Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Mədəniyyat » Azərbaycanın xalq artistinə qızıldan mükafat verildi
10.03.10 05:19

Xalq artisti, tarzən Ramiz Quliyev Fevralın 19-dan martın 2-nə qədər Türkiyə Turizm və Kültür nazirliyiyn dəvəti ilə Türkiyədə olub.
Türkiydə xalq artistinin solo konserti keçirilib. Ankara Dövlət Türk Milli Musiqisinin Orkestrinin müşayətilə keçirilən solo konsert anşlaqla keçib. Ramiz Quliyev bizimlə söhbində qeyd etdi ki, konsertə gələn tamaşaçıların sayı çox olduğundan zal dolduğu üçün bayır tərəfdə də monitor yerləşdirilib.İki hissəlik konsert proqramında Ramiz Quliyev Azərbaycan bəstəkarlarının musiqilərini, xalq mahnılarını, klassik əsərləri türk tamaşaçılarına ifa edib. Konsert proqramı barədə Türkiyənin mətbuat orqanlarında maraqlı məqalələr dərc îlunub. Eyni zamanda həmin konsert proqramı Türkiyədə yayımlanan “Xalq TV” və “TRT-1!” kanallarında da yayımlanıb. Ankaradakı çıxışından sonra Ramiz Quliyev İstanbulda və Şanlı Urfada da çıxışlar edib. Məhz Ramiz Quliyevin çıxışları o qədər maraqla qarşılanıb ki, Türkiyə Turizm və Kültür Nazirliyi tərəfindən tarzənimizə «Qızıl Tar» və diplom təqdim olunub. Qızıldan olan tarı R.Quliyevə Türkiyənin məhşur tarzəni Nevcavan Özel şəxsən təqdim edib.
URL / WWW
http://www.kaspi.az/news/a-3227.html