Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Kriminal » Həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başa çatıb
04.03.10 05:19

Məhkəmənin hökmü ilə Kənan Kərimov 9 il azadlıqdan məhrum edilib

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə qəsdən adam öldürmədə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kənan Kərimov cavab verib. K.Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttihama görə, hadisə 2009-cu il noyabrın 19-da baş verib. Belə ki, Binəqədi qəsəbəsində 1984-cü il təvəllüdlü Əvəz Əzimovun deşilmiş-kəsilmiş xəsarətlə qətlə yetirilən meyiti aşkarlanıb. Binəqədi rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kənan Kərimov saxlanılıb. K.Kərimov ilk ifadəsində cinayət törətdiyini etiraf edib. Hadisəyə səbəb isə Ə.Əzimovun K.Kərimovun bacısına sataşması olub. Mərhum K.Kərimovun bacısının hərəkətlərini mobil telefonu ilə çəkib və daha sonra dostları arasında həmin çəkilişi nümayiş etdirib. Həmin çəkilişi görən K.Kərimovla Ə.Əzimov arasında mübahisə yaranıb. Bu mübahisə nəticəsində Ə.Əzimov həyatını, K.Kərimov isə azadlığını itirib. Məhkəmənin hökmü ilə K.Kərimov 9 il azadlıqdan məhrum edilib.
URL / WWW
http://www.kaspi.az/news/a-3136.html