|
|
Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
|
Gürcü müxalifəti Saakaşvilini damarından tutub
|
Gürcüstan prezidentini narkotik qəbulunda günahlandırırlar
Gürcüstanın keçmiş dövlət naziri Georgi Xaindrava prezident Mixail Saakaşvilini narkotiklərdən istifadə etməkdə günahlandırır. "Bütün məsuliyyətilə deyə bilərəm ki, Saakaşvili narkomandır. Və bunu sübut etmək üçün qanda narkotiklərin miqdarını müəyyən etmək üçün laboratoriyada birlikdə analiz verməyi təklif edirəm" - deyə G.Xaindrava Gürcüstanın "Alaval-dasavali" həftəliyinə müsahibəsində bildirib. O, həmçinin Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini Gürcüstandan keçən narkotik maddələr axınına nəzarətdə günahlandırır. Bununla yanaşı, o, özünün də bir vaxtlar narkotiklərin "dadına baxdığını" etiraf edib və bildirib ki, lakin bu iş artıq çoxdan "bağlanıb". Noyabrın sonlarında Gürcüstanın Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze bəyan edib ki, narkotik maddələrin Əfqanıstandan Avropaya respublika ərazisindən tranziti korrupsiyaçı və lobbiçilərin iştirakı olmadan mümkün ola bilməz. O, Gürcüstanın "Versiya" qəzetinə müsahibəsində iddia edib ki, hər il Gürcüstanın dəniz limanları, xüsusilə də Poti limanından Avropaya 7 tona yaxın heroin aparılır.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Ərdoğan Obama ilə Qarabağdan danışacaq
|
"Bu problem həll olunmasa, Türkiyə Ermənistana qarşı müsbət addım atmayacaq"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərə gəlib. Vaşinqtonun hava limanında Ərdoğanı Türkiyənin ABŞ-dakı səfiri Nabi Şensoy qarşılayıb. Ərdoğan bu gün ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Təkbətək görüşdən sonra Obama və Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra onlar işçi yeməkdə bir araya gələcəklər. Görüşdə Əfqanıstana əlavə əsgər göndərilməsi, İran, Kipr, PKK ilə mübarizə və Dağlıq Qarabağ məsələlələrinin müzakirə olunacağı bildirilir. Ərdoğan Con Hopkins Universitetində "21-ci əsrdə diplomatik yolla sülhü təsis edən Türkiyə" mövzusunda çıxış edəcək. Daha sonra isə Türkiyənin düşüncə quruluşlarından olan SETA-nın Vaşinqton təmsilçiliyinin açılışına qatılacaq və bu institutun təşkil etdiyi "Dünya siyasətində Türkiyə" başlıqlı toplantıda çıxış edəcək.
|
Oxumaq
08.12.09
|
| |
|
|
Zəngəzurun Ermənistana verilməsi qərarının ləğv edilməsi təklif olunur
|
Gültəkin Hacıbəylinin fikrincə, bu qərarı Azərbaycan deyil, ölkəmizi işğal etmiş reyim verib
Son 17 ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik fəaliyyətində heç bir uğur əldə etməyən ATƏT-in Minsk qrupunun, onun həmsədrlər institutunun bundan sonra da fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bu cür düşünür. Onun fikrincə, ATƏT-in Minsk qrupu 17 illik fəaliyyəti dövründə vasitəçilik missiyasını yerinə yetirməkdən çox görüntü yaratmaqla məşğul olub. Çünki Minsk qrupunun təməli qeyri-proporsional format üzərində qoyulub: "Minsk qrupunun tərkibinə, onun həmsədrlər institutuna diqqət yetirəndə görürük ki, burada bir disbalans var". G.Hacıbəyli hesab edir ki, həmsədrlərdən biri olan Rusiya münaqişə başalayandan birmənalı olaraq Ermənistanın yanındadır.
|
Oxumaq
04.12.09
|
| |
|
|
Qarabağ mövzusunda müsabiqənin müddəti uzadıldı
|
Qaliblər üçün nəzərdə tutulan mükafat fondu da artırıldı
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi "Azərsun Holdinq"in sponsorluğu ilə bu ilin sentyabrında elan etdiyi yurnalist müsabiqəsinin müddətini uzadıb. Eyni zamanda, müsabiqənin qalibləri üçün nəzərdə tutulan mükafat fondu da artırılıb. Bu barədə dünən Mətbuat Şurasında keçirilən mətbuat konfransında şuranın sədri Əflatun Amaşov məlumat verdi. O qeyd etdi ki, müsabiqəyə yazıların təqdim edilməsi fevralın 5-dək davam edəcək. Bu müddətədək qəzet, yurnal və informasiya agentliklərində gedən Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı məqalələr münsiflər heyəti tərəfindən qəbul olunacaq. Təqdim olunan materiallar üçün nə həcm, nə dil, nə də yanr məhdudiyyəti qoyulmur. Məqalələr Mətbuat Şurasına çap və elektron formada təqdim edilməlidir. Qaliblərə mükafat 2010-cu il fevralın 24-də Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacaq.
|
Oxumaq
04.12.09
|
| |
|
|
Gürcüstan müxalifəti Saakaşvilidən əl çəkmir
|
Prezidentə qarşı mübarizənin sonuncu mərhələsinə start verilib
Gürcüstan müxalifəti prezident Mixail Saakaşviliyə qarşı mübarizənin yeni mərhələsinə start verib. Müxalifətin liderləri sırasında olan Levan Qaçeçiladze bildirib ki, mübarizələrinin üçüncü, sonuncu mərhələsinə başlayırlar. Bu mərhələdə də əsas məsələ prezidentin istefası olacaq. Onun sözlərinə görə, üçüncü mərhələnin sonuncu olacağına ümid edirlər. "Bu mərhələdə hakimiyyətin bizim əlimizə bir əsas verəcəyini gözləyirik.
