Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
İqtisadiyyat
» Qəbələ rayonunun qaz təsərrüfatı yenilənir
11.03.10 05:13
“2009-2013-cü illər Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq, respublikamızın bölgələrində əhalinin təbii qazla təhlükəsiz və keyfiyyətlə təmin olunması məqsədi ilə aparılan genişmiqyaslı işlər uğurla davam etdirilir. Azərbaycanın qaz təchizatı istiqamətində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni-yeni qaz xətləri çəkilir, istismara yararsız borular yenisi ilə əvəz olunur və digər yenidənqurma işləri aparılır. Həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonun qaz təchizatı sistemində də işlər sürətlənmişdir. Görülən texniki tədbirlər nəticəsində 2009-cu ildə Qəbələ rayonunun Zalam kəndinin qaz xətləri aparılan yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Eyni zamanda ötən il, Qəbələ rayonu üzrə 248 abonentin sayğacı yararsız vəziyyətdə olduğu üçün açılaraq “Azəriqaz” İB-nin “Qazsazlama” İdarəsinə göndərilmişdir. Sayğaclarda aparılmış yoxlamalar zamanı 41 ədəd qaz sayğacında müdaxilə faktı aşkar edilmiş, yeni sayğaclar alınaraq quraşdırılmışdır. Hazırda 8470 abonentə xidmət göstərən Qəbələ Qaz İstismar Sahəsi tərəfindən 2009-cu ildə Qəbələ şəhərinin İ.B.Qutqaşınlı küçəsində müxtəlif diametrli qaz xətlərində 1800 metr, Nizami küçəsində isə 350 metr uzunluğunda yararsız hissələr təmir olunaraq yenidən istifadəyə verilmişdır. “2009-2013-cü illər Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq, Qəbələ rayonunun qaz təsərrüfatının yenilənməsi istiqamətində işlər 2010-cu ildə də davam etdiriləcək.
URL / WWW
http://www.kaspi.az/news/a-3262.html