Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Müsahibə
» Novruz Məmmədov: “İran bu çətin böhran illərində Ermənistanın yaşamasına ən çox kömək edən dövlətlərdən biridir”
06.03.10 04:32
“İranın ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməsi mümkün deyil. Bunun hüquqi əsası yoxdur”.
Bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan münaqişənin həllinə kömək etmək istəyən bütün dövlətlərin təşəbbüsünü razılıqla qarşılayır: “Əgər İranın da belə bir istəyi varsa, biz bunu konkret şəkildə görmək istəyərik. İran İslam Respublikası bu çətin böhran illərində Ermənistanın yaşamasına ən çox kömək edən dövlətlərdən biridir – Ermənistana əsas resurs İran tərəfdən gəlir. İranın əlində bir çox vasitə var və istədiyi vaxt münaqişənin həllinə müsbət təsir göstərə bilər. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu dəfələrlə bəyan edib. İran Ermənistanla münasibətlərini dəyişə bilərsə, Ermənistanın təcavüzkar dövlət olduğunu nəzərə alaraq onunla münasibətlərini qurarsa, onda müəyyən köməyi ola bilər. Hələlik mən bunu görmürəm”. Bəzi xarici təhlilçilərin Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü geriyə addım kimi qiymətləndirməsinə toxunan N. Məmmədovun sözlərinə görə, Soçi görüşünə qədər Madrid təklifləri ətrafında razılaşmadan söhbət gedirdi: “Maraqlı burasıdır ki, Madriddə təklif olunan çərçivə sazişindən sonrakı ilyarım ərzində Azərbaycan tərəfi bunu qəbul etmirdi, oradakı müəyyən məqamlarla razılaşmırdı. Lakin Azərbaycan münaqişənin sülh yolu ilə həlli naminə konstruktivlik nümayiş etdirib öz təkliflərini də ortaya qoyaraq müəyyən mənada təkliflərlə razılaşdı. Bu çərçivəni Azərbaycan hazırlamamışdı, təkliflər Minsk Qrupunun həmsədrləri tərəfindən hazırlanaraq ortaya qoyulmuşdu. İlyarım ərzində Ermənistan təkliflərə razılaşdığını bildirərək qeyd edirdi ki, Azərbaycan razı olmur. Biz razılıq verdikdən sonra onlar mövqelərini dəyişməyə başladılar. Buna baxmayaraq, danışıqlar prosesi davam etdi, ümidlər yarandı ki, bu çərçivədə müəyyən razılığa gəlmək olar. Bütün bunlardan sonra Soçi görüşündə ermənilər mövqelərini tamam dəyişdilər. Həmsədrlər də bunu gördülər, Rusiya Federasiyasının prezidenti də bunu müşahidə etdi. İndi Azərbaycanın gözləntisi odur ki, dünya birliyi bu mövqe dəyişikliyinə konkret mövqeyini bildirməlidir, Ermənistanın qarşısında konkret tələb qoymalıdır. Lakin təəssüf ki, müəyyən dairələr Ermənistanı dəstəkləyir, o da istədiyi addımı atır, buna heç kim heç nə demir, əvəzində isə Ermənistanın rifahı üçün çalışırlar. Çox çətin vəziyyətdə olan Ermənistan da bundan ruhlanaraq bu cür qeyri-konstruktiv mövqe tutur”. “Prezidentlərin yeni görüşü gözlənilirmi” sualını cavablandıran N. Məmmədov hazırda xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə həmsədrlərlə görüşdüyünü söyləyib: “Bu görüşdən sonra yeni ideya, fikir olarsa, bizə bildirəcəklər”.
URL / WWW
http://www.kaspi.az/news/a-3182.html