Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Dünya » Britaniya uçuruma düşüb
30.01.10 05:09

1970-ci illərdən bu yana varlılarla kasıblar arasındakı bərabərsizlik artıb

Britaniyada varlılar ilə yoxsullar arasındakı uçurum 1970-ci illər ilə müqayisədə daha çox artıb. Britaniya cəmiyyətində vətəndaşlar arasında bərabərlik məsələlərini tədqiq edən hökumət komissiyasının hesabatında deyilir ki, "ötən 40 il ərzində Britaniyada varlılar ilə yoxsullar arasında uçurum artıb". Kişilər ilə qadınlar arasında "dərinə işləmiş və sistemli səciyyə daşıyan fərqlərin" olduğu bildirilir.
Hesabata görə, həmin fərq özünü azlıq təşkil edən qruplar arasındakı məvacib və işlə təminat məsələlərində biruzə verir. Bu nəticə Britaniyanın Bərabərlik Komissiyası tərfindən tərtiblənmiş hesabatda öz əksini tapıb. Komissiyanın hesabatında deyilir ki, yeniləşmə, vergilər və təhsil kimi sahələrdə qeyri-bərabərlik məhdudlaşdırılmalıdır. "Qaldırılan məsələlər davamlı və məqsədyönlü səciyyə daşımalıdır" - deyə bərabərlik naziri xanım Harriet Harman bildirib. Nazirin fikrincə, Britaniya cəmiyyətinin birliyi, iqtisadi qüdrəti, cəmiyyətin əmin-amanlıq və harmoniya şəraitində inkişaf etməsi naminə qeyd olunan bərabərsizlik problemi öz çözümünü mütləq tapmalıdır.
URL / WWW
http://www.kaspi.az/news/a-2621.html