|
Oxumaq
04.12.09
|
| |
|
|
Qadınlara evdə iş görən kimi yanaşılmamalıdır
|
Parlamentdə qadın problemləri ilə bağlı dinləmələr keçirildi
Dünən Milli Məclisdə Avropa Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda dinləmələr keçirildi. Dinləmələrdə Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluq, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri, ombudsman Elmira Süleymanova iştirak etdi. Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, qadınlara qarşı zorakılıq dünyanın ən aktual problemlərindəndir. Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər. Azərbaycan isə 2006-cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. Amma bundan əvvəl də ölkədə bu problemə qarşı mübarizə aparılıb, qanunvericilikdə ailə-məişət zorakılığının aradan qaldırılmasına dair müddəalar var. B.Muradova "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsinin də yaxın bir il müddətində Milli Məclisdə qəbul ediləcəyini bildirdi.
|
Oxumaq
03.12.09
|
| |
|
|
Sarkisyanı özününkülər devirmək istəyir
|
Ermənistanda ciddi hakimiyyətdaxili qarşıdurma yaranıb
Ermənistanda daxili siyasi vəziyyət gərginləşməkdədir. Hakimiyyətdə təmsil olunan müxtəlif oliqarx qruplaşmaları arasında mübarizə özünün pik nöqtəsinə çatıb. "Armenia Today"ın yaydığı məlumata görə, ölkənin hakimiyyət strukturları arasında ciddi gərginlik yaşanır. Hakimiyyət kuluarlarında gəzən söhbətlərə görə, parlamentin spikeri Ovik Abramyan, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan və baş prokuror Anvae Ovsepyan arasında alyans yaranıb. Bu alyans prezident Sery Sarkisyanı hakimiyyətdən devirməyə yönəlib. Ovik Abramyanın oğlunun Qaqik Sarukyanın qızı ilə ailə qurması isə bu alyansı xeyli gücləndirib. Eləcə də spikerlə baş prokurorun münasibətləri də xeyli yaxınlaşıb. Lakin Liberal-Demokrat "Ramkavar Azatakan" partiyasının lideri Arutyun Arakelyan hesab edir ki, çevriliş planı hələ ki, real görünmür.
|
Oxumaq
03.12.09
|
| |
|
|
"Türkiyəni Ermənistana getmək üçün bir körpü kimi istifadə etmək istəyirlər"
|
Millət vəkili Əhməd Tan: "Ankaranın atdığı addımları nə ABŞ, nə Avropa Birliyi, nə də Ermənistan xoş məram kimi qarşılamır"
Türkiyədə Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan protokollar geniş müzakirə mövzusu olaraq qalır. Türkiyə Böyük Millət Məclisində (TBMM) müxalifətin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Onlar işğal altında olan Azərbaycan torpaqları azad edilməyənə kimi diplomatik münasibətlərin qurulmasına qarşı çıxır. Bəs görəsən, müstəqilləri təmsil edən deputatların bu məsələdə mövqeyi necədir?
|
Oxumaq
02.12.09
|
| |
|
|
Milli Məclis 2010-cu ilin dövlət büdcəsini təsdiqlədi
|
İcmal büdcə artırıldı
Milli Məclisin dünən keçirilən iclasında 2010-cu ilin dövlət büdcəsi deputatların müzakirələr zamanı səsləndirdikləri təkliflərin bəziləri nəzərə alınmaqla təsdiqləndi. Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, büdcə müzakirələri çox məhsuldar keçib. Deputatların verdiyi təkliflərin nəzərə alınması üçün hökumətə 10 gün vaxt verilib. Spiker bildirdi ki, deputatların investisiya layihələri ilə bağlı təklifləri büdcə müzakirələri zamanı deyil, daha əvvəl verilməlidir ki, onları nəzərə almaq mümkün olsun. Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, parlamentdəki müzakirələrdən sonrakı müddətdə hökumət səsləndirilən təklifləri araşdırıb. Nəticədə qərara alınıb ki, icmal büdcəsi 20 milyon manat artırılaraq 12 milyard 636 milyon manata çatdırılsın. Belə ki, hökumət Dövlət Neft Fondunun xərclərinin 20 milyon manat artırılmasına qərar verib. Bu vəsait ekoloyi problemlərin maliyyələşdirilməsinə sərf olunacaq. Nazir dedi ki, hökumət bundan əlavə, deputatların təkliflərinə əsasən, dövlət büdcəsinin xərc strukturunda da bəzi dəyişikliklər edib.
|
Oxumaq
27.11.09
|
| |
|
|
Eyni şəxs iki dəfə ombudsman seçilə bilər
|
Konstitusiya qanunu sonuncu oxunuşda təsdiqləndi
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri prezident İlham Əliyevin Ermənistan prezidenti Sery Sarkisyanla Münhendə keçirdiyi görüşdən öncə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatı dəstəklədiklərini bildirdilər. Xatırladaq ki, prezident Goranboyda qaçqın və məcburi köçkünlərlə görüşü zamanı Münhen görüşünün də nəticə verməyəcəyi halda danışıqların dayandırılacağını və Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini demişdi. Müzakirələrdə çıxış edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn Madrid prinsiplərinin ictimaiyyətə açıqlanmasını təklif etdi. Onun sözlərinə görə, həmsədrlərin açıqladığı bu prinsiplərin biri də Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu da Azərbaycanın ziyanınadır. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu dedi ki, bəzən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların gedişi barədə spekulyasiyalara yol verilir.
|
Oxumaq
27.11.09
|
| |
|
|
|
Səhifələr : # « 61 62 63 64 65 66 67 68 69 » #
|
|