Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Mədəniyyat
» İlhamə Quliyeva hesabata hazırlaşır
20.11.09 05:25
Müğənni azyaşlıları da nəzərdən qaçırmayıb
Xalq artisti İlhamə Quliyeva 45 illik yaradıcılığından bəhs edən hesabat xarakterli solo konsertə hazılaşır: "Bildiyiniz kimi, bu yaxınlarda əməliyyat olundum. Artıq özümü gümrah hiss edirəm və belə davam edərsə, yeni ilin ilk aylarında 45 illik sənətimin hesabat konsertini verəmək istəyirəm. Konsertin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Hazırda bütün fikrimi və qüvvəmi bu layihəyə yönətmişəm".
İlhamə xanım bildirdi ki, bu il respublikada qeyd olunan Uşaq ilinə də öz tövhəsini verməyi düşünür. Mahnı yazdıran müğənni müəlliflərin adlarını çəkdi. Dedi ki, sözləri Cəlal Qurbanov, musiqisi Gövhər Həsənzadəyə məxsus olan mahnının ərsəyə gəlməsində "İrəli" İctimai Birliyindən dəstək alıb. Müğənni bildirdi ki, artıq mahnının ekran versiyası da hazırlanır. O, klipin reyissor Nail Naiboğlu tərəfindən ekranlaşdırıldığını bildirdi.Müğənni bildirir ki, bu tezlikdə klip çəkdirmək niyyəti olmayıb. Uşaqlarla bağlı mahnı meydana çıxandan sonra müğənni fikrini dəyişib: "O qədər də klip çəkdirmək həvəsində deyiləm. Uşaq ili olduğu üçün körpələrimizin xatirinə buna etmək qərarına gəldim. Bir məqamı da qeyd edim ki, bu gün albom çıxarıb, klip çəkdirmək ideyası gənclərin piyarına xidmət edir. Mənim isə buna ehtiyacım yoxdur. Yalnız 45 illik yaradıcılıq hesabatı verməyi özümə borc bilirəm".
S.İBRAHİMOVA
URL / WWW
http://www.kaspi.az/news/a-985.html