Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Dünya
» Türkiyə yeni zəlzələnin qorxusu altında
10.03.10 04:58
Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 57-ə çatıb. Təkanların gücünü əsasən az sayda adamın yaşadığı ucqar Elaziq əyalətində hiss etmək mümkün olub.
Burada altı kənd darmadağın olub. Xilasedicilər bir neçə saatdan sonra hadisə yerinə gələrək dağıntılar altında qalanların çıxarılması işinə başlayıblar. Türkiyənin Qırmızı Aypara Cəmiyyəti qurbanların sərt qış havasında daldalanması üçün çadırlar quraraq qida və örtüklər paylayır. Zəlzələnin gücü 6 bal olub. Bundan sonra daha 40 yeraltı təkan hiss edilib.
Xatırladaq ki, təbii fəlakət nəticəsində 70-dən artıq insane yaralanıb. Bu arada seysmoloqlar ölkədə növbəti güclü zəlzələlərin gözlənildiyini xəbər verir. Məlumata görə, daha dağıdıcı yeraltı təkanlar Mərmərə dənizi sahillərində, İstanbul ətrafında baş verə bilər.
Türkiyədə zəlzələ nəticəsində həlak olanlar dünən dəfn edilib.
URL / WWW
http://www.kaspi.az/news/a-3190.html