Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Dünya
» Növbəti Cenevrə cəhdi
29.07.10 05:39
Rusiya, Gürcüstan və onun iki separatçı bölgəsinin danışıqlarının yeni dövrəsi başlanıb
Cenevrədə Rusiya, Gürcüstan və onun iki separatçı bölgəsi - Abxaziya və Cənubi Osetiya nümayəndələrinin iştirakı ilə beynəlxalq vasitəçilərin apardıqları danışıqların yeni dövrəsi başlanıb. Bu danışıqlarda məqsəd bölgədə 2008-ci ildə baş vermiş zorakılıqların təkrar olunmasının qarşısının alınmasıdır. Bundan əvvəl Abxaziya liderləri bildirmişdilər ki, danışıqlarda real tərəqqinin olmaması üzündən danışıqlardan çıxırlar. Lakin BMT-nin sözçüsü Yelena Ponomaryova bildirib ki, tərəflərin hamısı 12-ci raunda qatılıblar. Danışıqlar Avropa Birliyi və ATƏT-in vasitəçiliyi ilə keçirilir. Bu arada Cənubi Osetiyada aparıcı insan haqları fəallarından biri ağır basqına məruz qalıb. Müstəqil qəzetin redaktoru və Dəmir Respublikaçı Partiyasının lideri Timur Tsoxrebov 10-dək naməlum şəxs tərəfindən döyüldükdən sonra xəstəxanaya düşüb. Tsoxrebov Cənubi Osetiya Rusiya tərəfindən tanındıqdan sonra üzə çıxmış azsaylı fəallardan biridir. Bu qruplar bu yaxınlarda Cenevrə danışıqlarına gürcü fəallarla birgə imzalanmış məktub göndərmişdilər. Bəzi ehtimallara görə, jurnalistə basqının arxasında məhz bu dura bilərdi. Bu günlərdə prezident Kokoytının Cenevrə danışıqlarındakı daimi nümayəndəsi Çorçiyev yerli televiziyaya müsahibəsində birgə məktubu kəskin şəkildə tənqid edib və onu imzalayanları osetin xalqının satqınları adlandırıb. O deyib ki, bu məktub Cənubi Osetiyanın danışıqlardakı mövqeyinə ziyan vurur və Cənubi Osetiyanın beynəlxalq tanınmasına əngəl yaradır.
Son məlumatlara görə, Avropa Birliyi Gürcüstandakı müşahidə missiyasının vaxtını 1 il də uzadılıb. Avropa Birliyinin yaydığı məlumata görə, Gürcüstanın separatçı bölgələriylə sərhəddə imzalanan atəşkəs rejiminə nəzarət səlahiyyətləri 2011-ci ilin sentyabrına qədər artırılıb. Birliyin Cənubi Osetiya və Abxaziya separatçı bölgələrinin sərhədlərində 225 müşahidəçisi var.
URL / WWW
http://www.kaspi.az/news/a-5346.html