Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
72 senator Senata qarşı
Fransada qondarma soyqırımı əleyhdarlarının topladığı imzaların sayı açıqlandı

Yanvarın 24-də Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsinin qarşısının alınması üçün şans yaranıb. Artıq Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunla bağlı Fransa Konstitusiya Şurasına (Məhkəmə) müraciət edilib. Müraciətə 72 senator imza atıb.
Oxumaq
01.02.12  
 
“Tarixdə ermənilərin soyqırımı olmayıb”
Musa Qasımlı: “Arxivlər açılsa bir-iki ildən sonra dünyada erməni yalanlarına inanan kimsə qalmayacaq”
Oxumaq
01.02.12  
 
İlahi həqiqətlər üzə çıxır
Naxçıvanda "Ziil arxı" ziyarətgahının sirli məqamları

Təqdim olunan yazı yalnız tarixi versiyalar və şəxslər tərəfindən verilən məlumatlardır. Yazının əsas məqsədi - uzun illər Allahın hökmü ilə şər qüvvələrdən, qorunub saxlanan "Ziil arxı" adlı müqəddəs məzarlığı dünyaya tanıtmaq ziyarətgahı Azərbaycanın gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olmasını bildirməkdir.
Məqalənin əsas iddiası isə mənim üçün çox əziz olan Naxçıvanın dünya tarixində böyük əhəmiyyət kəsb etməsini göstərməkdir.
Oxumaq
01.02.12  
 
Tortun altında mobil telefon
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Respublikamızda cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mobil telefon tortun altında gizlədilib. Belə ki, 3 saylı istintaq təcridxanasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində orada saxlanılan 1973-cü il təvəllüdlü Soltanov Taleh Əlövsət oğlunun yanına  xalası oğlu gəlib. Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2-ci maddələri (oğurluq) ilə təqsirləndirilən Taleh Soltanova Nizami Nəbiyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman tortun altında gizlədilmiş 1 ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Oxumaq
01.02.12  
 
Saxta pul satılmasının qarşısı alınıb
İki nəfər saxlanılıb

Saxta pul satılmasının qarşısı alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisənin üstü Cəlilabad RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində açılıb. Cəlilabad şəhər sakini Mircəlal Qəhrəmanovdan 6 ədəd 100 manatlıq və 7 ədəd 50 manatlıq saxta əskinaslar götürülüb. M.Qəhrəmanovun saxta əskinasları həmyerlisi Bəhruz Əsgərovdan alması müəyyən edilib. Hər iki şübhəli şəxslər saxlanılıblar.
Oxumaq
01.02.12  
 
Qar təmizləyən maşın piyadanı vurub
Yol qəzası iki nəfərin həyatına son qoyub

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Sabunçu rayonu ərazisində şəhər sakini Hüseynağa Quliyev “BOB ÇAT” markalı traktoru idarə edərkən şəhər sakini Akif Allahverdiyevi vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, həmin traktor şəhərdə qar təmizləyirmiş.
Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində kənd sakini  Xəqani Vahabov “Moskviç” markalı avtomaşını idarə edərkən onu arxa aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
Oxumaq
01.02.12  
 
Yataqxanadakı qanlı olayla bağlı məhkəmə yekunlaşıb
Qadını qətlə yetirən Elvin Heydərli 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə qonşusunu öldürməkdə təqsirli bilinən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Elvin Heydərli cavab verib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Elvin Heydərli 2011-ci il yanvarın 25-də Suraxanı rayonu Zığ qəsəbəsindəki 1 saylı yataqxananın 15-ci otağında Zəngilan rayon sakini Ərkinaz Həsənovanı bıçaqlayaraq qətlə yetirib.
Oxumaq
01.02.12  
 
Şadlıq evini qarət edənlər cəzalandırıldı
Rüfət Qənbərov və Denis Novoselovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində şadlıq sarayından küllü miqdarda pul oğurlamaqda ittiham olunan şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Sumqayıt şəhər sakini Rüfət Qənbərov və Bakı şəhər sakini Denis Novoselova cavab verib.  Təqsirləndirilən şəxslər 2011-ci il aprelin 14-ə keçən gecə “Karvan” şadlıq sarayına pəncərədən girmək yolu ilə oradakı seyf sındırıblar. Onlar seyfin içərisində olan 306.000 manat və 180.000 dollar pulu oğurlayıblar. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Oxumaq
01.02.12  
 
7-ci sinif şagirdi evlənmək üçün qaçırılıb
Anası qızının ailə qurmaq istəyini maddi vəziyyətlərinin ağır olması ilə izah edib

Zərdab rayonunda orta məktəb şagirdi qaçırılıb. APA-nın məlumatına görə, Zərdab şəhərinin 3 saylı orta məktəbinin 7-ci sinfində təhsil alan Xəlilova T. ailə həyatı qurmaq məqsədi ilə Gədəbəy rayon sakininə qoşularaq qaçıb. Nikah yaşına çatmayan qızı qaçıran şəxsin 1990-cı il təvəllüdlü İsmayılov İlqar Nizami oğlu olduğu bildirilir. Məlumata görə, Zərdab rayonunda fəaliyyət göstərən MMC-lərdən birinin əməkdaşı olan İlqar İsmayılov əvvəllər Cinayət Məcəlləsinin 332.1 maddəsi (Tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə məhkumluq həyatı yaşayıb.
Oxumaq
01.02.12  
 
VAZ-a buzlu PAZ
Gəncəyə yağan qar şəhər yollarında qəzalara səbəb olub

Milli.Az-ın Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, dünən saat 11:00 radələrində Gəncənin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. VAZ markalı minik maşını ilə PAZ markalı avtobusun toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Avtoqəzaya yolun həddindən artıq buz bağlaması səbəb olub.
Oxumaq
01.02.12  
 
Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •