Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Dünya » Nigeriyada xristian-müsəlman davası
10.03.10 04:58

Qarşıdurma 500 nəfərin ölümünə səbəb olub

Nigeriyada dini zəmində baş verən zorakılıqlar səngimək bilmir. On illiklərdir ki, cənub vilayətlərində yaşayan xristianlarla şimalda yaşayan müsəlmanlar arasında gərginlik davam edir. Yanvar ayından bəri komendant saatı tətbiq edilməsinə baxmayaraq, yenə də qan tökülməkdədir. Rəsmilər bazar günü baş verən qarşıdurmanın 500 nəfərin qətlinə səbəb olduğunu bildiriblər. Dini qruplar arasında baş vermiş növbəti toqquşmalar nəticəsində həlak olmuş şəxslərin, o cümlədən qadın və uşaqların cəsədləri kütləvi məzarlıqlarda dəfn edilib.Qanlı toqquşmalar müsəlmanların yaşadığı Şimali Nigeriya ilə xristianların yaşadığı Cənubi Nigeriyanın kəsişdiyi Cos şəhərində baş verib. Şəhərin xristian sakinlərinin sözlərinə görə, maldarlıqla məşğul olan müsəlmanlar soyuq silahlarla onlara hücum ediblər. Şahidlər bunun yanvar ayında müsəlmanlara qarşı törədilmiş qətliama cavab olduğunu söyləyirlər. Nigeriyanın icraçı prezidenti qətliamların qarşısını almaq məqsədilə qoşunları buraya səfərbər edib. «Onlar bazar günü səhər açılmamış gəldilər. Enli bıçaqlarla yaraqlanmış kişilər Cos şəhərinin yaxınlığında təpələrdən aşağı axışmağa başladılar. Onların hədəfi əsasən intiqam almaq istədikləri xristian kəndləri idi. Və çoxlu sayda qadın və uşaq da onların qurbanlarına çevrildi»-deyən şəhər sakini Devid Kenq bir neçə mil aralıda adamların səslərini eşidib. "Biz tüfəng güllələrinin səsini eşitdiyimizi güman etdik, sonra ərazidəki adamlar bizə zəng vurmağa başladılar. Biz yaxınlaşanda artıq silah səslərini daha aydın eşitdik" - deyə  o bildirib.
Hücumlardan sağ qalanlar onların adamları necə enli bıçaqlarla doğramaları və evləri yandırmalarını təsvir edirlər. Bu ilin yanvar ayında buna bənzər qarşıdurmalarda ən azı 200 nəfər qətlə yetirilmiş və minlərlə adam evlərindən didərgin düşmüşdü. Baş verən axırıncı hadisələr sonrakı zorakılığın baş qaldırması təhlükəsini yaradır. Şəhərin Ənənəvi Şurasının prezidenti Da Cakob Qyan Buba əhalini sakitliyə çağırır: "İcazə verin mən sizi əmin edim ki, biz geri qayıdıb bunu hökümətlə müzakirə edəcəyik. Biz hətta Abuyaya qayıdıb, bu hadisəni deyəcəyik. Və gəlin səbirli olaq. İndi bizə səbirli olmağa çagırmaq çox çətindir, amma bizim başqa nativimiz yoxdur. Gəlin vəziyyəti ağırlaşdıracaq hərəkət etməyək".
Nigeriya qoşunları ətraf ərazilərdə həyəcan siqnalları yerləşdiriblər. Bu, zorakılığın yayılmasının qarşısını almaq məqsədi daşıyır. Cos şəhərinin icraçı polis komissarı Qreqori Yenqlonq bldirib ki, insanları sakitliyə və səbirliliyə çağırmaqdan başqa yol yoxdur . Yanvar hücumlarından sonra qoyulan komendant saatı bu axırıncı dəhşətli qan tökülməsinin qarşısını almaqda uğursuz olub. Məhz buna görə də indi rəsmilərə belə zorakılıqlara zəmin verən gərginliyin artmasına yol verməmək üçün daha artıq təzyiqlər olacaq.
Xatırladaq ki, Nigeriyada mütəmadi olaraq müsəlmanlarla xristianlar arasında qanlı toqquşmalar olur. Münaqişənin əsl səbəbi məlum deyil. İlin əvvəllindən dinlərarası toqquşmalar nəticəsində müxtəlif məlumatlara görə, 326 nəfərdən 550 nəfərədək adam ölüb. Baş verənlər 140 milyon nəfər əhalisi olan Niğeriyadakı sosial-iqtisadi problemlərlə izah edilir.
URL / WWW
http://www.kaspi.az/news/a-3189.html