Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Təfsilat
» "Yarım üzvlük bizə yaraşmaz"
09.01.10 04:55
Ərdoğan Almaniyanın XİN rəhbərinə 46 ildir Avropa İttifaqının "qapısını döydüklərini" xatırladıb
Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle Türkiyə ilə Ermənistanı münasibətlərin normallaşmanı hədəfləyən protokolları tezliklə təsdiqləməyə və tətbiq etməyə çağırıb. Almaniyanın baş diplomatı deyib ki, Ermənistan və Türkiyə ötən il münasibətlərində yeni bir səhifə açıb və rəsmi Berlin asan olmayan bu yaxınlaşmanı təqdir edir. "Türkiyə və Ermənistan arasında qonşuluq münasibətləri Qafqaz bölgəsində sabitliyə və işbirliyinə önəmli töhfələr verəcək" - deyə Gido Vestervelle qeyd edib.
Onun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Davudoğlu deyib ki, müzakirələr Almaniya ilə son dövrlərdə yığılıb qalan bir çox məsələnin gözdən keçirilməsinə imkan yaradıb. Ermənistanla bağlı siyasətə toxunan nazir "bu, rəsmi Ankarının Qafqaz siyasətinin bir hissəsidir" deyib. İranın nüvə proqramı ilə bağlı məsələyə gəlincə, Əhməd Davudoğlu bildirib ki, hər bir ölkənin sülh məqsədi ilə nüvə fəaliyyətini inkişaf etdirmək hüququ var. Türk nazir Kipr probleminin Türkiyə-Avropa Birliyi dialoqunda əngəl olmaması gərəkliyini bildirib. Ali diplomatlar Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı məsələyə də toxunublar. Vestervelle deyib ki, ölkəsi Türkiyənin Avropa Birliyinə qəbul olunmasını istəyir. Yurnalistlərin "Amma Almaniya kansleri Angela Merkel sizin kimi düşünmür" replikasını cavablandıran baş diplomat məsələyə bir daha aydınlıq gətirməli olub: "Mən burada qısa gödəkçəli bir turist deyiləm. Almaniya hökumətinin xarici işlər naziriyəm. Hökumətdə nə qərarlaşdırdıqsa, onu söyləyirəm. Zaman-zaman belə fərqli düşüncələr olur, sizdə də olur, bizdə də. Amma söylədiklərim hökumətin ortaq qərarıdır. Biz almanlar sözümüzün üstündə dayanan xalqıq. Mən Almaniya hökuməti adından danışıram. Almaniya Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır. Ona görə də Türkiyənin Avropa Birliyinə bağlanması bizim maraqlara da xidmət edir".
Nazir Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Ərdoğan Vestervellə Avropa Birliyinə üzv olmaq üçün 46 ildir gözlədiklərini deyib: "Ona görə də yarım üzvlük bizə yaraşmaz". Alman diplomat Türkiyəni Avrointeqrasiya prosesində nəzərdə tutulmuş islahatları həyata keçirməyə çağırıb. Onun bu çıxışı Almaniyanın bəzi müxalif partiyalarının etirazları ilə qarşılanıb. Xristian Sosial birlik partiyasının baş katibi Aleksandr Dobrindt xarici işlər nazirini Türkiyənin Avropa İttifaqına üzvülüyü məsələsində gizli razılığa gəlməkdən çəkinməyə çağırıb.
Azər NURİYEV
URL / WWW
http://www.kaspi.az/news/a-2060.html