Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Cəmiyyət » Doktoranturanın qiyməti hələ müəyyənləşməyib
28.07.10 06:53

Arif Həşimov deyib ki, ilk dəfə olaraq Azərbaycanda doktorantura və dissertanturada təhsil ödənişli və ödənişsiz əsaslarla həyata keçiriləcək

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na əsasən doktorantura yaratmağı nəzərdə tutan ali və elmi təhsil müəssisələri tabe olduqları təşkilatlar vasitəsilə Nazirlər Kabinetinə müraciət edəcəklər.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Haşımov deyib. O bildirib ki, Nazirlər Kabineti bu müraciətləri araşdırarkən AMEA və Təhsil Nazirliyinin rəylərini nəzərə alacaq: “Biz xəbərdarlıq etmişik ki, sentyabradək bu məsələlər həll edilsin. Sentyabrda Nazirlər Kabinetində doktorantura yaratmaq istəyən müəssisələr barədə məlumat olmalı və onlar da doktoranturaya qəbulun vaxtını elan etməlidir. Əgər doktoranturaya qəbul əvvəlki illərdə olduğu kimi oktyabr-noyabr aylarında aparılsa, dekabrda artıq elmi rəhbərlər, mövzular təsdiqlənməlidir ki, yanvarın 1-dən onlar öz funksiyalarını yerinə yetirməyə başlasınlar”. A. Haşımovun sözlərinə görə, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” əsasında doktoranturaya qəbul olunan şəxslər mütəmadi olaraq attestasiyadan keçəcəklər. Attestasiyanın nəticələrinə uyğun olaraq onlara təhsillərini növbəti illərdə davam etdirib-etdirməmələri haqqında rəy veriləcək. A. Haşımov onu da qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanda doktorantura və dissertanturada təhsil ödənişli və ödənişsiz əsaslarla həyata keçiriləcək: “İlk dəfə olduğu üçün onun qiyməti hələlik müəyyənləşdirilməyib. Doktoranturaya sənəd qəbulu haqqında elan verilənə qədər bu, mütləq razılaşdırılmalıdır. Plan yerləri təqdim ediləndə neçə yerin ödənişli olub-olmadığı göstərilməlidir. Ona görə də həmin vaxtadək bu məsələlər öz həllini tapmalıdır”. A. Haşımov deyib ki, təhsil haqları Taarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Bunun üçün AMEA Nazirlər Kabinetə müraciət edəcək, NK isə bu məsələni Tarif Şurası ilə razılaşdıracaq. O, dolaşıqlıq yaratmamaq üçün doktoranturada təhsil haqqının eyni olması barədə təklif irəli sürəcəklərini söyləyib.
URL / WWW
http://www.kaspi.az/news/a-5315.html