Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Mədəniyyat
» Yeganə Bakıya nişanlısı ilə gəlir
27.10.09 05:21
Onlar toy günlərini açıqlayacaqlar
Müğənni Yeganənin Türkiyədə bir ildir mütəmadi yaşamasının səbəbləri bəlli oldu. Əldə etdiyimiz məlumata görə, azərbaycanlı müğənni şəxsi həyatı ilə bağlı Türkiyədən qopa bilməyib. Gənc və subay müğənni gələcək həyat yoldaşını məhz Türkiyədə tapıb. Hətta bu ikili arasında nişan mərasimi də keçirilib. Ötən həftə sonu Bakıya qısamüddətli səfəri zamanı Yeganə yayılan bu məlumatı təsdiqləyib. Hətta müğənni onu da diqqətimizə çatdırıb ki, bu həftə sonu o, türk nişanlısı ilə birgə yenidən Bakıya gələcək. Cütlük ilk dəfə olaraq bu səfər müddətində yerli media və ictimaiyyətin qarşısına çıxacaq.Müğənni onu da qeyd edib ki, nişanlısı ilə bərabər, o, Bakıya yeni albomu və yeni klipini də gətirir: "Bu dəfə Bakıda qısamüddətli oldum. Bu səbəbdən televiziya və media nümayəndələri ilə görüşmək istəmədim. Həm də ona görə ki, onlara təqdim edəcək işlərim hazır deyildi. Onlarla görüşümü növbəti səfərimə saxlamışam. Bir neçə gündən sonra yenidən Vətənimdəyəm. Şəxsi həyatımda baş verən dəyişikliyi ilk sizinlə bölüşmüşəm. Bunu əyani şəkildə də KİV nümayəndələrinə çatdırmaq istəyirəm. Bu zamana kimi Türkiyədə bir çox paparatsi bizi yaxalamaq istəsə də, cəhdləri boşa çıxıb. Artıq biz adət-ənənəyə uyğun olaraq nişanlanmışıq və bu bərabərliyi daha gizlətmək niyyətim yoxdur".
Daha sonra Yeganə bildirib ki, Almaniyada hazırlanan albomu və albomda yer alan "Askolik" mahnısına çəkilən klipi də sənətçi xanım gələcək həyat yoldaşı ilə birlikdə Bakıda təqdim edəcək. Bunun üçün məxsusi olaraq müğənni mətbuat konfransı keçirməyi düşünür.
Söhbətin davamında bəlli oldu ki, Yeganənin gələcək həyat yoldaşı Bakını yaxından tanımaq istəyir. Onun bu arzusunu nəzərə alan Yeganə xanım səfər müddətində ona bu imkanı yaradacaq.
Onların hansı tarixdə nikah masasına oturacaqlarına gəlincə, öyrənə bildik ki, mətbuat konfransında müğənni bu barədə suallara ətraflı cavab verməyə çalışacaq. Eyni zamanda nişanlısının kimliyi barədə danışacaq. Sonda müğənni toy mərasiminin uzaq gələcək üçün planlaşdırılmadığını diqqətə çatdırdı.
URL / WWW
http://www.kaspi.az/news/a-297.html