Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » İdman » Ermənistanla Türkiyə yenə eyni qrupda?
05.02.10 05:34

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində yaranmış ləngiməyə həftənin sonunda ciddi təkan verilə bilər. Apasport.az saytının xəbərinə görə, bunu Ermənistanın "Aykakan yamanax" qəzeti yazıb: "Dalana dirənmiş prosesə həftə sonunda Polşada təkan veriləcəyi gözlənilir".
Qeyd edək ki, fevralın 7-də Varşavada futbol üzrə 2012-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçiriləcək. Qəzetin məlumatına görə, ABŞ Ermənistan və Türkiyə millilərinin eyni qrupa düşməsi üçün əlindən gələni edir: "Püşkatma zamanı Ermənistan və Azərbaycan millilərinin də eyni qrupda yer alacağı istisna olunmur".
URL / WWW
http://www.kaspi.az/news/a-2813.html