|
|
ARXİV
|
| |
|
«
| Sen.2010 | » | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | 30 | | | |
|
|
Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
|
Əfqanıstan Azərbaycanın sığorta-pensiya modelini öyrənir
|
Modelin öyrənilməsi Dünya Bankı tərəfindən keçid dövrü ölkələrinə tövsiyə olunub
Dünya Bankı (DB) Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsini keçid dövrü ölkələrinə tövsiyə edib. Hazırda bankın Əfqanıstan üzrə layihəsi çərçivəsində ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədi ilə Əfqanıstanın nümayəndə heyətinin Azərbaycana səfərə başlayıb. Nümayəndə heyətinin tərkibinə Dünya Bankı ekspertləri, Əfqanıstanın Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyinin rəhbər şəxsləri, o cümlədən bu ölkənin Maliyyə Nazirliyinin, Müstəqil Administrativ İslahat və Dövlət Qulluğu üzrə Komissiyasının əməkdaşları daxildir.
|
Oxumaq
22.12.09
|
| |
|
|
80-dən çox sahibkara güzəştli kreditlər verilib
|
|
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsinə yönəldilmiş tədbirləri davam etdirir. Dünən fond "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Göyçay şəhərində keçirib. Tədbirdə Aran iqtisadi rayonunda və ətraf iqtisadi rayonlarda fəaliyyət göstərən 300-dən artıq sahibkar iştirak edib. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göyçay, Ucar, Zərdab, Bərdə, Yevlax, Ağcabədi, Hacıqabul, Salyan, Saatlı, İmişli, Biləsuvar, Şamaxı, Goranboy, Tərtər, Gəncə, Göygöl, Samux, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib. Belə ki, tədbirdə Bərdə rayonunda fəaliyyət göstərən "Rəşad" Kommersiya - İstehsalat Firmasına 680 min manat güzəştli kredit ayrılıb.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Azərbaycan İnvestisiya Şirkəti alman şirkətlərilə memorandumlar imzalayıb
|
"Ağstafasüd Kompleksi" və "Ağstafa Aqroservis" müəssisəsi yaradılacaq
Dünən İqtisadi İnkişaf Nazirliyində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Almaniyanın "RAO AgroMilk" və "RAO Global Group" şirkətləri arasında Anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib. Memorandumlara əsasən, "Ağstafasüd Kompleksi"nin və "Ağstafa Aqroservis" müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, AİŞ-in icraçı direktoru Əfqan İsayev həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib. Layihələrin reallaşmasının regionda kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyətini qeyd edən Ə.İsayev onların "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirildiyini vurğulayıb.
|
Oxumaq
19.12.09
|
| |
|
|
Təkrar bazarda yeni tikililərin sayı azalıb
|
Bazar üzrə bağlanan əqdlərin dinamikasında isə artım qeydə alınıb
Təkrar mənzil bazarı üzrə bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə artım qeydə alınıb. Bu artım -1,3 faiz təşkil edib. Noyabr ayı ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı isə ötən aya nisbətən azalıb. Təklifin cüzi azalmasına əsasən mənzillərin qiymət dinamikasında azalan tendensiyanın dərinləşməsi səbəb olub. Araşdırmalar göstərir ki, təklif üzrə azalma ümumi təklif portfelində yeni tikililərinin 58 faiz olan payının cüzi azalmasına təsir göstərib. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.
|
Oxumaq
18.12.09
|
| |
|
|
Qeyri-yaşayış sahələri bazarında bağlanan əqdlərin sayı azalıb
|
Bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı isə 2,7 faiz artıb
Qeyri-yaşayış sahələri bazarında bağlanan əqdlərin dinamikasında azalma müşahidə olunub. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, noyabr ayında da bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda kimi olub. Belə ki, qeyri-yaşayış sahələrini fərdi tikililər, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrinin və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillər təşkil edib: "Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası sentyabr ayına nisbətən bir qədər də azalıb. Noyabr ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın həm orta satış qiymətində, həm də icarə qiymətlərində 0,2 faiz qiymət azalması qeydə alınıb. 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti təklif üzrə oktyabrda qeydə alınan 2992 ABŞ dollarından 2998 dollara qalxıb".
|
Oxumaq
16.12.09
|
| |
|
|
İlkin mənzil bazarında tələb kəskin azalıb
|
Bu, orta qiymətdə azalma ilə nəticələnib
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin ("ƏBİ" İB) monitorinq qrupu ilkin mənzil bazarı üzrə növbəti araşdırmalarını yekunlaşdırıb. Nəticələr barədə qəzetimizə qurumun mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, noyabr ayının sonuna Bakı şəhəri üzrə "ƏBİ" İB tərəfindən qeydə alınmış, satışı davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 453 ədədə qarşı 443 ədəd olub: "Ay ərzində 11 binada son satış tamamlandığı üçün tikintisi aparılan binaların siyahısından çıxarılıb. Daha bir bina isə siyahıya əlavə edilib". 453 binanın inşasına gəlincə, bu, 159 tikinti təşkilatı tərəfindən həyata keçirilir. Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,6 faiz təşkil edir.
|
Oxumaq
15.12.09
|
| |
|
|
Avtomobil bazarında risk dərəcəsi yüksək olaraq qalır
|
|
Təkrar avtomobil bazarında aparılan monitorinqlər bazarda mövsümlə əlaqədar nisbi aktivliyin davam etdiyini göstərir. Noyabrın ilk ongünlüyündə avtomobillərin qiymətinə təsir göstərməyən dinamiklik müşahidə olunub. Bu isə özünü bağlanan əqdlərin dinamikasında göstərib. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, əvvəlki ayla müqayisədə noyabrda təklif stabil qalıb. Təklifin stabil qalmasına baxmayaraq, tələb də dəyişməyib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə cüzi artım qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının artmasına az da olsa təsir göstərib və bu artım 0,8 faiz olub. Ay ərzində bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməyib və ötən ay olduğu kimi orta qiymət 16100 ABŞ dollarına bərabər olub.
|
Oxumaq
15.12.09
|
| |
|
|
Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
|
|
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə "APA-Economics"ə ARDNF-in mətbuat xidmətindən məlumat verilib. Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu il üçün büdcə layihəsi müzakirə olunub. İclasda Müşahidə Şurası tərəfindən ARDNF-in 2010-cu il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılıb. ARDNF-in 2010-cu il büdcəsinin gəlirlərinin 5 963 126,7 min manat, xərclərinin 5 428 431,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 431,2 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq 2010-cu il büdcə layihəsi, o cümlədən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrinin məqbul hesab edilərək, təsdiq olunmaq üçün Azərbaycan prezidentinə göndərilməsi tövsiyə olunub.
|
Oxumaq
12.12.09
|
| |
|
|
Torpaqların qiyməti ucuzlaşmaqda davam edir
|
Tələbin azalması qiymətlərin enmə tendensiyasını saxlayır
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu torpaq bazarı üzrə növbəti araşdırmalarını yekunlaşdırıb. Nəticələr barədə qəzetimizə qurumun mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, ötən ay ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib: "Noyabr ayında bazara ümumilikdə 821,1 ha torpaq sahəsi təklif olunub. Onun 76,6 faizini boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Ötən ay da köhnə yaşayış evlərinin sökülməsi zəif olub". Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə doğru - üçüncü və dördüncü zonalar üzrə genişlənməkdə davam etsə də, tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib: "Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası noyabr ayında bir qədər zəifləyib.
|
Oxumaq
12.12.09
|
| |
|
|
Mənzil bazarının aktivliyi yenidən azalıb
|
Qiymətlərin düşəcəyi ehtimalı yüksəkdir
İlkin mənzil bazarında noyabr ayı ərzində mənzillərin satış tempi aşağı düşüb və bazarın aktivliyi yenidən azalıb. Adıçəkilən bazar üzrə növbəti araşdırmalarını yekunlaşdıran "MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətindən qəzetimizə bildirilib ki, tikinti şirkətlərinin satışa təklif etdikləri binalarda orta ekspozisiya müddəti də il ərzində 3,9 faiz azalıb. Amma bu göstərici noyabr ayı ərzində 1,1 faiz artaraq 366 gün/-bina təşkil edib. Bununla belə, tikintisinə yeni başlanılan binaların sayı cari ildə tikintisi tamamlanan binaların sayından az olduğu üçün təklif portfelinin həcmi aybaay azalmaya məruz qalıb. Bu azalma isə noyabr ayında 9,3 faiz təşkil edib.
|
Oxumaq
11.12.09
|
| |
|
|
|
Səhifələr : # « 18 19 20 21 22 23 24 25 26 » #
|
|