Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəm
» “Fars şovinizminə ar olsun!”
22.02.10 23:56
İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. İştirakçılar Azərbaycanın Təbrizdəki konsulluğu qarşısındakı piketdə dövlətimizə və onun rəmzlərinə qarşı hörmətsizlik edilməsinə etirazlarını bildiriblər
Fevralın 22-də Dünya Azərbaycanlıları Konqresi (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə İranın Bakıdakı səfirliyi qarşısında piket keçirilib. Aksiya iştirakçıları İran mətbuatında və Azərbaycanın Təbrizdəki konsulluğu qarşısındakı piketdə Azərbaycan dövlətinə və onun rəmzlərinə qarşı hörmətsizlik edilməsinə, Ermənistan-İran münasibətlərinə etirazlarını nümayiş etdiriblər.
Xatırladaq ki, fevralın 16-da Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında özünü Şimali İran Qurtuluş Hərəkatı adlandıran təşkilat aksiya keçirib. Aksiya zamanı Azərbaycan Respublikası “Şimali İran” ərazisi adlandırılıb, Azərbaycan dövləti barəsində “Bakı rejimi”, “Bakı dövləti” ifadələri səsləndirilib. Fevralın 18-i və 19-da isə Azərbaycanın Tehrandakı səfirliyi qarşısında Azərbaycan bayrağı yandırılıb, səfirliyin binasına yumurta atılıb.
Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış fevralın 22-də Bakıda keçirilən aksiyada digər partiyaların da nümayəndələri iştirak edib. 100-ə yaxın piketçi 20 dəqiqə ərzində “Azərbaycan”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Ruş, fars, erməni - bunlar türkün düşməni!” şüarları səsləndirilib.
Aksiyaçılar Ermənistan prezidenti Serj Sarkisyan və İran prezidenti Mahmud Əhmədinejadın rəsmlərinin üzərinə “Fars şovinizminə ar olsun!”, “Qatillərə qucaq açan ölkəyə ar olsun!”, “Fars şovinizminə yox deyirik!” sözləri yazılmış plakatlar qaldırıblar.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə İranın Ermənistanla münasibətlər qurmasının, İranda yaşayan 35 milyona yaxın azərbaycanlıya təzyiqlər edilməsinin və Azərbaycan dövlətinin rəmzlərinə qarşı hörmətsizlik göstərilməsinin islami dəyərlərlə bir araya sığmadığını deyib. DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli isə bildirib ki, Güney Azərbaycanda soydaşlarmızın haqlarının tapdanması və Azərbaycanın dövlət rəmzlərinə qarşı sayğısızlığın dayandırılmasa etirazlar davam etdiriləcək: “İran adlanan insanlıq zindanında soydaşlarımızın hüquqlarının pozulması dayanadırılmayınca və Azərbaycan dövlətinə qarşı sayğısızlıq durdurulmasa etiraz aksiyaları davam etdiriləcək” – deyə o bildirib. Aksiyanın bəyanatı oxuduqdan sonra səfirliyə təqdim edilib. Bəyanatda İranda Azərbaycan türklərinə qarşı qərəzli siyasətə son qoyulması, onların milli hüquqlarının təmin olunması, İranın Ermənistanla münasibətlərinə son qoyulması tələb edilir. Qeyd olunur ki, 1813-1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbayjanın tarixi torpaqları İran və Rusiya imperiyaları tərəfindən ikiyə parçalanıb. Son 200 illik mərhələdə xalqımız «Bölünmüş xalq» statusu ilə yaşamağa məcbur olub. On illər boyu azərbaycanlıların milli mənəvi varlığı yad ideologiya və rejimlərin zorakı təzyiq və basqılarına məruz qalıb. Xalqımızın azadlıq və birlik ideyalarına qarşı ardıjıl olaraq repressiv siyasət həyata keçirilib. 20 il əvvəl Azərbayjanın şimalında müstəqil dövlət qurulsa da, jənubdakı soydaşlarımız hələ də öz hüquqlarını bərpa edə bilməyiblər. Bəyanatda o da qeyd olunur ki, Tehran rejimi çoxsaylı kütləvi informasiya vasitələrində, internet saytlarında Azərbayjan dövlətçiliyinə, onun suveren hüquqlarına müdaxilə edir. İran Azərbaycanda etnik dini və məshəblərarası münasibətlərin gərginləşdirilməsi istiqamətində sistemli təxribatlar və təbliğat-təşviqat işi aparır. Bütün bu işlər dövlət səviyyəsində rəsmən himayə olunur. Azərbayjanın beynəlxalq əlaqələri, müstəqil daxili və xariji siyasəti, dövlət simvolları Tehran rejimi tərəfindən əsassız olaraq təftiş edilir, nöqsanlar axtarılır. Bəyanatda o da bildirilir ki, Ermənistanla sıx dostluq münasibətləri quranİranda 40 milyondan artıq azərbaycanlı ağır və dözülməz siyasi mənəvi şərtlər altında milli varlığını qorumaq uğrunda mücadilə aparmaq məcburiyyətindədir. Öz milli hüquqlarını tələb edən 10 minlərlə azərbaycanlı həbs olunub, saxlanılanların bəziləri barədə hələ də heç bir məlumat yoxdur. Həbs olunan azərbaycanlılar həbsxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalırlar. «Son yüzillik mərhələdə fars şovinizminin dövlət siyasəti səviyyəsinə qaldırılması milli çoxluq olan azərbaycanlıları milli-mədəni hüquqlardan tamamilə məhrum edib» – deyə bəyanatda vurğulanır. Bəyanatda İran xalqı mövcud recimin xəyanətkar fəaliyyətinə, təcavüzkar Ermənistanı və erməni şovinizmini dəstəkləyən siyasi xəttinə qarşı səfərbər olmağa, qəti iradə nümayiş etdirməyə çağırılıb. Polis aksiyanın keçirilməsinə müdaxilə etməsə də, sonradan bir neçə aksiyaçını saxlanılıb. Saxlanılanlar arasında DAK-ın Gənclər Təşkilatının sədri Samir Turan və onun müavini Fuad Əbdülrəhmanlı da olub. DAK-ın mətbuat xidmətindən verilən məlumata görə, polis bölməsinə aparılan doqquz nəfər aksiya iştirakçısı ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.
Fevralın 22-də İranın Bakıdakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası
İlham Quliyev
URL / WWW
http://www.kaspi.az/news/a-2971.html