|
|
|
|
|
|
|
Köşə: Dad
|
|
Əslində çoxdan getmişdim. Saçımın ucundan dırnağıma qədər yır-yığış edib, bitmiş bir gedişiydi. Ayaqlarıma dolana-dolana kölgəmi izləyən hər şeyi də aparmışdım özümə yaraşan xəsisliklə. Dayanacaqda gözləmək. Avtobusa minmək. Bu ikisinin arasında boğazımda hiss etdiyim çırpınışlar arasında ilişib qalmışdı hər şey. Bundan sonra sonu gəlməyərək bir zülmə tərk edilməyin ilk şoku gözlərimə sancılıb durmuşdu. İlk dəqiqələrdə birdən-birə soyuyur hər şey və çırpıntılar yavaş-yavaş sinəmə enir, beynim qərarsızlıq böhranına düşür.
|
Oxumaq
06.09.11
|
| |
|
|
|
|
|
|
|
|
Koşə - Tərgidə bilmədiyimiz suallar
|
|
Təzə doğulan uşaqlara da axtaranda valideynlər o qədər fikirləşir ki, elə bil ev alırlar yerini müəyyənləşdirə bilmirlər. Deyirlər ki, guya bu insan həyatında böyük rol oynayan amildir. Amma hamınızın həyatında əyyaş Məhəmmədlər, əxlaqsız Zəhralar, Fatimələr, əsgərlikdən qaçan Mübarizlər, Qorxmazlar, 5 dəfə evlənmiş Sədaqətlərlə tanış olmaq imkanınız olub yəqin ki. Odur ki, daxili aləmi heç bir əhəmiyyət və məna kəsb etməyən insanı “Peyğəmbər”, “Zərdüşt”, “İsa” da çağırsanız, “Yuan”, “Çi”, “Gülbala”, “Cimi” və s. də çağırsanız, eynidir. Belə mənasız işlərə baş qoşanlara hər halda mən dözə bilmirəm. Amma dözülməyəcək o qədər məntiqsiz şeylər var ki, bu onların arasında çox kiçik bir ayrıntıdır.
|
Oxumaq
27.08.11
|
| |
|
|
Arzular məngənəsində
|
|
Malayziyalı: “Siqaret kötüyü üçün də narahatçılıq yoxdur, harda çəkib bitirdin orda da ata bilərsən…”
|
Oxumaq
20.08.11
|
| |
|
|
Köşə - Metamarfoza
|
|
Yaşadıqlarımız seçimlərimizin nəticəsidir. Bu sözü gündə neçə dəfə eşidirsiniz bilmirəm – “fərqi yoxdur”. Olur-olmaz, fərq edəsi şeylərə belə “fərqi yoxdur” demək guya ki, nəciblikdir. Amma əslində ucuzluqdur. Müticə qərar verməkdən geri durmaqdır. Niyə çox zaman istirahətdən zövq almırsınız? Ya da nəsə ürəyinizcə olmur? Çünki o sizin üçün əslində fərq edəcək “fərq etməz”in nəticəsində getdiyiniz yerdir. Xüsusilə də, kişilərdə tez-tez eşidərsiniz: “Adətən həyat yoldaşım seçir”, “Çox vaxt bacım qərar verir”. Xırda şeylər hesab elədiyiniz bu iki mərhələ isə əslində insan iradəsinin formalaşmasının iki təməl prinsipini özündə birləşdirir. Seçmək və Qərar vermək. Qərar verə bilmirəm. Bu o deməkdir ki, mən hələ heç seçim edə bilməmişəm.
|
Oxumaq
20.08.11
|
| |
|
|
|