Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
ABŞ-da yaşayan azərbaycanlılar siyahıya alınacaq
ABŞ Əhalinin Siyahıyaalınması Bürosu gələn il əhalinin, o cümlədən ölkədə yaşayan azərbaycanlı və türkləri siyahıya almağa başlayacaq. APA-nın Vaşinqton müxbirirnin verdiyi məlumata görə, türk və Azərbaycan diaspora təşkilatları diaspor üzvlərinin bu prosesdə fəal iştirakını təmin etmək üçün geniş təbliğata başlayıblar.
Diaspora nümayəndələri milliyyət sütununda "başqa" sözünü seçərək, orada öz milliyyətlərinin göstərəcəklər.
Oxumaq
30.12.09  
 
Pensiyaların baza hissəsi ləğv ediləcək
Azərbaycanda pensiyanın baza hissəsi ləğv ediləcək. "APA-Economics"in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimov yurnalistlərə açıqlamasında bildirib ki, əmək haqlarının leqallaşdırılması və qeydiyyata düşən insanların sayının artırılması hesabına sosial sığorta haqları üzrə ödənişlər artacaq, bu da hazırda pensiya ödənişlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən fonda ayrılan transfertdən imtina etməyə imkan verəcək: "Belə olduqda, pensiyanın ayrıca baza hissəsinin göstərilməsinin əhəmiyyəti qalmayacaq. Pensiya tərkibində minimum anlayışı ola bilər, lakin o da zaman keçdikcə əhəmiyyətini itirməlidir və hər kəs bilməlidir ki, nə ödəyib və onun hesabında hansı məbləğ yığılıb, gələcəkdə isə pensiyaya çıxanda internetdən pensiyasının miqdarı haqda məlumat ala biləcək".
S.Müslimovun sözlərinə görə, hər ilin sonunda pensiyaçılara DSMF tərəfindən onların hesabında nə qədər vəsaitin yığıldığı haqda məktub göndəriləcək.
DSMF qeyd edilən məktubların çap edilməsi üçün çap mərkəzi yaradıb. Mərkəz müvafiq avadanlıqla təmin edilib və 2010-cu ilin sonunadək sözügedən məktublar göndəriləcək.
Oxumaq
30.12.09  
 
Azərbaycanda Şaxta Babalara maraq kəskin azalıb
Bu il Bakı şəhərində Şaxta Baba fəaliyyəti göstərmək istəyənlərin sayı kəskin azalıb. Bu barədə "APA-Economics"ə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, ötən il Bakı şəhərində Şaxta Baba fəaliyyəti (bura Şaxta Baba ilə yanaşı Qar Qızı və fotoçəkiliş daxildir) göstərmək üçün 30-a yaxın şəxsə icazə verilib. Bu il dekabrın əvvəlinədək departamentə 57 müraciət olsa da, sonradan müraciət edənlər icazələrini almağa gəlməyiblər: "Bunun Məhərrəmlik ayı və ya nə ilə bağlı olmasını bilmirik. Amma deyə bilərəm ki, əvvəlki illərlə müqayisədə icazə almış Şaxta Babaların sayı çox azalıb".
İcazə almış Şaxta Babalar Dənizkənarı Bulvar istisna olunmaqla paytaxtın digər ərazilərində fəaliyyət göstərir. Şaxta Babaların fəaliyyət müddəti 2010-cu il yanvar ayının 13-nə qədərdir.
Oxumaq
30.12.09  
 
"Heç bir uşağı nəzərdən qaçırmayaq" mükafatının təqdimatı keçirilib
"Heç bir uşağı nəzərdən qaçırmayaq" milli ictimai mükafatının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Uşaq problemləri üzrə Milli QHT Alyansının birgə təşkilatçılığı ilə keçirilən tədbir uşaqların musiqi ifaları ilə başlayıb. Alyansın rəhbəri Nabil Seyidov artıq dördüncü ildir bu layihəni həyata keçirdiklərini deyib. Əvvəlki illərdə 7, bu il isə 8 nominasiya üzrə qaliblərin müəyyənləşdiyini söyləyən N.Seyidov bu ənənənin davam edəcəyini bildirib. Sonra mükafatlar təqdim olunub. Uşaq hüquqlarının müdafiəsi sahəsində ilin adamı nominasiyasına prezident İlham Əliyev layiq görülüb.
Oxumaq
30.12.09  
 
ABŞ-da Şuşaya həsr olunmuş poçt markası buraxılıb
ABŞ-da Şuşaya həsr olunmuş poçt markası buraxılıb. APA-nın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilib.
Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır.
ABŞ Poçt Xidməti buraxılmış markanın çox populyar olduğunu bildirib. Bayram günlərində markanın qiyməti 18.95 dollar olub, onun adi qiyməti isə 4,5 dollara yaxındır. Poçt Xidmətinin rəsmisi APA-nın Vaşinqtondakı müxbirinə bildirib ki, marka amerikalı azərbaycanlılar tərəfindən hazırlanıb, amma onun alıcıları arasında başqa millətlərin nümayəndələri də çoxdur.
Oxumaq
30.12.09  
 
Gələn il dövlət büdcəsində kəsir olmayacaq
Gələn il Azərbaycanın dövlət büdcəsində proqnozlaşdırılan kəsir müşahidə olunmayacaq. "APA-Economics"in məlumatına görə, bunu iqtisadçı-ekspert, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oktay Haqverdiyev bildirib. Onun sözlərinə görə, 2009-cu il dünya iqtisadiyyatı üçün böhran şəraitində keçib. Lakin Azərbaycana birbaşa maliyyə böhranı deyil, bunun fonunda dünya bazarında neftin qiymətinin kəskin düşməsi təsir göstərib ki, Azərbaycan iqtisadiyyatı əsasən neftən asılıdır: "Bu isə öz növbəsində ölkə iqtisadiyyatının digər sahələrində əks olunub. Belə ki, problemlər həmçinin real sektorda, o cümlədən maliyyə sektorunda da müşahidə olunub. Buna baxmayaraq, Azərbaycan qlobal maliyyə böhranına hazırlıqlı olduğuna görə böhran ölkəyə ciddi təsir göstərməyib. Ümumiyyətlə, ölkə iqtisadiyyüatı 2009-cu ildə təxminən 8% artıb, inflyasiya isə 2-3% səviyyəsində olub".
Oxumaq
30.12.09  
 
Azərbaycanda 35 yeni otel tikilir
Hazırda Azərbaycan ərazisində 35 yeni otel inşa olunur. APA-nın məlumatına görə, bunu yurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib: "2015-ci ilə qədər Azərbaycandakı otellərdə yataq yerlərinin sayı 30 minə çatacaq". Nazir qeyd edib ki, hər il Azərbaycanda 100-ə yaxın əlavə yerləşdirmə yerləri yaranır: "Nəzərdə tuturuq ki, gələn ildən etibarən turizmlə bağlı dövlət proqramının gerçəkləşməsi başladıqdan sonra, 2015-ci ildə Azərbaycanda otellərdə yataq yerlərinin sayını 30 minə çatdıraq. Bu, bizim respublika üçün çox əla rəqəm olacaq".
Oxumaq
30.12.09  
 
Gələn il 8 ölkədə Azərbaycan mədəniyyət günləri keçiriləcək
2010-cu il ərzində 8-ə yaxın ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yurnalistlərə açıqlamasında bildirib ki, növbəti illərdə bu tədbirlərin coğrafiyası daha da genişlənəcək: "Bilirsiniz ki, yola saldığımız il İsveçrədə Azərbaycan mədəniyyəti ilə bağlı silsilə tədbirlər keçirdik. Növbəti il də Avropanın hansısa ölkəsində bu cür tədbirlər keçirməyi nəzərdə tuturuq. Azərbaycanın turizm potensialının 10-15 ən nüfuzlu turizm sərgisində təqdim olunması və təbliğat məqsədilə tədbirlər də planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyi həm mədəniyyət, həm də turizm sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsinə də xüsusi əhəmiyyət verir".
Oxumaq
30.12.09  
 
Bakıda kiçik tutumlu avtobusların sayı daha da azaldılacaq
Gələn ilin əvvəlində Bakı şəhərinin kənar yaşayış massivlərinə işləyən marşrutlarda kiçik tutumlu avtobuslar iritutumlu avtobuslarla əvəzlənəcək. Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, artıq bu məqsədlə bir neçə yerli şirkət tərəfindən Bakıya avtobuslar gətiriləcək. Avtobusların yeniləşdirilməsi üçün nazirlik sahibkarlara da xəbərdarlıq edib.
Qeyd edək ki, hazırda gün ərzində Bakı şəhərində 3-3,5 min sərnişin avtobusu işləyir. Son 1 il ərzində bir sıra marşruta iritutumlu avtobusların daxil edilməsi ilə əlaqədar olaraq istismar edilən avtobusların sayı 42% azalıb.
Xatırladaq ki, 2008-2009-cu illərdə Bakıya 1000-dən artıq iritutumlu avtobus gətirilib və bunun əsas hissəsi "Transgeyt Azərbaycan" şirkətinin payına düşüb.
Oxumaq
30.12.09  
 
Pedaqoji işçiləri qiymətləndirmək üçün yeni mexanizm tətbiq ediləcək
İbtidai sinif müəllimlərinin ixtisasının artırılması sahəsində eksperiment işə düşəcək

Dünən Təhsil Nazirliyində 2009-cu ilin yekunlarına dair mətbuat konfransı keçirilib. 2009-cu ilin ölkəmizdə "Uşaq ili" kimi qeyd olunduğunu deyən təhsil naziri Misir Mərdanov bildirib ki, bu il musiqi istedadı olan 11 yeniyetmə və gəncin adı Azərbaycanın gənc istedadlılarının "Qızıl kitab"ına yazılmaqla prezidentin xüsusi təqaüdünə layiq görülüb. Nazir təhsilə ayrılan büdcənin 2003-cü illə müqayisədə 5 dəfədən çox artdığını da vurğulayıb. Belə ki, təhsilə ayrılan vəsait 2008-ci ildə 1,1 milyard, 2009-cu ildə isə 1,3 milyard manat təşkil edib: "Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan xərclər 2008-ci ilə nisbətən 2009-cu ildə 21 faiz artıb və bu artım manatla 238 milyon təşkil edib. İnvestisiya xərcləri isə 57 milyon manat təşkil edib. Son beş ildə təhsil işçilərinin əməkhaqqı 5, tələbələrin təqaüdü isə 10 dəfə artıb".
Oxumaq
30.12.09  
 
Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
  • Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
  • “5 mətbu orqan Azərbaycan əleyhinə təbliğat aparır”
  • Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
  • Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
  • Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
  • Azərbaycanlı deputatlar Ermənistana getdilər
  • Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
  • “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
  • PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
  • İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
  • “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
  • “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”

  •