Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
Respublika əhəmiyyətli yollarda tərəzilər qurulacaq
Azərbaycanda respublika əhəmiyyətli avtomobil yollarını ağır tonnaylı yük maşınlarının təsirlərindən qorumaq üçün tərəzilərin qurulması planlaşdırılır. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda yalnız bir yerdə - Ələt-Masallı-Astara yolunun üzərində tərəzi qurulub. Bakı-Qazax, Bakı-Rusiya sərhədi avtomobil yolunun, eləcə də bir neçə digər istiqamətlərdə də tərəzilərin qoyulması nəzərdə tutulur. "Tərəzilər yolların müxtəlif hissələrində olacaq. Burada məqsəd yolların qorunmasına nəzarəti həyata keçirməkdir" - deyə P.Mürsəliyev vurğulayıb.
Hazırda respublika əhəmiyyətli yolların müxtəlif hissələrində nəqliyyat vasitələrinin hərəkətinə, yük normativlərinə əməl-etməməsinə nəzarət məqsədilə monitorinqlər aparılır.
Oxumaq
14.01.10  
 
Ötən il verilməyən ünvanlı yardımların ödənilməsinə başlanacaq
"Ötən ilin son üç ayının verilməyən ünvanlı sosial yardımlar bu ilin yanvarından ödənməyə başlanacaq. Bu vəsaitlər dövlət büdcəsindən ayrılacaq". Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Komitə sədri deyib ki, ünvanlı sosial yardımların verilməsi ilə bağlı mövcud təlimatlar daha çox insanın kasıb kimi müəyyənləşdirilməsinə rəvac verir. Onun sözlərinə görə, ötən il proqnozlaşdırılan rəqəmlər sonrakı təlimatlarla düz gəlmir: "Bu gün Azərbaycanda kasıblığın həddi kəskin aşağı düşüb. Ona görə də proqnozların müəyyənləşməsində təlimatın təkmilləşməsinə ehtiyac var. Düşünürəm ki, Dünya Bankının təcrübəsi nəzərə alınmaqla aparılan təkmilləşmə ünvanlı sosial yardım alan kontingentin sayını azaldacaq".
Oxumaq
14.01.10  
 
DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi yeni binaya köçüb
Qeydiyyat prosesinin çevik həyata keçirilməsi üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsi yeni inzibati binaya köçürülüb. Komitədən qəzetimizə bildirilib ki, bu addım daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədi ilə həyata keçirilib: "Ərazi idarəsi yeni ildən başlayaraq öz fəaliyyətini yeni ünvanda - Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 13-də davam etdirir. Ərazi İdarəsinin təchiz olunmuş yeni binaya köçürülməsində əsas məqsəd vətəndaşlara xidmət səviyyəsinin yaxşılaşdırılması, bu sahədə operativliyin, şəffaflığın və etibarlılığın daha da artırılmasıdır".
Oxumaq
14.01.10  
 
Pedaqoji Universitetdə şəffaflıq nümunəsi
Gələcəyin müəllimlərinin obyektiv imtahan verməsi üçün hər cür şərait yaradılıb

Azərbaycanda müəllimlərin peşəkar hazırlığında müstəsna xidməti olan Azərbaycan Dövlət Pedaqoyi Universiteti respublikamızın qocaman ali təhsil ocaqlarındandır. Bu aksiomdur ki, millətin tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən asılıdır. Millətin yazısını, ədəbiyyatını, mədəniyyətini, dilini, dinini və ümumiyyətlə, özünü qoruyub saxlayan, gələcək nəsilə ötürən məktəbdir. Məktəb millətin tərəqqi qapısı, ümid çırağı, intibah, inkişaf, yüksəliş mənbəyidir. Bu mənada ADPU millətin gələcək müqəddəratını həll edə biləcək səviyyədə məsuliyyəti olan ali məktəblərimizdəndir. Xatırlatmaq yerinə düşərdi ki, indiyədək ADPU 100 mindən artıq ali təhsilli müəllim kadrı hazırlayıb. ADPU ölkəmizdə elmin, mədəniyyətin incəsənətin və ədəbiyyatın tərəqqisində sanballı xidmətləri olan Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Şıxəli Qurbanov, İbrahim İbrahimov, Məcid Rəhimov kimi məzunları ilə fəxr edir.
Oxumaq
14.01.10  
 
"Sözün bitdiyi zaman"
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən yeni sənədli filmin təqdimatı keçirilib

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni - "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçirilib. Filmin ideya müəllifi Emil Hüseynli, quruluşçu reyissoru Nazim Şərbətovdur. Film ingilis və rus dillərində yayımlanacaq.
Təqdimat mərasimində çıxış edən "Trend" Xəbərlər Şirkətinin baş direktoru İlqar Hüseynov bildirib ki, film ermənilərin uzun illər azərbaycanlılara qarşı törətdiyi soyqırımından bəhs edir. Onun fikrincə, "Sözün bitdiyi zaman" adlı sənədli film ölkənin ümumi qələbəsinə hesablanıb. Baş direktorun sözlərinə görə, erməni vəhşiliklərindən bəhs edən belə filmlərin və kitabların sayının çox olması informasiya müharibəsində qalib gəlməyimizə kömək edəcək: "Bu filmin hazırlanmasında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rolunu da xüsusi qeyd etmək lazımdır. Düşünürəm ki, ermənilərin törətdikləri cinayətlərdən bəhs edən uğurlu bir film alınıb. Bu münasibətlə filmin bütün yaradıcı heyətini təbrik edirəm".
Oxumaq
13.01.10  
 
Bəşəriyyətin imanı güclənir
İnsanlıq artıq öz ağlına güvənməklə kifayətlənmir

Ötən əsr müharibələr, kütləvi qətllər, irqçi zorakılıqlar, soyqırımılarının yaşandığı bir yüzillik kimi tarixə düşdü. Bəzi tədqiqatçılar bu bəlaların səbəblərinin on doqquzuncu əsrdən başladığını iddia edirlər. Belə ki, onların fikrincə, bəşər tarixinin ilk dövrlərindən bəri maddənin mütləq varlıq olduğunu iddia edən materialist düşüncə, Darvinin on doqquzuncu əsrdə ortaya atdığı təkamül nəzəriyyəsi möhkəmləndikcə, dinsiz ideologiyalar sürətli bir şəkildə yayılmağa başladılar. Bu ideologiyalar müəyyən dövr ərzində bir çox cəmiyyətin həyat fəlsəfəsinə çevrildi.
Materialist ideologiyaların cəmiyyətlərdə tətbiqi zəifi əzən, dövlət qurumuna qarşı olan, ailəni nəzərə almayan, sülh, sevgi, vəfa, hörmət kimi mənəvi dəyərlərlərdən uzaq nəsillər yetişdirdi. Əxlaqi dəyərləri heç sayan, yalnız maddiyyata önəm verən bu yanaşmanın hakim olması ilə insanlar bir növ mənəviyyatsızlaşdırıldı. Materialist yanaşma insanlara heç kimin heç nəyin qarşısında cavabdehliyi olmadan və heç kimsənin haqqını nəzərə almadan istədikləri kimi yaşaya biləcəklərini təlqin edirdi.
Oxumaq
13.01.10  
 
TQDK Şəkidə zona müşavirəsi keçirib
Attestat qiymətləri əla olan abituriyentlərin heç də hamısı məktəb nailiyyətlərini təsdiqləyə bilməyib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Şəki şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib. Müşavirədə TQDK-nın Şəki regional bölməsinin müdir əvəzi Səbuhi Hüseynov, komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil şöbələrinin rəhbərləri, adıçəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər. TQDK-nın şöbə müdiri Arzu Bağırov tədbirdə qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib.
Oxumaq
12.01.10  
 
Ünvanlı sosial yardım alanların sayı azalacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni sistemin tətbiqi üzərində işləyir

Məlum olduğu kimi, ötən ilin ortalarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlər yaşanmağa başladı və 2009-cu ilin başa çatmasına baxmayaraq, bu yöndəki problemlər hələ də qalmaqdadır. Onu da qeyd edək ki, ünvanlı sosial yardımların verilməsi məsələsi həm cəmiyyətdə, həm də parlamentdə - millət vəkilləri arasında ciddi etirazlara yol açıb. Görəsən, heç olmasa yenicə qədəm qoyduğumuz 2010-cu ilin əvvəllərində bu məsələ ilə bağlı yaranmış problemlərin aradan qaldırılması gözlənilirmi?
Milli Məclisin Sosial siyasət komitəsinin sədri HadI Rəcəbli bildirib ki, sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir. Çünki ünvansız sosial müdafiə məqsədinə çatmır, səmərəsiz qalır. Odur ki, Azərbaycanda da bu məsələdə əsas məqsəd sosial müdafiədə ünvanlılığın təmin edilməsi olub.
Oxumaq
09.01.10  
 
Durğu işarələri: harada istifadə etməli?
Mətbuat dili Azərbaycan dilinin qrammatikasında publisistik üslubun ən geniş yayılmış formasına aid edilir. Qrammatikanın üslubiyyat bölməsində fərqləndirilən üslublarda qələmə alınan bütün əsərlərdə ədəbi dilin normalarının gözlənilməsi vacib şərtlərdən biri hesab olunur. Lakin əfsuslar olsun ki, ədəbi dilin bir sıra ümumişlək və zəruri qaydalar və normalar sistemi nəinki gündəlik yaşamımızda, habelə hamı tərəfindən başa düşüləcək şəkildə yazılmalı olan mətbuatımızın leksikonunda da "əzilir". Sadəcə, leksik, morfoloyi, fonetik normalar deyil, elə punktuasiya normaları da kobud şəkildə pozulur. Bəzən bir çox tanınmış dilçilərin bu mövzunu o qədər ciddi qrammatik məsələ hesab etməməsi və ya bundan tamamilə yan qaçması halları ilə qarşılaşmaq mümkündür. Sual oluna bilər: lazım deyilsə, niyə istifadəyə ehtiyac var? Əslində isə durğu işarələrindən istifadə olunmasının bir sıra qrammatik və fizioloyi səbəbləri var.
Oxumaq
08.01.10  
 
TQDK ilk zona müşavirəsini keçirib
Sumqayıt, Abşeron, Dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz, Xızı rayonları üzrə qəbul göstəriciləri müzakirə edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən Sumqayıtda 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş ilk zona müşavirəsini keçirib. Zona müşavirəsində TQDK-nın əməkdaşları, ekspertləri, eləcə də Sumqayıt, Abşeron, Dəvəçi, Qobustan, Quba, Qubadlı, Qusar, Şamaxı, Siyəzən, Xaçmaz, Xızı rayonlarının Təhsil şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak edib. Bu barədə qəzetimizə komissiyanın mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə, Komissiyanın Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzələrlə çıxış ediblər.
Oxumaq
07.01.10  
 
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: