Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Sərbəst
» Bir ildə 455 HİV-ə yoluxma faktı
02.02.10 05:10
Azərbaycanda infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyatdadır
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2009-cu ilin yekunlarına görə Azərbaycanda HİV/-QİÇS problemi ilə bağlı vəziyyət barədə məlumat verib. Mənbədən bildirilib ki, HİV/-QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemi olaraq qalır. BMT-nin HİV/-QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmiş insanların sayı isə 2 milyon olub. Ümumilikdə, 2008-ci ildə yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,4 milyon təşkil edib ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır. Azərbaycanda da ən aktual məsələlərdən olan HİV-/QİÇS problemi Səhiyyə Nazirliyinin nəzarətindədir. Mərkəzdən qeyd edilib ki, Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir: "Burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, Azərbaycanda təkcə 2009-cu il ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 62,2 faizi, ümumilikdə isə 1987-01.01.2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib".
2009-cu il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-i (96 faiz) Azərbaycan vətəndaşı, 18 nəfəri (4 faiz) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-i (82,8 faiz) kişi, 75-i (17,2 faiz) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub.
Ümumilikdə, Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2174 nəfəri (96 faiz) Azərbaycan vətəndaşı, 90 nəfəri (4 faiz) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1819-u (83,7 faiz) kişi, 355-i (16,3 faiz) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər olub. Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-i (29,3 faiz) Bakı şəhəri və Abşeron rayonu sakinləridir. Onların 1497-i (68,9 faiz) respublikanın digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,8 faiz) isə yaşayış yeri naməlumdur.
2174 nəfər Azərbaycan vətəndaşından 1395-də (64,2 faiz) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 509-da (23,4 faiz) heteroseksual, 16-da (0,7 faiz) isə homoseksual kontakt nəticəsində yaranıb. Onların 21-də (1 faiz) virus anadan uşağa keçib. 232 nəfərdə (10,7 faiz) isə HİV-ə yoluxma yolu naməlumdur.
Ailələrə gəlincə, 1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxub.
Ötən müddətdə Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstək də göstərilib. Bu işlər Respublika QİÇS-lə Mübarizə Mərkəzində aparılıb. Belə ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 2006-cı ildən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada antiretrovirus terapiyası həyata keçirilir. Hazırda bu müalicə prosesinə 330 nəfər cəlb olunub. Onlardan 133 nəfərində müalicəyə 2009-cu ildə başlanılıb.
HƏQİQƏT
URL / WWW
http://www.kaspi.az/news/a-2643.html