Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
İqtisadiyyat
» Saxlama müddəti ötmüş 310 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
14.05.10 05:00
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda Ə.Yaqubov küçəsi, ev 14 ünvanında Loğman Tanrıverdiyevə məxsus mağazada, Ə.Yaqubov küçəsi, ev 12 ünvanında Mirqabil Nağıyevə məxsus mağazada, Q.Abbasov küçəsi, ev 48, mənzil 3 ünvanında yerləşən “2002 market”də, A.İsmayılov küçəsində Zaur Sadıqova məxsus mağazada, H.Seyidbəyli küçəsi, ev 31, mənzil 1 ünvanında yerləşən “Jasmin market”də, Yasamal rayonunda Nərimanov prospektində yerləşən “Atlant market”də, Nəsimi rayonunda C.Səlimov küçəsi, ev 16 ünvanında yerləşən “FSF market”də, A.Mustafayev küçəsi, 30/14-cü məhəllədə Mürvət Əhmədova məxsus mağazada, Qəbələ rayonunda Zarağan kəndində Etibar Mikayılova məxsus ərzaq mağazasında, Xaçmaz rayonunda Qusarçay kəndində Elman Məmmədova məxsus pərakəndə ticarət obyektində ümumi çəkisi 310 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, kolbasa, süd və süd məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
URL / WWW
http://www.kaspi.az/news/a-4337.html