Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Siyasət
» Politoloq "Nabucco"nun ABŞ-ın Qarabağ siyasətiylə əlaqədər yubandığını açıqlayıb
04.02.10 05:10
"Nabucco" layihəsi istehsalçılar, tranzit ölkələr və eneryi daşıyıcıları istehlakçıları arasında koordinasiya mexanizminin olmaması və layihəyə Avropa İttifaqı tərəfindən faktiki rəhbərlik edilmədiyinə görə yerində sayır". APA-nın məlumatına görə, bu fikirlər Ceymstaun Fondunun əməkdaşı, politoloq Vladimir Sokorun "Eurasia Daily Monitor" nəşrində dərc olunmuş məqaləsində öz əksini tapıb. Politoloqun fikrincə, layihənin reallaşmasına siyasi problemlər də öz mənfi təsirini göstərir: "Bu problemlərdən biri layihənin iştirakçıları və digər avropalı müşahidəçilər tərəfindən tam etiraf edilən, lakin Vaşinqton tərəfindən qiymətləndirilməyən amildir - ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə nəzərən son siyasəti nəticəsində Azərbaycanın layihəyə siyasi soyuqluq nümayiş etdirməsi. Bu siyasət nəticəsində Azərbaycan və Türkiyənin münasibətlərində soyuqluq yaranıb, bu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda Rusiya və Ermənistanın mövqelərini möhkəmlədib. Mümkün təcrid və Avropaya çıxışdan məhrum olma riskini nəzərə alan Azərbaycan öz qazını Rusiya və İran istiqamətində nəql etmək təkliflərinə açıqdır". Politoloq qeyd edib ki, Avropa İttifaqı ilə İraq arasında eneryi sahəsində tərəfdaşlıq və qarşılıqlı anlaşma memorandumu imzalanmasına, Avropa İttifaqının İraqın eneryi resurslarını "Nabucco" üçün potensial mənbə saymasına rəğmən İraqın bu layihəyə qoşulmasına hələ uzun illər var: "Buna görə də Azərbaycan qazı ən azı ilk mərhələdə "Nabucco" üçün həyati əhəmiyyət daşıyır. Türkmənistan qazının Azərbaycan ərazisindən ötürülməsi həm "Nabucco" layihəsinin ikinci mərhələsi, həm də "Cənub dəhlizi" layihəsi üçün həyati əhəmiyyətə malikdir".
URL / WWW
http://www.kaspi.az/news/a-2723.html