Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Sərbəst
» Özəl tibb müəssisələrinə baxış keçirilib
30.10.09 05:31
7 müəssisədə plazmaferez və ozonoterapiya prosedurlarının aparılması qadağan edilib
Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən özəl tibb müəssisələrində plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasına baxış keçirilib. Sentyabrın 15-dən etibarən başlayan bu proses nazirliyin "Özəl tibb müəssisələrinə təşkilati metodik köməkliyin göstərilməsi barədə" sərəncamına əsasən aparılıb. Bu barədə qəzetimizə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, baxış zamanı 7 özəl tibb müəssisəsində plazmaferez və ozonoterapiya proseduralarının aparılmasında ciddi nöqsanlar aşkar edilib. Belə ki, həmin müəssisələrdə plazmaferez proseduruna göndərilmiş xəstələrin xəstəliyi və diaqnozu barəsində heç bir məlumat olmayıb. Hər iki prosedurun aparılması barədə əməliyyat və qeydiyyat yurnallarının olmaması da müəyyən edilib. Bundan başqa, həmin müəssisələrdə bunun üçün nəzərdə tutulan kabinetlərdə dezinfeksiya və sterilizasiya qaydalarına düzgün əməl edilmədiyi, birdəfəlik tibbi ləvazimatların istifadə olunduqdan sonra zərərsizləşdirilmədən ümumi məişət zibilxanasına atılması, proseduru aparan həkimin lazımi ixtisas üzrə sənədlərinin olmaması və s. nöqsanlar aşkar edilib. Bununla əlaqədar olaraq həmin özəl tibb müəssisələrində plazmaferez və ozonoterapiya prosedurlarının aparılması qadağan olunub: "Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən prosedurların aparılmasına qadağan qoyulmuş özəl tibb müəssisələrinin rəhbərlərinə məktub göndərilib və nöqsanlarla bağlı müvafiq tədbirlər görərək nazirliyə məlumat vermələri tələb olunub".
HƏQİQƏT
URL / WWW
http://www.kaspi.az/news/a-412.html