|
"Nabukko" neçəyə başa gələcək?
|
"Nabukko" layihəsi konsorsiumu boru kəmərinin dəyərinin qiymətləndirilməsini aparır
Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutan "Nabukko" layihəsi konsorsiumu bu gün boru kəmərinin dəyərinin qiymətləndirilməsini aparır. Bu barədə Trend-ə layihənin rəsmi nümayəndəsi Kristian Dolezal elektron poçtla məlumat verib.
|
Oxumaq
24.02.11
|
| |
|
|
Qaçqınlar mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında mühüm addım
|
Təkcə ötən il qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı ölkə başçısı tərəfindən 4 fərman və sərəncam imzalanıb
Ötən il qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər problemlərin həlli ilə bağlı ölkə başçısı tərəfindən 4 fərman və sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən isə 14 sərəncam və qərar qəbul edilib. Bu sahədə aparılan işlər 2011-ci ildə də prioritet istiqamət olaraq qalır.
|
Oxumaq
23.02.11
|
| |
|
|
Biometrik pasportlar sərhədi qanunsuz keçmək istəyənlərin qarşısını alacaq
|
Bu pasportları saxtalaşdırmaq adi pasportu saxtalaşdırmaqdan çətindir
Biometrik informasiya texnologiyaları əsasında hazırlanacaq yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı növbəti addım atılıb. Onların istehsalı və tətbiqi üzrə ölkə başçısının sərəncamı ilə Nazirlər Kabineti üç ay müddətində şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb prezidentə təqdim etməlidir. Bu proses isə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılır. İki mərhələdə (2010-2012-ci illər) aparılan prosesin ikinci hissəsində biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulur.
|
Oxumaq
22.02.11
|
| |
|
|
Korrupsiyaya qarşı mübarizədə beynəlxalq dəstək
|
Beynəlxalq təşkilatlar Azərbaycanın çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərini bəyənirlər
Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu fikir fevralın 17-də Bakıda işə başlayan «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı konfrans»da səsləndirildi. Konfransda çıxış edən Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov bildirdi ki, Azərbaycan 2000-ci ildən çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq çağırışlara qoşulub və 2002-ci ildə Avropa Şurasının MONEYVAL Komitəsində təmsil olunur.
|
Oxumaq
18.02.11
|
| |
|
|
Bankdan kənar ödənişlər minimuma endiriləcək
|
Fazil Məmmədov: «Vergi Məcəlləsi vergi ödəyiciləri üçün bərabər iqtisadi şərait yaradır, vergi ödəyiciləri arasında diskriminasiyaya yol vermir»
Dünən Bakı Biznes Mərkəzində vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş “İqtisadi inkişafa xidmət edən vergi islahatları” mövzusunda tədbir keçirilib. Vergilər naziri Fazil Məmmədov aparılan mütərəqqi islahatlar nəticəsində vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirildiyini deyib. Nazirin sözlərinə görə, Azərbaycan müasir Avropa standartlarına cavab verən vergi qanunvericiliyi bazasına malikdir:
|
Oxumaq
12.02.11
|
| |
|
|
Beynəlxalq Bankın müştərisi AGBank-ın keçirdiyi “Uduşlu Kupon” kampaniyasının qalibi oldu
|
|
Daha bir nəfər, AGBank-ın keçirdiyi Uduşlu Kupon kampaniyasının qalibi oldu. Bu, 1981 təvəllüdlü, Beynəlxalq Bankın müştərisi Həsənov Zaur Sabir oğludur. Bu barədə AGBank-ın mətbuat xidməti xəbər yayıb. Belə ki, maaşını almaq üçün AGBank-ın bankomatından istifadə edən Həsənov Zaur, pulla birlikdə ATM-dən Uduşlu Kuponun çıxdığını görmüş və 200 manatlıq uduş məbləğini almaq üçün AGBank-ın Baş ofisinə gəlmişdir.
|
Oxumaq
11.02.11
|
| |
|
|
Dövlət Miqrasiya Xidməti nümayəndələri ilə görüş keçirilib
|
Miqrasiya ilə bağlı qanunun icrası işəgötürənlər və işçilər arasında münasibətlərin təkmilləşdirilməsi üçün vacibdir
Ötən gün Azərbaycan Türkiyə İş Adamları Birliyində (ATİB) Dövlət Miqrasiya Xidməti (DMX) nümayəndələri ilə görüş keçirilib. Görüş Azərbaycanda müxtəlif istiqamətli miqrasiya prosesləri ilə bağlı ATİB üzvlərini məlumatlandırmaq üçün təşkil edilib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
|
Oxumaq
11.02.11
|
| |
|
|
Qış mövsümü ilə bağlı tədbirlər yerinə yetirilir
|
|
Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi “Azərbaycan” İES-də də qış mövsümündə enerjisistemin dayanıqlı və təhlükəsiz işləməsinin təmin edilməsi, elektrik stansiyalarında avadanlıqların təhlükəsiz və stabil fəaliyyəti, güc məhdudiyyətinin aradan qaldırılması və s üçün təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulmuş tədbirlər əsasən yerinə yetirilmişdir.
|
Oxumaq
11.02.11
|
| |
|
|
Yay vaxtının ləğvi müzakirə olunmur
|
Dövlət Komitəsi: Qərarın ləğvi ilə bağlı Nazirlər Kabinetinə hər hansı təklif verilməyib
“Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi ilə bağlı qərarın ləğvi istiqamətində hər hansı müzakirələr aparılmır. Bu qərar qüvvədədir. Qərarın ləğvi ilə bağlı Nazirlər Kabinetinə hər hansı təklif verilməyib”.
|
Oxumaq
10.02.11
|
| |
|
|
“Azərenerji” təmir işlərini davam etdirir
|
|
Digər elektrik şəbəkə rayonlarında (EŞR) olduğu kimi “Xızı” və “Bağlar” EŞR-lərdə də istehkakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.
|
Oxumaq
10.02.11
|
| |
|
|
|