Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Siyasət
» ATƏT sədri "dondurulmuş münaqişələr"lə bağlı səyləri artıracağını bildirib
04.02.10 05:10
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Vaşinqtona səfəri çərçivəsində AB, Helsinki Komissiyasında çıxış edib. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, ATƏT sədri yeni çağırışlar və təhlükəsizlik üçün təhdidlərlə bağlı dövlətlər arasında etimad böhranının aradan qaldırılmasının mühüm olduğunu vurğulayıb. K.Saudabayev həmçinin Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi müddətdə insan haqları və söz azadlığı sahəsində görəcəyi işlərlə bağlı iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, ATƏT sədri postunda fəaliyyətinin əsas prioritet istiqamətləri Əfqanıstanla əməkdaşlığı genişləndirmək, ATƏT-in Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ kimi həlli uzadılmış münaqişələrin nizamlanmasına dair səylərini artırmaq olacaq. Bununla əlaqədar ATƏT sədri fevralın 15-18-də Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. K.Saudabayev Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibi Hillari Klinton, energetika naziri Stiven Çu, milli təhlükəsizlik üzrə müşavir, general Ceyms Cons və ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Riçard Holbrukla görüşəcək.
URL / WWW
http://www.kaspi.az/news/a-2724.html