Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəm
» Avropa İttifaqı Azərbaycanla viza reyimini sadələşdirmək barədə danışıqlara başlayacaq
02.02.10 05:21
Polşa XİN rəsmisi Ancey Çeşkovski "Gazeta Wyborcza"ya müsahibəsində Avropa İttifaqının Azərbaycanla viza reyimini sadələşdirmək barədə danışıqlara başlamaq niyyətində olduğunu bildirib. APA-nın məlumatına görə, A.Çeşkovski "Şərq tərəfdaşlığı" layihəsinin Avropa İttifaqının digər təşəbbüslərinə nisbətən daha sürətlə inkişaf etdiyini bildirib. "Tərəfdaşlığın məqsədi postsovet məkanının 6 ölkəsinin Avropa İttifaqı ilə daha da yaxınlaşmasıdır. Prosesdə iştirak edən bütün qurumlar müvafiq proqramları həyata keçirirlər. Bu yaxınlaşma siyasi birlik, bu ölkələrin iqtisadiyyatlarının Avropa İttifaqına inteqrasiyası və orada Aİ standartlarının tətbiqi vasitəsilə həyata keçirilməlidir və sonda qarşılıqlı olaraq vizaların götürülməsinə gətirib çıxarmalıdır" - deyə XİN rəsmisi qeyd edib. Onun sözlərinə görə, bu gün Ukrayna Aİ ilə assosiativ saziş imzalamağa çox yaxındır. "Bu, hətta cari ildə baş verə bilər. Prezident seçkiləri bu prosesə mane olmayacaq, çünki hər iki namizəd Avropaya inteqrasiya xəttini tutmağa söz veriblər. Moldova ilə də analoyi danışıqlara başlanıb".
A.Çeskovski bildirib ki, Qafqaz ölkələri ilə assosiativ saziş imzalanmasına dair danışıqlarla bağlı da iş gedir. "Hazırda biz danışıqların mandatının təsdiqlənməsini gözləyirik. "Şərq tərəfdaşlığı" başlamazdan əvvəl Avropa İttifaqında heç kim Azərbaycanla assosiativ sazişlər imzalamaq barədə düşünmürdü. İndisə bu şans reallığa çevrilib. "Şərq tərəfdaşlığı" Avropa İttifaqını şərqdəki qonşularla daha fəal əməkdaşlıq etməyə çağırır" - deyə o vurğulayıb.
A.Çeskovskinin bildirdiyinə görə, Avropa İttifaqı hazırda Gürcüstanla viza reyiminin sadələşdirilməsi barədə danışıqlar aparır və gələcəkdə Azərbaycanla da belə danışıqlar aparmaq niyyətindədir. "Ukrayna ilə viza reyiminin tamamilə ləğv olunması barədə intensiv dialoq gedir. Bu il biz vizaları tamamilə ləğv etmək üçün Moldova Respublikası ilə də analoyi dialoqa başlayacağıq", deyə Polşa XİN rəsmisi qeyd edib.
URL / WWW
http://www.kaspi.az/news/a-2676.html