Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Paytaxt sakini donvurmadan öldü
Paytaxt sakinini don vurub. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, yanvarın 29-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən 45-50 yaşlı kişi donvurma diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Oxumaq
01.02.12  
 
Mançini Teveslə barışmaq istəyir?
İtalyan məşqçi mövsümün qalan hissəsində onu yaşıl meydana buraxmaq fikrindədir

Agenti Kia Curabçyan bir neçə gün əvvəl Karlos Tevesin yanvarda heç bir kluba üz tutmayacağını bəyan etmişdi. Onun bu açıqlaması Roberto Mançininin çoxlarının gözləmədiyi fikirlə çıxışına şərait yaradıb. Məşhur futbolçunun çalışdırıcıyla münasibətlərinin nə yerdə olduğu çoxlarına bəllidir.
Oxumaq
01.02.12  
 
Löv Mourinyoya mesaj göndərdi
Şuster don Jozenin taktiki sxemini anlamır

Joze Mourinyonun mövsümün sonunda "Real"ı tərk etmək perspektivi qalmaqdadır. İspaniya və İngiltərə mənbələri artıq onun karyerasını yenidən futbolun vətənində davam etdirəcəyini də iddia edir.
Oxumaq
01.02.12  
 
Əfqanıstanda qeyri-adi hadisə
Əfqanıstanda yerli polis üçüncü dəfə qız dünyaya gətirən gəlinini boğmaqda şübhəli sayılan qayınananı həbs edib. Qətlə yetirilən qadının əri qətl hadisəsinin iştirakçısı olmaqda şübhəli sayılır, hazırda o, axtarılır.
Qətl hadisəsi 2 gün bundan əvvəl Qunduz vilayətində baş verib. Yerli dini və tayfa başçıları qətl hadisəsini pisləyiblər. Məlumatlara görə, son zamanlar Əfqanıstanda qadınlara qarşı məişət zəminində zorakılıq halları artıb. ABŞ-ın başçılıq etdiyi qüvvələrin Taliban rejimini hakimiyyətdən devirməsinə baxmayaraq, zorakılıq və təhqir əfqan qadınlarının qarşılaşdığı əsas problemlərdir.
Oxumaq
01.02.12  
 
AB liderləri büdcələrinə nəzarət olunmasına razılaşıblar
Brüsseldə toplaşan AB liderləri onların milli büdcəsini nəzarətdə saxlayan razılaşmanı imzalamağa qərar veriblər. Amma İsveçin baş naziri deyib ki, Çexiya və Britaniya belə bir öhdəliyə razılaşmayıbıar. Britaniya avrozonada müşahidəçi kimi qalmağa üstünlük verib, Çexiya sənədi daha ətraflı öyrənmək üçün vaxt istəyib.
Oxumaq
01.02.12  
 
“Sevgililər günü” rəsmi şəkildə qadağan edildi
Özbəkistanda fevral ayının 14-nün “Sevgililər günü” kimi qeyd olunması qadağan edilib. Xəbərlərdə sözügedən tarixə təsadüf edən bütün əyləncə və konsertlərin ləğv edildiyi öz əksini tapıb. Xarici KİV Qərb ölkələrində yüksək qeyd olunan sözügedən hadisənin Özbəkistan hökumətinin qərarı ilə qadağan olunduğunu, həmin gün ölkənin İstiqrar sarayında Ədəbiyyat simpoziumunun keçiriləcəyini, tədbirin tanınmış şair və hökmdar Babur Şaha həsr olunduğunu yazıb.
Oxumaq
01.02.12  
 
NATO 2014-cü ilin sonunadək Əfqanıstandan çıxacaq
NATO-nun baş katibi Anders Foq Rasmussen NATO qüvvələrinin 2014-cü ilin sonunadək Əfqanıstanı tərk edəcəyini bildirib. Rasmussen Belçikanın paytaxtı Brüsseldə Rumıniya prezidenti Trayan Basesku ilə görüşündən sonra birgə mətbuat konfransında bu barədə danışıb.
"Əfqanıstan hökuməti doğru istiqamətdə hərəkət edir. Əfqan hökuməti və hərbi qüvvələri təhlükəsizlik və sabitliyin bərqərar olunması naminə təhlükəsizliyə görə məsuliyyətin təhvil verilməsində irəliləyiş olduğunu qeyd edir. Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri nəzarəti Əfqanıstan hərbi qüvvələrinə təhvil verərkən, biz də əfqan hərbçilərinə təlim, silah-sursat yardımı kimi məsələlərdə lazımi köməklik göstərəcəyik" - deyə Anders Foq Rasmussen bildirib.
Oxumaq
01.02.12  
 
“Fukusima-1” AES-də növbəti su sızmaları aşkar edilib
Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) növbəti su sızmaları aşkar edilib. Yanvarın 30-da stansiyanın operatoru “Tokyo electric power Co.” (TEPKO) şirkətindən jurnalistlərə bildiriblər ki, AES-də daha iki su sızması qeydə alınıb.
Bunadək isə şirkət yanvarın 29-da AES-də 14 yerdə 8 ton suyun sızması barədə məlumat yayıb. Son iki haldan biri radiasiyaya yoluxmuş suyun təmizlənməsi qurğusunda aşkar edilib və bu zaman 30 litr mayenin axdığı məlum olub. İkinci sızma reaktora suvuran borunun qapağında aşkar edilib. Şirkətdən bildiriblər ki, sızmalar zamanı su dənizə axmayıb. Hazırda şirkət suyun donması nəticəsində borularda çatların əmələ gəlməsini və boruların birləşdiyi yerlərdə yaranmış boşluqları araşdırır. Eyni zamanda, təhlükəsizliklə bağlı tədbirlər də görülür. Dekabrın 30-da səhər AES-də havanın temperaturu mənfi 8,7 dərəcə olub.
Oxumaq
01.02.12  
 
Şaxtalı hava onlarla adamın ölümünə səbəb olub
Avropada güclü şaxta və qar nəticəsində şiddətli soyuqlar düşüb, havanın temperaturu kəskin dərəcədə enib. Şaxtalı, qarlı hava şəraiti Ukrayna və Polşada insan tələfatına səbəb olub. Belə ki, xəbərlərə görə, Ukraynada soyuqdan azı 18 nəfər həlak olub, Polşada ölənlərin sayı 10 nəfərə çatıb. Serbiyada soyuqdan 3 nəfər ölüb, Bolqarıstanda - 1 nəfər.
Oxumaq
01.02.12  
 
20 ilin şöhrəti
Ramiz Əzizbəyli «Bəxt üzüyü»nün yubileyinə hazırlaşır
Oxumaq
01.02.12  
 
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •