Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Mədəniyyat » Nazpəri Dostəliyeva "Eurovision" namizədləri ilə eyni səhnədə
27.10.09 05:21

Müğənni klipə duet ortaqları ilə çəkilib

Xalq artisti Nazpəri Dostəliyeva növbəti klipinin çəkilişlərini bitirmək üzrədir. Müğənninin mətbuat əlaqələndiricisi bildirib ki, ekran işində Nazpəri xanım tək deyil, yeni həmkarları ilə görünür. Xalq artistinin budəfəki duet ortaqları "Eurovision-2010" yarışmasına namizədlərindən olan "NEXT" qrupudur. Klip isə yeni aranyimanda hazırlanan "Getdi yar" xalq mahnısına çəkilir.
Verilən məlumata görə, klip "NEXT" qrupunun Ukraynada hazırlanan albomu ilə əlaqədar olaraq gecikib. Onu da qeyd edək ki, klipin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində aparılır.
Xəbərin maraqlı məqamlarından biri budur ki, həmin klipdə Hollivuddan gətirilən 257 min avro dəyərində avtomobil istifadə olunur. Həmin maşın Hollivudun məşhur filmlərindən birində göstərilib.
URL / WWW
http://www.kaspi.az/news/a-299.html