|
Bu il Azərbaycanda 5 yeni beynəlxalq sərgi keçiriləcək
|
Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkəti tərəfindən 2011-ci il ərzində Azərbaycanda 24 sərgi layihəsi keçirmək niyyətindədir.
«Iteca Caspian» şirkətinin Bakıdakı baş ofisindən «Kaspi»yə verilən məlumata görə, bu layihələrdən 5-i yenidir və şirkət tərəfindən ölkə ərazisində ilk dəfə keçiriləcək. Bütün sərgilər Bakı Sərgi Mərkəzində (Baku Expo center) keçiriləcək.
|
Oxumaq
12.01.11
|
| |
|
|
Bakı şəhər Vergilər Departamentinin rəhbərliyi dəyişib
|
Azərbaycan Vergilər Nazirliyində kadr dəyişikliyi davam edir.
Bakı şəhər Vergilər Departamentinin rəisinin müavini vəzifəsinə bundan əvvəl nazirliyin mətbuat xidmətinə rəhbərlik edən Fariz Səmədov təyin olunub. Səmədovun icra etdiyi vəzifə və öhdəliklər artıq yenilənmiş şəkildə Mehdi Mirsalamova həvalə olunub. Nazirliyin mətbuat xidməti ləğv edilib, onun bazasında Analitik İnformasiya Mərkəzi yaradılıb.
|
Oxumaq
12.01.11
|
| |
|
|
|
|
Kompleks Qazma İşləri Tresti “Darvin bankası” yatağında yeni quyu qazır
|
|
ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə “Darvin bankası” yatağındakı yeni 620 nömrəli meydançadan ilk quyunun qazma işlərinə başlayıb. Qirməki Lay Dəstəsinə qazılan 677 nömrəli həmin quyunun layihə dərinliyi 1280 metrdir. Quyudan sutkada 5 ton neft hasil ediləcəyi proqnozlaşdırılır. Qeyd edək ki, 620 nömrəli meydançadan ümumilikdə 20 quyunun qazılması planlaşdırılır. Geoloqların hesablamalarına görə, orta dərinliyi 1350 metr təşkil edəcək quyuların hər birindən sutkada 5 ton neft alınacağı gözlənilir.
|
Oxumaq
11.01.11
|
| |
|
|
2010-cu ildə Kulevi Neft Terminalı daha çox neft və neft məhsulu ötürüb
|
ARDNŞ-ə məxsus Kulevi Qara Dəniz Terminalı ötən ilin dekabr ayı ərzində 317 864 ton neft və neft məhsulları qəbul eäèá. Ìÿëóìàòû ÀÐÄÍØ-èí ðÿñìè ñàéòû éàéûá. Ötən ay terminal vasitəsi ilə 415 449 ton neft və neft məhsulu dünya bazarlarına göndərilmişdir. Ötən ilin dekabrında terminal vasitəsilə noyabr ayına nisbətən 37% çox neft və neft məhsulu ötürülmüşdür. Ümumilikdə isə 2010-cu ildə Kulevi Qara Dəniz Terminalından 3 600 000 ton neft və neft məhsulu ötürülmüşdür ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 56% çoxdur.
|
Oxumaq
11.01.11
|
| |
|
|
BDU-da qış imtahan sessiyası başladı
|
Köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb
Yanvarın 6-da Bakı Dövlət Universitetinin (BDU) əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Bu barədə «Kaspi»yə BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib. Rektor Abel Məhərrəmovun imzaladığı əmrə əsasən yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və nativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.
|
Oxumaq
07.01.11
|
| |
|
|
2010-cu ildə ARDNŞ qaz təhvili proqnozlarına tam əməl edib
|
|
2010-cu ilin dekabr ayı ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 909 milyon 982 min kubmetr “mavi yanacaq” vermişdir. Ay ərzində yeraltı qaz anbarlarına 22 milyon 190 min kubmetr “mavi yanacaq” vurulmuş, 160 milyon 961 min kubmetr götürülmüşdür. Bununla da dekabr ayı ərzində 1 milyard 048 milyon 753 min kubmetr qaz istifadə olunmuşdur. Bu həən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 932 milyon 830 min kubmetr təbii qaz verilmiş, Gürcüstana 38 milyon 728 min kubmetr, Rusiyaya 40 milyon 317 min kubmetr qaz ixrac olunmuş və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 36 milyon 878 min kubmetr “mavi yanacaq” ötürülmüşdür.
|
Oxumaq
07.01.11
|
| |
|
|
Vergilər Nazirliyində struktur dəyişiklikləri olub
|
Vergilər Nazirliyinin tərkibində struktur dəyişiklikləri baş verib. AZADİNFORM xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fariz Səmədov başqa vəzifəyə keçirilib. F.Səmədov təyinatı haqqında əmr verildikdən sonra onun nazirliyin hansı strukturunda çalışacağı məlum olacaq. Qeyd edək ki, hazırda Vergilər Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini Mehdi Mirsəlimovun icra etdiyi bildirilir.
|
Oxumaq
07.01.11
|
| |
|
|
Böyük və tarixi hadisə
|
|
Bakı şəhərinə yüksək keyfiyyətli içməli suyun verilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən təşəbbüs göstərilmiş “Oğuz-Qəbələ-Bakı” su kəməri artıq istifadəyə verildi
|
Oxumaq
30.12.10
|
| |
|
|
Gələn il Azərbaycanda taxıl istehsalı həcminin artacağı gözlənilir
|
Gələn il Azərbaycanda 2,5 milyon tona yaxın taxıl istehsal oluna bilər ki, bu da cari ilin göstəricisini üstələyəcək. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. "Buna baxmayaraq, son illər istehsal həcmləri artacaq. 2009-cu ildəki istehsal həcmi buna əyani sübutdur ki, o zaman üç milyon ton taxıl istehsal olunmuşdu", - Abasov deyib.
|
Oxumaq
24.12.10
|
| |
|
|
|