Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Siyasət » Əhməd Davudoğlu Naxçıvandan Azərbaycanı dəstəkləyən bəyanatlar verib
03.09.10 05:15

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sentyabrın 1-də ölkəsinin şərq vilayətlərinə səfər edib və Azərbaycan sərhədini keçərək qısa müddət Naxçıvan Muxtar Respublikasında olub.

SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu Dilucu sərhəd-buraxılış məntəqəsindən Naxçıvana keçib və muxtar respublikanın rəsmi şəxsləri ilə görüşüb. Ə. Davudoğlu jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanla sərhədlər yalnız erməni işğalına son qoyulmasından sonra açılacaq. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova telefon edərək Ermənistan və Azərbaycan ordularının təmas xəttində itkilərə səbəb olmuş insidentlə maraqlanıb.
Nazir deyib ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisi Azərbaycana qaytarıldıqdan sonra Qafqazda sülh və sabitlik yaranacaq. Onun sözlərinə görə, burada məsuliyyət daha çox Ermənistanın üzərinə düşür: “Azərbaycanın işğal altındakı torpaqları işğaldan azad olduqdan sonra qarşılıqlı olaraq Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədləri açılacaq. Bununla da bölgəyə rifah gələcək. İnşallah Arpaçay sülhün simvoluna çevrilər”. Dilucu sərhəd məntəqəsinin önəminə diqqət çəkən nazir bu nöqtənin eyni anda Türkiyə, İran və Azərbaycan arasında keçid qapısı olacağını bildirib. O, üç ölkə xarici işlər nazirlərinin bir neçə ay ərzində bu bölgədə görüşəcəklərini deyib: “Daimi sülh əldə edilərsə, bu torpaqlardan bərəkət fışqıracaq. Bu potensialdan Ermənistan da yararlanacaq. Ancaq işğal edilən torpaqlar Azərbaycana qaytarılmadan sülh mümkün deyil”.
URL / WWW
http://www.kaspi.az/news/a-5827.html