Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : 1 2 3 4 5 » #
Ov da var, ovçu da, amma...
Azərbaycanda turizmin bu növü üçün böyük potensial olsa da, problemlər də az deyil

Hazırda dünyada insanların həddindən artıq marağını cəlb edən turizm növlərindən biri də ovçuluq turizmidir. Azərbaycanda bütün turizm növləri kimi, ovçuluğun inkişafı üçün də potensial imkanlar mövcuddur. Mütəxəssislərin fikrincə, ölkəmizin ərazisi ovçuluq turizmindən külli miqdarda gəlir götürmək üçün münbit imkanlara malik olsa da, bu potensialdan lazımi qədər istifadə olunmur.
Oxumaq
07.02.12  
 
Yanvarda ölkədə 0,1 faizlik inflyasiya olub
2012-ci ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsi məlumat verir ki, hesabat dövründə qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməz qalıb.
Oxumaq
07.02.12  
 
Mərkəzi Bankın ehtiyatları 102,3 milyon dollar artıb
Mərkəzi Bankın (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2012-ci ilin yanvar ayı ərzində 102,3 milyon dollar (bir faiz) artıb. Bu barədə AMB-nin məlumatında bildirilir. 2012-ci ilin yanvar ayının yekunları üzrə valyuta ehtiyatları 2011-ci ilin yanvar ayına nisbətən 61,2 faiz artaraq 10 583,8 milyon dollar olub.
2010-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 6 407,6 milyon dollar, 2011-ci ilin yekunları üzrə isə 10481,5 milyon dollar təşkil edib.
Mərkəzi Bank 2012-ci ildə sərəncamında olan valyuta ehtiyatlarının təxminən üç milyard dollar artacağını gözləyir.
Oxumaq
07.02.12  
 
Yanvarda 2,2 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib
Cari ilin yanvar ayında ölkə enerji sistemində 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, göstərilən həən istilik elektrik stansiyalarının (İES) payına 2 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. Xatırladaq ki, 2011-ci il ərzində ölkə enerji sistemində 20 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Oxumaq
07.02.12  
 
ARDNŞ-nin ilk avrobondlarının yerləşdirilməsi baş tutub
Fevralın 2-də Londonda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin buraxdığı debüt avrobondların yerləşdirilməsi başa çatıb. Şirkətdən verilən xəbərə görə, 290 investor tərəfindən verilən sifarişlərin ümumi həcmi 4,6 milyard ABŞ dolları təşkil edib.
Avrobondların buraxılışının ümumi məbləği 500 milyon ABŞ dolları və illik faiz dərəcəsi 5,45% müəyyən edilib. Avrobondların ödənilməsi müddəti 2017-ci ilə qədərdir. Avrobondlar ABŞ-ın Qiymətli Kağızlar haqqında Aktın “Regulation S” hissəsinə əsaslanaraq buraxılır.
Oxumaq
07.02.12  
 
Azərbaycanda mini-otel tikmək neçəyə başa gəlir?
3 mərtəbəli, 18 nömrəli otelin sahibi olmaq üçün təxminən 250 min manat lazımdır

Azərbaycanın “Eurovision” müsabiqəsində qalib gəlməsi və ötən ilin “Turizm ili” elan olunması turizm sahəsində işləri daha da sürətləndirdi. İndi ölkə 2012-ci ilin mayına – bu möhtəşəm müsabiqənin Bakıda keçirilməsinə hazırlaşır. Azərbaycanın turizm ölkəsinə çevrilməsi ölkədə otel tikintisini də sürətləndirib. Bu baxımdan hazırda Azərbaycanda irili-xırdalı onlarla otel tikilir, xüsusilə regionlarda mehmanxana tipli obyektlərin sayı gündən günə artmaqdadır. İş adamları belə otellərin tikintisi üçün layihə qıtlığı çəkmirlər – bunun üçün ənənəvi layihələr mövcuddur.
Oxumaq
03.02.12  
 
ARDNŞ benzin ixracını artırıb
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 117 249 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin yanvar ayına nisbətən 13,4% azdır. ARDNŞ-dən verilən məlumata görə, hesabat ayında 5 678 ton avtomobil benzini, 101 350 ton dizel yanacağı və 10 221 ton təyyarə yanacağı ixrac olunub.
Oxumaq
03.02.12  
 
Azərbaycanla Türkiyə arasında enerji tərəfdaşlığı uğurla davam edir
2018-ci ilədək ARDNŞ Türkiyə iqtisadiyyatına ümumilikdə 17 milyard dollaradək sərmayə yatıracaq ki, bu da qardaş ölkənin özəl sektoru tarixində ən böyük yatırım olacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti modernləşmə və inkişaf yolunu seçərək beynəlxalq enerji bazarına inamla qədəm qoymuşdur. Müasir idarəetmə mexanizminin tətbiq edilməsi, istehsalat proseslərinin səmərəliliyinin artırılması, elmi-texniki yeniliklərin tətbiqi sayəsində ARDNŞ nəinki ölkənin, bütövlükdə regionun aparıcı şirkətlərindən birinə çevrilmişdir.
Oxumaq
01.02.12  
 
72 senator Senata qarşı
Fransada qondarma soyqırımı əleyhdarlarının topladığı imzaların sayı açıqlandı

Yanvarın 24-də Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsinin qarşısının alınması üçün şans yaranıb. Artıq Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunla bağlı Fransa Konstitusiya Şurasına (Məhkəmə) müraciət edilib. Müraciətə 72 senator imza atıb.
Oxumaq
01.02.12  
 
Ötən il 77 standart təsdiq edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən il standartlaşdırma sahəsində normativ hüquqi və normativ texniki bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görüb. Komitədən verilən məlumata görə, “Texniki tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi Avropa Birliyinin mütəxəssisləri tərəfindən ekspertizadan keçmiş və baxılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
Oxumaq
31.01.12  
 
Səhifələr : 1 2 3 4 5 » #
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •