilin 10 ayı ərzində enerji sistemində 15,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ay Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsini davam etdirib.
|
Oxumaq
12.11.10
|
| |
|
|
|