Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
İdman
» "Qalatasaray"ın transfer siyasəti bəhrə vermir
09.01.10 16:02
"Kayserispor" istanbullulardan şikayət edib
İlk dövrəni 2-ci pillədə başa vuran "Qalatasaray"ın transfer siyasəti hələ ki, öz bəhrəsini vermir. Xatırladaq ki, neçə müddətdir "Cim-Bom"un gündəmində olan əsas isim "Kayserispor"un istedadlı yarımmüdafiəçisi Əli Turandır. Lakin Kayseri təmsilçisi bugünlərdə Türkiyə Futbol Federasiyasına (TFF) şikayət məktubu ünvanlayıb. Onlar "Cim-Bom"u rəhbərlikdən xəbərsiz Ə.Turanla danışıqlar aparmaqda günahlandırır. Bu arada "Kayserispor"un vitse-prezidenti Şaban Miraboğlu bu məsələ haqqında maraqlı açıqlamalar verib: "Düşünürəm ki, Əli Turanın məsələsində heç bir problem yoxdur. Hər halda, biz tərəfdən bu, belədir. Problemi yaratmağa çalışan isə "Qalatasaray"dır. Ümumiyyətlə, onlar mövsümün əvvəlindən bəri Əli Turanın başını bişirməyə çalışır. Vaxtilə Gökhan Ünalın məsələsində də onlar bu cür etmişdilər. Sonradan onun oyununda eniş hiss olunmuşdu. Eyni şeyi Əli Turana qarşı da edirlər. Ümumiyyətlə, bu "Qalatasaray"a və futbolun etik qaydalarına uyğun gəlmir. Biz də buna görə TFF-yə şikayət etdik. Haqqımızı sona qədər qoruyacağıq. Maraqlıdır, onlar bu hərəkəti "Beşiktaş" və ya "Fənərbaxça"nın oyunçusuna qarşı edə bilərdimi? Kimsə "Kayserispor"a və ümumiyyətlə, Anadolunun istənilən komandasına kiçik gözlə baxa bilməz. Əli Turanın bizdən xəbərsiz "Qalatasaray"la danışıqlar aparması onun özünə də yaraşmadı. Lazım olsa, mövsümün sonuna qədər onu heyətdən kənarlaşdıracağıq. İnanın ki, təklif gəlsə, oturub normal danışıqlar apararıq. Bizim bütün komandalarla münasibətlərimiz yaxşıdır".
İstanbul nəhənginin gündəmində olan daha bir futbolçu isə Sərcan Yıldırımdır. Ümumiyyətlə, "Bursaspor"un bu gənc və istedadlı forvardının adı uzun müddətdir müxtəlif komandalarla yanaşı çəkilir. Bugünlərdə rəhmətə gedən Sərcanın babası Tahir Yıldırımın yas mərasimində "Bursaspor"un başqanı İbrahim Yazıçıyla görüşən futbolçunun meneceri Metin Korkmaz yurnalistlərə açıqlama verib: "Beşiktaş" hələ də Sərcana görə Batuxanı, Sərdar Özkanı və 2 milyon avro təklif edir. Bundan başqa da təkliflər var. Amma etiraf edim ki, ən ciddi təklif "Qalatasaray"dan gəlib. Hələ ki, danışıqlar davam edir. Həftəsonuna qədər hər şeyə aydınlıq gələcək. Ən pis halda Sərcan elə "Bursaspor"da qalacaq". Türkiyə mətbuatına inansaq, "Qalatasaray" S.Yıldırıma görə Aydın Yılmazı və 5 milyon avro təklif edir.
URL / WWW
http://www.kaspi.az/news/a-2074.html