Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Dünya
» Mübarəkdən sonra
21.07.10 15:30
Hamı hazırlığa başlayıb
Misir prezidenti Hüsnü Mübarəkin əlacsız xəstəliyə düçar olması barədə məlumat yayılıb. “The Washington Times” qəzetinin yazdığına görə, 82 yaşlı Misir prezidenti xərçəng xəstəliyindən əziyyət çəkir və xəstəlik özünün ən son mərhələsindədir. Bu iddiaların sübutu olaraq Misir prezidentinin mütəmadi olaraq ölkə xaricinə müalicəyə getməsi göstərilir. Təkcə bu ilin yazında Hüsni Mübarək Fransa və Almaniyada iki əməliyyat keçirib. 1981-ci ildən Misirə rəhbərlik edən Hüsnü Mübarək 29 ildir ki, prezident postunu tutur. Hələlik Amerika mətbuatının yazdığına Misir rəhbərliyi heç bir münasibət bildirməyib.
Obama administrasiyası onillərdən bəri Orta Şərqdə ən yaxın müttəfiqi və sabitliyə qarant olan hakimiyyətdə gözlənən dəyişikliyi diqqətlə izləyir. Bazar günü Hüsnü Mübarək İsrailin baş naziri Benyamin Netanyahuyla, Barak Obamanın Orta Şərq üzrə xüsusi nümayəndəsi Georgi Mitcellə və Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla görüşüb. Bu ayın əvvəlində bir necə ərəb və yəhudi qəzetləri Hüsnü Mübarəkin Fransa xəstəxanalarında dərdinə əlac gəzdiyindən yazmışdı. Amma Misir hökumətinin rəsmiləri bildirmişdilər ki, bu məqalələrin əsasında real faktlar yoxdur. Başqa göstəricilərə görə, Mübarəkin səhhəti zəifləyir. Martda Misir prezidenti cərrahiyyə əməliyyatı və müalicə üçün Almaniyaya getmişdi. Mərkəzi Avropa kəşfiyyatından «Washington Times»a verilən məlumata görə, ötən həftə onların xidməti belə bir fərziyyə irəli sürüb ki, Misir prezidenti ya bu il, ya da 2011-ci ilin sentyabrında keçiriləcək prezident seçkilərinə qədər öləcək. ABŞ-ın Milli Kəşfiyyat Şurası və Mərkəzi Komandanlıq analitiklərə Mübarəkin ölümünün onun hakimiyyətinə necə təsir edəcəyi və hakimiyyət keçidiylə bağlı mümkün ssenarilər tərtib etməyi tapşırıblar. Şuranın xarici əlaqələr üzrə rəhbəri və Misir üzrə mütəxəssis Stevan Kook deyib ki, o, iki ay əvvəl Misirin paytaxtında olanda bir neçə müsahibi ona liderin vəziyyətinin yaxşı olmadığını söyləyib: «May ayında Qahirədə olanda adamlar artıq onun vaxtının çatdığını deyirdilər. Hər kəs başa düşürdü ki, son yaxındadır, 12 aydan 18 aya qədər bir vaxt qalıb. ABŞ kəşfiyyat zabiti deyir, «biz bilirik ki, o ölür, amma bilmirik nə vaxt öləcək. Adam uzun müddət ərzində də ölümlə çarpışa bilər, məsələn, siz Kubanın keçmiş prezidenti Fidel Kastroya baxın».
Dövlət Departamentinin sözçüsü F.Krou gündəlik brifinqdə Hüsnü Mübarəkin səhhətiylə bağlı suallarla üzləşib: «Cənab Mübarək hələ də Misirin prezidentidir. Və biz Orta Şərqdə təhlükəsizlik və stabillik üçün ona və onun hökumətinə bel bağlayırıq. O, hələ prezidentdir və hələ də əhəmiyyətli rol oynayır».
Hüsnü Mübarək 1981-ci ildə Misir İslam Qardaşlığı fraksiyasına bağlı terrorçular tərəfindən öldürülən Ənvər Sədatdan sonra hakimiyyətə gəlib. Hüsnü Mübarəkin 47 yaşlı oğlu Camal Mübarək hakim Milli Demokratiya Partiyasının siyasət komitəsinin rəhbəridir. Partiya 50 ildən çoxdur ki, Misir hökumətini formalaşdırır. Camal Mübarəkə potensial rəqib namizəd ABŞ siyasi dairələrində «Cimmi» kimi tanınan Süleymanidır. Beynəlxalq Atom Enerji Agentliyinin keçmiş rəhbəri Məhəmməd Əl-Baradeyinin də rəqiblər siyahısında adı hallanır. O, 2005-ci ildə Nobel mükafatı alıb. «Mübarək 30 ildir ki, Misirin prezidentidir və onun ölümü baş verəndə bu, tarixi hadisə olacaq» - deyə Dövlət Departamentinin rəsmisi bildirib.
URL / WWW
http://www.kaspi.az/news/a-5229.html