Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Kriminal
» Üç oğurluq faktının üstü açılıb
16.03.10 05:21
Paytaxtda mobil telefon və tikinti materialı oğurlanıb
Hüquq-mühafizə orqanları üç oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hər üç oğurluq paytaxtda törədilib. Sabunçu RPİ 12-ci PB RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri İmamverdi Mirzəyev və Rahib Sadıqov tutulub. Saxlanılanlar E.İsmayılova, Ə.Yaqubzadəyə, K.Həsənova və R.Kərimova məxsus mobil telefonları oğurlamaqda şübhəli bilinir. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mayakovski küçəsindəki bərbərxanadan, Bakı şəhər sakini Kamran İbrahimova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Saxlanılan Keşlə qəsəbə sakini Rauf Kərimovdur.
Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə martın 14-də Bakı şəhər sakini Hicran Hacızadəyə məxsus tikinti materiallarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Eldar Nəcəfov tutulub.
URL / WWW
http://www.kaspi.az/news/a-3397.html