Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Kriminal
» Benzin oğurlamaqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
09.04.10 19:48
Təqsirləndirilən şəxslərdən 6 nəfər azadlıqdan məhrum edilib, 4 nəfər isə şərti cəza alıb
Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə benzin oğurlamaqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başa çatıb. Məhkəmə qarşısında Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, “Kompaniya FF” MMC-nin rəhbəri Fikrət Qasımov, onun qardaşı Fərhad Qasımov, Rövşən Məmmədov, İlqar Salayev, Xanlar Quliyev, İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov və Knyaz Əliyev cavab verib. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 177.3.1-ci (oğurluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 177.3.2-ci (küllü miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.İttihama görə, dəstə üzvləri cinayət əlaqəsinə girərək, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurlayıblar. Onlar yeraltı boru xətti vasitəsilə avtomobillərlə Aİ-95 markalı benzin oğurlayaraq satmaqla məşğul olublar. Təqsirləndirilən şəxslər 2009-cu ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən tutulublar.
Məhkəmənin hökmü ilə Rövşən Məmmədov 8 il 3 ay, Fərhad Qasımov 6 il, Xanlar Quliyev 6 il, İlqar Salayev 4 il, Natiq Aslanov 2 il, Fikrət Qasımov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyev isə 2 il şərti cəza ilə məhkəmə zalından azad ediliblər.
URL / WWW
http://www.kaspi.az/news/a-3800.html