Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Təfsilat » BBC Azərbaycanda uzunömürlülüyün sirlərini oyrənir
05.03.10 15:47

BBC telekompaniyasının əməkdaşı Tom Esselmont Lerikdən xəbər verir

Talış dağlarında insanların uzunömürlülüyü barədə dəfələrlə yazılıb. Onlarla insanın yaşının 100-ü ötməsi faktı onların həyat tərzinə və pəhrizinə böyük diqqət yaradıb. Azərbaycandakı uzunömürlülərlə bağlı BBC telekompaniyası da reportaj hazırlayıb. Telekompaniyanın əməkdaşı Tom Esselmont Lerikdən xəbər verir ki, son illərdə uzunömürlülər daha erkən ölməyə başlayıblar. Müxbir bildirib ki, Talış dağlarının meşələrinin üzərini nazik qar təbəqəsi örtüb. Burada yerləşən bir ucqar kəndə çatmaq üçün iki saat maşınla gedirsən: «Həqiqətən, sanki Azərbaycanın başqa yerlərindən təcrid edilmiş bir yerdir. 112 yaşlı Məhbubə kənd sakinlərindən ən yaşlısıdır. Onun uzandığı otağa pəncərədən günəş işığı düşür. Məhbubə müsahibə vermək üçün çox qoca olduğunu deyir. Ona görə, oğlu Baloğlan anasının yerinə danışır: "Anam həmişə sağlam olub. Adamları, qonaqları sevir. Ömrü boyu burada yaşayıb və təbii məhsullarla qidalanıb. Heç vaxt ət yeməyib. Ən çox yediyi qatıqdır". Buradan beş dəqiqə aralıda yaşayan Kişi Bəndiyevin pasportundan 106 yaşlı olması məlum olur. Onun da doğum şəhadətnaməsi yoxdur. Üzü qırış-qırış, gözləri sulanan bu qoca hər gün özü balta ilə odun doğrayır: "Mən hələ Sovet ordusunun Azərbaycana gəlməsini xatırlayıram. 1920-ci idə idi. Keçən il qəzaya düşmüşdüm. Maşın soyuq çaya yuvarlanmışdı. Çıxa bildim,amma o vaxtda özümü bir az xəstə kimi hiss edirəm. Burada insanların niyə belə uzun ömür sürməsini görməkdənsə, hiss etmək olar. 1500 metr yüksəklikdə dağ havasını udanda, şəhər həyatının sıxıntılarını unutmaq olar. Hakimiyyət dairələri yaşı 100-ü keçmişlərin sayının 12 olduğunu deyirlər. Amma əvvəllər belələri onlarla idi. Lerikdəki Uzun Ömür Muzeyinin direktoru Dilara Fətullayeva deyir ki, müasirlik artıq uzunömürlülüyə təsir etməyə başlayıb: "Bu adamlar artıq televizora daha çox baxırlar. Daha az fəaldırlar. Daha çox səyahət etməli olurlar, bu da stress yaradır. Uzunömürlülər indi daha erkən ölürlər". Amma hətta Azərbaycanın özündə bəzi alimlər Talış dağlarındakı uzunömürlülərin həqiqətən belə qoca olmalarına şübhə ilə yanaşırlar. Fizioloq Çingiz Qasimov bir əsr əvvəl adamların yaşlarının qeydiyyatının etibarlı olmasına inanmır: "O vaxt sovet məmurları gəlib pasport paylayardılar. Deyərdilər, hə bu filankəsin yəqin 20 yaşı var. Yəni belə bəsit bir qeydiyyat. Şübhəsiz bu adamlar çox qocadırlar. Məhbubə nənənin 112 yaşlı olmasına inanıram. Amma bu yerlədə adamların çox yaşamasının səbəbi eyni mühitdə, eyni yerdə, eyni evdə yaşamalarıdır". Məhbubə nənə isə həyatından razıdır. O iri evində ailəsinin beş nəslinin üzvlərinin əhatəsindədir. Ən sevimlisi isə kötükcəsidir.  
Kamran
URL / WWW
http://www.kaspi.az/news/a-3178.html