Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəm
» Rəsmi Bakı yenilənmiş baza prinsiplərini məqbul sayır
16.02.10 05:18
Xarici işlər naziri Elmar Məmmədyarov: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Afinada təklif etdikləri nizamlanmanın yenilənmiş baza prinsiplərini məqbul sayırıq"
"Bakı Qarabağ nizamlanmasının yenilənmiş baza prinsiplərini təqdir edir". Bunu xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib. "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Afinada təklif etdikləri nizamlanmanın yenilənmiş baza prinsiplərini məqbul sayırıq" - deyə o bildirib. "Bizim mövqeyimiz bundan ibarətdir ki, bütövlükdə, yenilənmiş prinsiplər qəbul olunur. Ancaq bizi qane etməyən, razılaşdırılmasını və danışıqların davam etdirilməsini tələb edən elementlər də var" - deyə E.Məmmədyarov qeyd edib. Nazir deyib ki, bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayıb və onun nəzərə çatdırıb ki, Ermənistan tərəfi yenilənmiş prinsiplərlə bağlı öz münasibətini hələ bildirməyib. XİN başçısı münaqişənin nizamlanmasında mövcud olan status-kvonun qeyri-mümkün olduğunu bəyan edib. "Əgər biz ATƏT çərçivəsində normal beynəlxalq münasibətlər qururuqsa, o zaman "etnik təmizləmə" və "ərazilərin işğalı" anlayışları qəbulolunmazdır" - deyə o vurğulayıb. Nazir Qazaxıstanın ATƏT-də sədrliyini və Astana tərəfindən bu il təşkilatın iştirakçı ölkələrinin sammitinin təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəkləyib. O qeyd edib ki, Azərbaycan XİN-ə rəhbərlik etdiyi 6 il ərzində Qarabağa dair danışıqlar prosesinin fəallaşmasının şahidi olub. Bu fəallıq ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan arasında XİN başçıları və prezidentlər səviyyəsində intensiv danışıqların təşkilində təzahür edir. "Adi gözlə görmək olar ki, proses gedir. Və onun davam etməsi yaxşı olardı. Biz yenilənmiş prinsiplərin Ermənistan tərəifndən öz təsdiqini tapmasında maraqlıyıq. Çünki bu, hərtərəfli sülh sazişinin hazırlanması üzərində işə başlamağa imkan verəcək" - deyə nazir bildirib. "Əgər proses bir nəticə verməsə, sual yaranacaq: "Bəs sonra?" və bu suala bütün oyunçular cavab verməlidir" - deyə o əlavə edib. E.Məmmədyarovun sözlərinə görə, Qarabağ probleminin mahiyyəti - "onun ən ağır hissəsidir". "Və əgər biz bunda irəliləyişə nail ola bilsək, o zaman hamı, nəinki Azərbaycan və Ermənistan, həm də bütün region ölkələri bundan qazanacaq" - deyə E.Məmmədyarov vurğulayıb. Nazir həmçinin Ermənistanla Fransanın hərbi sahədə imzaladığı sazişə də toxunub. Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın milli təhlükəsizliyini təhdid etsə və ərazilərimizin işğalının davamına şərait yaratsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq". O bildirib ki, istənilən ölkə digəri ilə hər sahədə, o cümlədən hərbi sahədə əməkdaşlıq edə bilər: "Azərbaycan iki ölkə arasında olan münasibətlərə qarışmır. Amma bu münasibətlər Azərbaycanın milli maraqlarına zidd olmamalıdır". Xatırladaq ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Fransaya səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Azər NURİYEV
URL / WWW
http://www.kaspi.az/news/a-2922.html