|
2013-cü ilə qədər əsas infrastruktur layihələri başa çatmalıdır
|
Növbəti illərdə də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil etməlidir
Ölkə iqtisadiyyatının birtərəfli iqtisadiyyat kimi formalaşmaması üçün regionların inkişafına xüsusi diqqət çox vacibdir. Regionlarda iqtisadiyyatın inkişafının gücləndirilməsini qaçılmaz edən başqa amil hər bir inkişaf etməkdə olan ölkənin qarşısında durmuş urbanizasiya problemidir. Belə ki, urbanizasiyanı şərtləndirən mənfi amillər sırasında gizli işsizlik, yetərsiz iş təminatı kimi önəmli səbəblər də dayanır. Məhz bu problemlərin həllinə nail olmaq üçün düşünülmüş uğurlu addım regionlarda həyat səviyyəsini yüksəltmək, işə yerlərinin sayının artırılmasına çalışmaq, eləcə də əhalinin məşğulluğunun təmininə dəstək verməkdir. Bu məqsədlərin həyata keçirilməsində dövlətlə yanaşı, özəl sektorun da payı var.
|
Oxumaq
24.05.11
|
| |
|
|
Dövlət büdcəsinin xərcləri 25% artırılır
|
«Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» qanununda dəyişikliklər edilməsi barədə layihə parlamentə təqdim edilib
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı hazırlanmış “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanun layihəsi Milli Məclisinin müzakirəsinə təqdim edilib.
|
Oxumaq
20.05.11
|
| |
|
|
Azay Quliyev: “Eurovision”la bağlı layihə olarsa, baxa bilərik”
|
“Bu il “Turizm” ilidir və ümid edirik ki, turizm mövzusunda QHT-lər arasında elan etdiyimiz müsabiqəyə maraq çox olacaq”.
Bunu “Azadinform”a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl elan edilən müsabiqədə 7 istiqamət üzrə qaliblər seçiləcək: “Müsabiqə iyunun 3-də başa çatacaq. Bilirsiniz, bu, çox yeni bir sahədir, QHT-lər bu istiqamətdə formalaşmayıblar. Amma biz istəyirik ki, bu sahədə təcrübəsi olanlar digərləri ilə bölüşsünlər.
|
Oxumaq
20.05.11
|
| |
|
|
845 min nəfərin pensiyası orta hesabla 40 faiz artırılacaq
|
Pensiyaların orta aylıq məbləği hazırkı 114 manat səviyyəsindən 150 manata qədər qalxacaq
Milli Məclisin mayın 17-də keçirilən iclası təbriklərlə başladı. Milli Məclisin sədri Oqtay Əsədov deputatları və Azərbaycan xalqını “Eurovision-2011” mahnı müsabiqəsindəki qalibiyyət münasibəti ilə təbrik etdi. O, bu qələbənin Azərbaycanın dünyada tanıdılmasında böyük rol oynadığını bildirdi.
|
Oxumaq
18.05.11
|
| |
|
|
Smart qaz sayğacları qaz sektorundakı problemlərin açarı olacaqmı?
|
Ekspertlər belə hesab edirlər ki, “Azəriqaz” Neft Şirkətindən aldığı mavi qazın əhəmiyyətli hissəsini istehlakçılara çatdıra bilmir
“Azəriqaz” İstehsalat Birliyi paytaxt sakinlərinə xəbərdarlıq məktubları göndərib. Məktublarda qeyd olunur ki, birlik tezliklə qaz sayğaclarını yenisi ilə əvəz edir və bununla əlaqədar sakinlərdən son borclarını ödəmək tələb olunur. Gələn ildən artıq Bakıdakı mənzillərdə smart tipli sayğaclar olacaq.
|
Oxumaq
13.05.11
|
| |
|
|
Azərbaycan ilin sonuna qədər 60 ədəd pilotsuz təyyarə istehsal edəcək
|
Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilin sonuna qədər 60 ədəd pilotsuz təyyarə istehsal etməyi planlaşdırır. ANS TV-nin məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin İstanbul şəhərində təşkil olunan "İDEF-2011" X beynəlxalq müdafiə sərgisinin açılışından sonra jurnalistlərə açıqlamasında deyib.
|
Oxumaq
12.05.11
|
| |
|
|
Bakcell abunəçisi “Porsche Cayenne” qazandı
|
Şirkət «gizli nömrədən zəng» xidmətini yaxın vaxtlarda ləğv etməyə hazırdır
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti “70 gün ərzində bir Porsche Cayenne və 79,000 manat qazan!” kampaniyasının qalibinə Porsche Cayenne avtomobilini təqdim edib.
|
Oxumaq
12.05.11
|
| |
|
|
“Gənclərin mənzil təminatı ilə bağlı dövlət proqramına ehtiyac var”
|
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, ölkədə mənzilə ehtiyacı olan ailələr çoxluq təşkil edir
“Təkcə ipoteka kreditlərinin verilmə qaydalarının sadələşdirilməsi deyil, gənclərin mənzil təminatı ilə bağlı dövlət proqramının qəbuluna ehtiyac var”. “Azadinform”un məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
|
Oxumaq
12.05.11
|
| |
|
|
“Azərsu” ASC xəbərdarlıq edir
|
Fevralın 1-dən debitor borcu olan istehlakçıların su təchizatı qeyd-şərtsiz dayandırılacaq
“Azərsu” ASC abunəçilərdən 01 fevral 2011-ci il tarixindən sonra su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «Kaspi»yə verilən məlumata görə, əks halda debitor borcu olan istehlakçıların su təchizatı qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz dayandırılacaq. Su təchizatı dayandırılmış fiziki və hüquqi şəxslərin şəbəkəyə təkrar qoşulmaları borclar tam ödənildikdən sonra mümkün olacaq. Abunəçilər borclarını bütün poçt şöbələrində və bank filiallarında ödəyə bilərlər.
|
Oxumaq
12.05.11
|
| |
|
|
Sahibkarlığa ayrılan kreditlərin məbləğinin artırılması gözlənilir
|
Növbəti illərdə kənd təsərrüfatına daha böyük investisiyalar yönəldiləcək
Ölkə iqtisadiyyatının dirçəldilməsinin ən vacib qolu özəl biznesin inkişaf etdirilməsidir. Özəl sektorun qüvvətləndirilməsinin başlıca amili isə ona dəstək verilməsidir. Məhz bu səbəbdən Azərbaycanda qarşıda duran əsas hədəflər - sahibkarlığın inkişafı üçün biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, bu əsasda isə ölkədə dinamik inkişafın davamlılığını təmin etməkdir.
|
Oxumaq
11.05.11
|
| |
|
|
|